Şriftin ölçüsü :

Saytın rəngi :

Həsənli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin hesabatı

15 yanvar 2016 | 16:00

15 yanvar 2016-cı il tarixdə Masallı rayonu Həsənli kəndində Masallı rayon İcra hakimiyyəti başçısının Həsənli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Yusif Hüseynovun “2015-ci ildə görülmüş işlər və 2016-cı ildə qarşıda duran vəzifələr” mövzusunda hesabat yığıncağı keçirilmişdir.
Y. Hüseynov hesabat yığıncağında məruzə ilə çıxış edərək bildirmişdir ki, əlamətdar hadisələrlə zəngin olan daha bir il də təqvimin yaddaşına köçdü. Yola saldığımız 2015-ci ildə Azərbaycan Respublikasının dinamik inkişafı davam etmiş, ölkəmiz sosial-iqtisadi inkişaf sahəsində qazandığı yeni nailiyyətlərə görə regionda liderlik mövqeyini qoruyub saxlamışdır.
     Ölkədə "Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramı"na uğun olaraq geniş miqyaslı tikinti quruculuq işləri aparılır. Respublikamızda əsası Ulu öndər  Heydər Əliyev tərəfindən qoyulmuş, hörmətli prezidentimiz İlham Əliyev cənabları tərəfindən ardıcıl sürətdə aparılan islahatlar nəticəsində iqtisadi sahədə aparılmış uğurlarla bərabər, ölkəmizdə əhalinin sosial müdafiəsini genişləndirmək
üçün lazım olan bütün tədbirlər həyata keçirilmiş sosial siyasət  sayəsində uğurlar qazanılmışdır.
        Respublikamızın hər yerində olduğu kimi 2015-ci ildə rayonumuzda da iri miqyaslı tikinti quruculuq işləri aparılmışdır. Şəhərin küçələri genişləndirilmiş, yeni park və xiyabanlar  salınmış, rayonun ucqar kəndləri belə qazlaşdırılmış və asfalt yollar çəkilmişdir. Görülən işlər rayon sakinləri kimi Həsənli ərazisinin sakinləri tərəfindən də sevinclə qarşılanır. Görülmüş bu möhtəşəm işlərə görə ərazimizin sakinləri adından möhtərəm  Prezidentimiz cənab İlham Əliyevə minnətdarlığımızı və rayon İcra Hakimiyyəti başçısı təyin olunduğu  gündən  geniş miqyaslı tikinti quruculuq işlərinə başlamış cənab Rafil Hüseynova təşəkkürümüzü bildiririk.
Həsənli inzibati ərazi dairəsi mərkəzi Həsənli kəndi olmaqla, Köçəkli, Təkdam, Məmmədxanlı kəndlərini əhatə edir. Ərazinin ümumi sahəsi 1975 hektar, əhalisi 6280 nəfər, təsərrüfatların sayı 1547 olmaqla 997 yaşayış evi vardır.
  Masallı rayon İcra Hakimiyyəti başçısının Həsənli kənd inzibati ərazi nümayəndəliyi öz işini, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli fərmanı ilə təsdiq edilmiş "Yerli İcra Hakimiyyətləri haqqında Əsasnaməni" rəhbər  tutaraq işini qurmuşdur. Nümayəndəliyin fəaliyyətini özündə əks etdirən illik və rüblük iş planları hazırlanmışdır. Nümayəndəlikdə "Vətəndaşların müraciətləri haqqında Azərbaycan Respublikası Qanunu"nun tələbləri səviyyəsində baxılmasına səy göstərilmişdir.
