Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda "Mehriban Əliyeva ilə mədəniyyətin inkişafı və Azərbaycan Muğamı Günü" mövzusunda dəyirmi masa

27 avqust 2021 | 16:00

Masallıda "Mehriban Əliyeva ilə mədəniyyətin inkişafı və Azərbaycan Muğamı Günü" mövzusunda dəyirmi masa keçirilib.

Masallı rayon Heydər Əliyev Mərkəzi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) Masallı nümayəndəliyinin birgə təşkilatçılığı ilə "Mehriban Əliyeva ilə mədəniyyətin inkişafı və Azərbaycan Muğamı Günü" mövzusunda dəyirmi masa keçirilib.

Tədbirdə Heydər Əliyev Mərkəzinin əməkdaşı Gülcahan Vəkilzadə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ICESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın mədəniyyət və incəsənət sahəsində gördüyü əvəzsiz işlərdən danışıb. O, qeyd edib ki, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə keçirilən çoxşaxəli tədbirlər nəticəsində incəsənətimizin incisi olan muğam sənəti inkişaf etdirilərək dünyaya tanıdılıb. UNESCO-nun qərarı ilə dünya mədəniyyətinin qeyri-maddi irsinin bəşəri əhəmiyyətə malik sərvətləri sırasına daxil edilməsi muğamın təkcə xalqımızın deyil, bütün bəşəriyyətin misilsiz mədəni sərvətinin ayrılmaz hissəsi kimi qiymətləndirilməsinə bariz nümunədir. Həmçinin, muğam və aşıq sənətimiz, “Kamança simli musiqi alətinin hazırlanması və ifaçılıq sənəti”, “Dədə Qorqud irsi”, Azərbaycan kəlağayı sənəti Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına salınıb. Vətən və xalq naminə fədakarlıq, müasir Azərbaycanın inkişafında, sosial məsələlərin həllində fəallıq, milli-mənəvi dəyərlərə sadiqlik, sərhəd tanımayan xeyirxahlıq, mərhəmət və şəfqət və s. Bütün bunlar Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın həyat fəlsəfəsinin əsas qayəsini təşkil edir. Vətənin ən böyük təəssübkeşlərindən biri, xalqımızın xoşbəxt gələcəyinə hesablanan bir çox layihələrin müəllifi olmaqla yanaşı, birinci xanım adını şərəflə daşıyır, dünyaya müasir Azərbaycan qadınının qürur doğuran obrazını təqdim edir.

Tədbirin sonunda çıxışçılar bildiriblər ki, Azərbaycanın Birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə Fond Vatikanda, Fransada, Pakistanda, Cibutidə, Bosniya və Herseqovinada, Misirdə, Hindistanda və digər ölkələrdə önəmli layihələr icra edib. Mehriban Əliyevanın çoxşaxəli və xoşməramlı fəaliyyəti həm Azərbaycanda, həm də beynəlxalq miqyasda yüksək qiymətləndirilir. Mehriban Əliyeva UNESCO-nun xoşməramlı səfiri kimi qeyri-maddi mədəni irsin təbliği və qorunması missiyasını şərəflə yerinə yetirir.

Keçidlər