        Hesabat ilində nümayəndəlikdə səlahiyyətlər çərçivəsində 63 sərəncam verilmiş, icrasından ötrü tədbirlər planı hazırlanmışdır. Onlardan  1-i  2015-ci ilin ,,Kənd Təsərrüfatı” ili elan edilməsi ilə bağlı, 18 -  i əhalinin sosial problemlərinin həlli , 3-ü ərazidə abadlıq-quruculuq işlərinin aparılması, 7 - i kütləvi tədbirlər keçirilməsi,  2-si vətənpərvərlik, 2-si  erkən nigah, 1-i əkin barədə, 1-i biçin barədə, 1-i  yeni il və həmrəyliklə bağlı, 3-ü təhsillə bağlı, 2-si həqiqi hərbi xidmətə çağırışla bağlı, 1-i vətəndaşların təsərrüfatdan ayrılma,  2-si soyqırımla bağlı (31 mart, Xocalı), 3-ü ərazidə abadlıq işləri ilə bağlı, 2-si gənclərin asudə vaxtları ilə bağlı, 1-i tibbi xidmətlə bağlı, 13-ü bayramlara aid edilmişdir. Nümayəndəlik sərəncamlarından irəli gələn vəzifələrin icrasına daim səy göstərmişdir.
         Nümayəndəlik tərəfindən hər il 1 yanvar vəziyyətinə ərazidə olan fərdi yaşayış evləri üzrə təsərrüfat başına uçot kitablarının rekvizitləri dürüstləşdirilmiş, habelə təsərrüfat üzvlərin və müvəqqəti yaşayan şəxslərin siyahısı aparılmışdır. Buna əsasən Azərbaycan Respublikası seçki məcəlləsinin müvafiq  maddələrinə uyğun olaraq daimi seçici siyahısına daxil edilmək üçün ərazidə aktiv seçici hüququna malik olan seçicilərin siyahısı, həmçinin respublikadan kənarda olan seçicilərin siyahısı belə dəqiqləşdirilmişdir. Dürüstləşmə zamanı təsərrüfat başına kitablar üzrə 6280 nəfər əhali olduğu halda bundan 0-6 yaş 816 nəfər (ondan ərazidə 563 nəfər, Respublika daxilində 247 nəfər,  6 nəfər isə xaricdə yaşayır) ,6-18 yaş 1425 nəfər (ondan 826 nəfər ərazidə, 570 nəfər Respublika daxilində,  29 nəfər isə xaricdə yaşayır), 18 yaşdan yuxarı  4039  nəfər (ondan 2683 nəfər ərazidə, 1269 nəfər  Respublika daxilində, 87 nəfər isə xaricdə  yaşayır)   müəyyən edilmişdir.
          Nümayəndəliyə vətəndaşlar tərəfindən 77 şifahi və ¬11 yazılı müraciət daxil olmuşdur. Daxil olan  11 yazılı müraciətdən 9-u  vətəndaşların təsərrüfatdan ayrılması, 1-i  müraciət  uçmuş tövləsinin yenidən tikmək üçün köməklik göstərilməsi, 1-i isə vətəndaşın  gəlininə məxsus  cehizlərin onun evindən çıxarılması barədə olmuşdur.                            
       Şifahi şikayətlərin 6-sı pay torpağı ilə bağlı, 6-sı qonşu mübahisəsi, 12-si su aparıcı kanalların təmizlənməsi və 25-i ünvanlı sosial yardımın verilməsi, 21-i telefon və elektrik xətlərinin təmiri, 7-si isə ailə daxili mübahisələrlə əlaqədardır. Şifahi şikayətlər tərəfimizdən vaxtında  araşdırılaraq müsbət həll olunmuşdur.
      Həmçinin 2015-ci il Respublika Prezidentinə ərazi vətəndaşları tərəfindən 19 müraciət olunmuşdur ki, bu müraciətlərdən 3-ü  işlə təmin olunmaq barədə , ev tikilməsinə köməklik barədə 3, artezian quyusunun qazılması ilə bağlı 2, 1 şəhid anası ,şəhidlərə verilən imtiyazlardan  onun da istifadə etməsinə köməkliklə bağlı, 1 yaşa görə işdən çıxarılmış ,yenidən işinə bərpa edilməsi barədə,  2 vətəndaş yuxarı təşkilatlara yazdığı məktublara cavab verilmədiyi ilə bağlı, 1 evinin su basmasına görə köməklik, 1 bankdan götürdüyü pulun qaytara bilmədiyi üçün köməklik istəməsi ilə bağlı, 1 yolunun qonşusu  tərəfindən zəbt edilməsi ilə bağlı,  1 Köçəkli kəndinə Ramazanlı adının verilməsi ilə bağlı,  1 qaz idarəsini rəisindən narazılıqla bağlı, 1 rəhbərlikdən narazılıqla bağlı, 1 bələdiyyənin fəaliyyətindən narazılıqla bağlı müraciət olunmuşdur.
      Keçən hesabat ili ərzində  RİH-nə 24 ərizə və şikayət xarakterli məktub ilə müraciətlər olunmuşdur. Bunlardan 3-ü bir vətəndaş tərəfindən təkrar olaraq payıbəlli torpaq sahəsinə vurulan ziyanla bağlı , 2-si bir vətəndaş tərəfindən təkrar  RİH başçısının qəbul  ilə bağlı,  2-si bir vətəndaş tərəfindən təkrar xəstəlinə görə maddi yardımla  bağlı,  2-si qəyyumluqla bağlı, 5 müraciət ev və tövlə tikintisinə köməkliklə bağlı, 4 müraciət yolla bağlı, 1  müraciət  ÜSY-la  bağlı, 1 nigah yaşının azaldılması ilə bağlı , 2 maddi yardımla bağlı, 1 müraciət Təkdam kənd məscidinin dövlət qeydiyyatına alınması ilə bağlı, 1 müraciət taxıl əkininə görə subsidiya verilməsinə köməkliklə  bağlı  olunmuşdur.                                                                                           
        RİHB il ərzində keçirdiyi qəbullarda ¬¬¬ 50  vətəndaş  RİHB-nın qəbulunda olmuşdur.  Qəbul zamanı qaldırılan 6 müraciət təkrar olaraq bir vətəndaş, Cabbarov  Rəsul Həsən oğlunun qohumu ilə  pay torpağı münaqişəsi ilə əlaqədar olmuşdur,  2-si bir vətəndaş  Abdullayeva Şövkət Yasər qızı  tərəfindən  xəstəliyi ilə əlaqədar təqaüdə çıxması barədə , 5  evinə gediş-gəliş yolunun zəbt olunması ilə əlaqədar, 5-i  işlə bağlı,  3-ü xəstəliyi ilə əlaqədar dərman köməkliyi istəmişdir, 1-i süd pulunu ala bilməməsi ilə bağlı ,  5-i  ÜSY-la əlaqədar, 2-si artezian su quyusu ilə əlaqədar, 4-ü qazla bağlı,  8-i ev  tikintisinə köməklik bağlı, 2-si  tikinti ilə bağlı, 1-i alimentlə bağlı,  1-i  Həsənli kənd məktəbinin təmir olunması, 1 şəhid ailəsi maddi yardımla bağlı, 1-i  işığa əlavə pul yazılması ilə əlaqədar, 3  vətəndaş maddi yardımla bağlı müraciət etmişdir.
          Bu müraciətlərin əksəriyyəti  bələdiyyə, ərazi nümayəndəliyi, imkanlı şəxslər və yuxarı təşkilatlar tərəfindən öz həllərini tapmışdır.
        Müraciətin əksəriyyəti yerindəcə həll edilmiş, icrası barədə vətəndaşlara vaxtında cavab verilmişdir. buna baxmayaraq bu sahədə nöqsanlarımızda vardır. Belə ki, vətəndaşlarımız tərəfindən yuxarı rəhbər orqanlara müraciətlərdə edilmişdir. Çalışacağıq ki, vətəndaşları düşündürən məsələlər barədə müraciətlər səlahiyyətimiz çərçivəsində ərazi daxilində həll olunsun. Vətəndaşları düşündürən məsələlərlə yaxından tanış olmaq və yerli məsələlərin öyrənilməsi məqsədi ilə rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov 2015-ci ildə ərazinin Həsənli  kəndində səyyar görüş-qəbul keçirmişdir.  Görüş-qəbulda 7 vətəndaş  tərəfindən 8 müraciət edilmişdir ki, bunlardan yalnız 4-ü Həsənli kəndində Bankomat qoyulması, ərazi kəndlərinə içməli su xəttinin çəkilməsi ,  Həsənli kənd tam orta məktəbinin əsaslı təmiri məsələsi və Məmmədxanlı kəndinin yolu  həll edilməmiş qalmaqdadır ki, bunlarında icrası, əsasən dövlət planına uyğunlaşdırılaraq aparılması nəzərdə tutulmuşdur.                                                                                                                
       Ərazi üzrə il boyu baş verən  120   gündəlik hadisələrdən 20-si vaxtında məlumat verilməməsinin səbəbi, araşdırılma zamanı müəyyən edildi ki, 9 nəfəri ərazidə qeydiyyatda olub lakin ərazidə yaşamayanlar tərəfindən olmuş,  7-si isə təkrar verilməsi və  4-ü  yanlış məlumat olmuşdur.
      
       Nümayəndəlik tərəfindən kargüzarlıq işləri "Dövlət hakimiyyət orqanlarında idarə, təşkilat müəssisələrində kargüzarlığa dair" təlimatın tələbləri səviyyəsində aparılmışdır. Nümayəndəliyə müxtəlif təşkilatlardan 33 məktub daxil olmuşdur. Daxil olan sənədlər təsnifatı üzrə qruplaşdırılmış, məlumat tələb olunanlara cavab hazırlanaraq göndərilmiş, digərləri isə rəhbərlik üçün işə qəbul edilmişdir.
Göndərilən sənədlərin qeydiyyatı kitabı və surətlərinin saxlanması üçün qovluq açılmışdır.
         "Yerli İcra Hakimiyyətləri haqqında Əsasnamə"yə və Azərbaycan Respublikasının "Ailə məcəlləsinə" əsasən nümayəndəlik tərəfindən vətəndaşlıq vəziyyəti aktların dövlət qeydiyyatı aparılır.
          Həsənli İnzibati Ərazi dairəsi üzrə nümayəndəlikdə 2015-ci ildə    98 doğum, 19 nikah, 26 ölüm faktlarının qeydiyyatı aparılmışdır. Nigah faktlarının qeydiyyatı zamanı hər hansı müddət pozğunluğuna yol verilməmiş, rüsum haqları vaxtında ödənilmişdir. Bəzi hallarda isə vətəndaşların səhlənkarlıqları nəticəsində doğum və ölüm faktlarının qeydiyyatların aparılmasında gecikmələrə yol verilməmişdir. Nümayəndəlik tərəfindən Azərbaycan Respublikası "Ailə Məcəlləsi" əsas tutularaq  ərazidə az yaşlı qızların erkən nikahlarının qarşısının alınması bir vəzifə olaraq daim diqqət mərkəzində olmuşdur.
        Az yaşlı qızların erkən nikahlarının qarşısının alınmasından ötəri ərazinin ziyalıları, ağsaqqalları və ictimaiyyətin  digər nümayəndələri ilə yığıncaq keçirilmiş bu barədə lazımi tədbirlər görülmüşdür. Bununla yanaşı azyaşlı qızlarını nişanlayan 2 ailə başçısı ilə söhbətlər aparılmış, mövcud qanunvericilik bir daha onların nəzərinə rəsmi çatdırılmış və  onlar barəsində hüquq mühafizə orqanlarına da məlumat verilmişdir.
       Nümayəndəlik tərəfindən ərazidə yaşayan vətəndaşlara onların şəxsiyyəti, ailə vəziyyətini təsdiq edən arayışlar və digər arayış xarakterli sənədlər verilmişdir. Verilmiş arayış və sənədlər normativ hüququ aktlara istinad olaraq təqdim edilmiş və surətləri nümayəndəlikdə saxlanmışdır.
      Hesabat ilində Məmmədxanlı və Təkdam orta məktəblərində cari təmir işləri aparılmışdır. 3500 metrdən artıq su aparıcı arxların yenidən təmiri, ərazi kəndlərin də təbii Qaz xəttinin istifadəyə verilməsi, həmçinin mərkəzi yolun asfaltlaşdırılması olmuşdur. Hesabat ilində nümayəndənin xəzinədarlıq işlərində heç bir yanlışlığa yol verilməmişdir. Belə ki, büdcədən ayrılmış 168.177 manat vəsait tam təyinatı üzrə xərclənmiş, fiziki şəxslərdən gəlir vergisi ¬¬¬¬¬ 2734.20  manat  olmuşdur.
Dövlətimiz hər zaman gənc nəslin təlim-tərbiyəsinə diqqətlə yanaşır. Bildiyimiz kimi yetişməkdə olan nəslin inkişafında təhsil müəssisələrinin müstəsna rolu vardır. Ərazidə 2 orta və 2 tam orta məktəb fəaliyyət göstərir. Məktəblərdə  663  şagird təhsil alır, onların təlim tərbiyəsi ilə  89 müəllim məşğul olur.
       Nümayəndəlik tərəfindən "Təhsil haqqında" Qanunun yerinə yetirilməsinə nəzarət etməklə şagirdlərin dərsə davamiyyətinə məktəb kollektivinə yaxından köməklik göstərilir. Məktəblərdə 1-9 siniflərdə şagirdlərin dərsə davamiyyəti 90-95 faiz təşkil etsə də, yuxarı siniflərdə davamiyyət aşağı səviyyədədir. 2014-2015-ci  il tədris ilində 11-ci sinfi bitirmiş 36 məzundan 11 nəfər ali məktəbə, 4 nəfər isə kolleclərə daxil olmuşdur. O cümlədən 1-i 695, 5-i 500-dən çox bal toplamış, 1-i isə Ali Hərbi məktəbə daxil olmuşdur.
        Ərazidə 1 həkim məntəqəsi fəaliyyət göstərir. Həkim məntəqəsində 1 müdir, 2 ailə həkimi, 1 stomatoloq, 2 mama, 6 orta tibb işçisi, 5 kiçik tibb bacısı nümunəvi tibbi xidməti göstərir. Həkim məntəqəsi tərəfindən hesabat ilində 1 yaşdan 6 yaşa qədər uşaqlar arasında lazım olan peyvəndlər aparılmışdır. Ərazidə uşaqlar arasında  ümumilikdə   2650   peyvənd  aparılmışdır.   Bunun nəticəsində uşaqlar arasında göy öskürək, diftria, hepotit, tetanus və qızılca kimi xəstəliklər müşahidə olunmamışdır.
       Ərazidə oxucu kütləsinə xidmət edən 2 kitabxana vardır. Kitabxanalardan 1-i Həsənli kənd ərazi nümayəndəliyində 1-i isə Köçəkli kəndində yerləşir. Ərazidə fəaliyyət göstərən klub RİHB-sı cənab Rafil Hüseynovun dəstəyi ilə hesabat ilində əsaslı təmir edilmişdir. Klub və kitabxanalarda əsasən mütəmadi olaraq mədənli-kütləvi tədbirlər keçirilir.
Qeyd etməliyəm ki, ərazimizdə aparılan abadlıq və sosial quruculuq işləri ilə yanaşı ərazi nümayəndəliyinin mühüm işlərindən biri gənclərin Milli Ordu sıralarına hazırlanıb yola salınmasıdır. 2015-ci ildə bu sahədə müəyyən işlər görülmüşdür. Gördüyümüz tədbirlər nəticəsində ərazimizdə 41 - nəfər hərbi xidmətə göndərilmiş  və hərbi xidmətdən yayınma halları olmayıb lakin 12 nəfər gənc Respublikamızdan kənarda yaşamasına görə hərbi xidmətə göndərilməmişdir.  Təkcə bir faktı qeyd etmək lazımdır ki , "gənclərin Hazır ol " hərbi baxışı müsabiqəsində ərazimiz nümunəvi yer tutmuşdur. Diqqətinizə çatdırmaq istəyirəm ki, Qarabağ uğrunda döyüşlərdə 13 gəncimiz şəhid və 16 gəncimiz isə əlil olmuşdur. Şəhid ailələri və Qarabağ əlilləri həmişə qayğı ilə əhatə olunur.
Müqəddəs gün və bayramlarda Rayon İcra hakimiyyəti tərəfindən onların xatirələri daima əziz tutulur, bundan sonra da onlara diqqətlə yanaşılacaqdır.
     Ərazidə telekommunikasiya xidməti üçün elektron ATS quraşdırılmış, sürətli internet xəttindən istifadə olunur. Hazırda ərazidə internet istifadəçilərinin sayı 450 abonentə çatmışdır. Lakin bu sahədə çatışmamazlıqlar mövcuddur. Belə ki, rabitə naqillərinin təmir edilməsinə, yararsız dirəklərin dəyişdirilməsinə ehtiyac vardır. Bu barədə rayon Telekommunikasiya qovşağına müraciət olunmuşdur.
        Ərazidə elektrik enerjisindən istifadə edən 937 abonent vardır. Sərf olunan enerji haqlarının yığılmasında çətinliklərin olmasında elektrik təsərrüfatında da çatışmamazlıqların olmasındandır. Elektrik dirəklərinin və naqillərin yararsız halda olması xırda təbiət hadisələri baş verdiyi zaman qısaqapanmalar nəticəsində enerjinin verilməsində problemlər yaranmasına səbəb olur. Belə halların aradan qaldırılması üçün rayon   EŞ-nə  nümayəndəlik tərəfindən yaxından köməklik göstərilmişdir.
     Ərazidə əhalinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır. Hesabat ilində xüsusi təsərrüfatlarda iri buynuzlu mal-qaranın sayı 
2326 baş , xırda buynuzlu mal-qaranın sayı 3108 baş olmuşdur ki, bu da keçən illərə nisbətən artmışdır. Buna baxmayaraq heyvandarlığın cins tərkibinin yaxşılaşdırılması, daha məhsuldar heyvan əldə olunması üçün mövcud tədbirlərdən tam istifadə olunmur. Ərazidə cins mal-qaranın əldə olunması üçün lazımı tədbirlərin görülməsi barədə rayon Baytarlıq şöbəsi ilə söhbət aparılmışdır. Ərazi üzrə 1258  ha yararlı torpaq sahəsindən 2015-ci  ilin məhsulu üçün 1196 ha əkin aparılmış, bundan da 603 ha buğda, 150 ha arpa, 60 ha vələmir, 25 ha yonca, 100 ha tərəvəz , 84 ha bostan və 174 ha sahədə isə sair bitkilər əkilmişdir. Qeyd etməliyəm ki, ərazimizdə əkilməyən sahə olmur. Aparılan təbliğat və tövsiyələrin nəticəsində ərazidə son 3 ildə  gəlirli sahə olan tərəvəzçiliyin xüsusi ilə badımcan və pomidor əkilməsinə diqqət xeyli artmışdır. Həmçinin fermerlər tərəfimizdən toxum, mineral gübrələr verilməsində ,biçin vaxtı əlavə kombaynların cəlb edilməsində, zərərli və xəstəliklərlə mübarizə zamanı lazımı preparatların verilməsində köməklik edilmişdir.
         Bələdiyyə və nümayəndəlik tərəfindən görülmüş tədbirlər nəticəsində zəbt olunmuş 8,76 ha torpaq sahəsindən 3,75 ha zəbtdən azad edilmişdir.
      Tərəfimizdən 50 nəfər bələdiyyə torpağında 18 nəfər isə pay torpağında qanunsuz ev tikən vətəndaşlar barəsində inzibati tədbir görülməsindən ötrü məhkəməyə və əmlak komitəsinə müvafiq sənədlər göstərilmiş, lakin bu günə kimi heç bir tədbir görülməmişdir.                                       
      Təvazökarlıq olsa da qeyd etməliyəm ki, rayon İcra hakimiyyətinin  başçısı cənab Rafil Hüseynovun Həsənli ərazisinin sakinlərinə isti münasibəti nəticəsində bir çox işlər görmüşdü. Belə ki ,ərazidə 6000 metrdən artıq su aparıcı arxların yenidən bərpasını və Həsənli kənd klubunu əsaslı təmirini göstərmək olar.
       Respublikamızda azad sahibkarlığa yaradılmış şərait də ərazidə də sahibkarlığın inkişafına böyük təsir göstərmişdir. Ərazidə 1 çörək və şirniyyat, 40 mağaza-dükan, 1 maşın yuyucu yeri, 1 avtomobillərin təmiri emalatxanası, 5 iaşə obyekti fəaliyyət göstərir, burada 65 nəfərə yaxın işçi işləyir.
      Bələdiyyə ilə işlərin səmərəli təşkili, yerli əhəmiyyətli məsələlərin birgə həll edilməsinə nümayəndəlik tərəfindən bələdiyyəyə yaxından köməklik göstərilir, qarşıya çıxan bütün problemlərin həllinə birlikdə səy göstərilir, Bələdiyyə ilə birlikdə ¬¬¬3600 m  kənddaxili yola çınqıl tökülmüş, istirahət mərkəzi tikilmiş, sadə idman qurğuları qurulmuşdur.
       Rayon qadınlar şurasının, rayon hüquq mühafizə orqanlarının ərazi məktəblərində və ərazi sakinləri ilə apardıqları mütəmadi görüşlərin nəticəsində az yaşlı qızların ərə verilməsi və erkən nikahların olması halları hesabat ilində demək olar ki, müşahidə olunmamışdır. Doğrudur ərazidə qeydiyyatda olmasına baxmayaraq, Respublikanın digər guşələrində yaşayan vətəndaşlar arasında bu halın baş verməyinə cəhdlər edilmişdir. Lakin bu barədə aidayyatı hüquqi orqanlara tərəfimizdən vaxtında məlumat verilərək məsələnin qarşısı vaxtında alınmışdır.
Ərazidə məktəbə qədər təhsilin səviyyəsini artırmaq məqsədi ilə Həsənli kənd uşaq bağçasında 3 qrupa 60 uşaq qəbul edilmişdir. Onların təlim tərbiyəsi ilə  7 tərbiyəçi müəllimə məşğul olur. Ötən ildə uşaq bağçasında uşaqların rahatlığı və onlara xidmətin keyfiyyətini yaxşılaşdırmaq məqsədi ilə Rayon İcra Hakimiyyətinin xətti ilə paltaryuyan maşın, kompyuter dəsti, televizor, yeni krovatlar və yataq dəstləri verilmişdir. Lakin uşaq bağçası 1975-ci ildə istifadəyə verilmiş qəza vəziyyətdə olan keçmiş müəllimlər evində yerləşdiyindən aparılan tədris və xidmət işlərinin keyfiyyəti aşağı səviyyədə olur.
      Ərazidə yeni uşaq bağçasının tikintisi üçün tərəfimizdən  torpaq sahəsi ayrılmasına baxmayaraq yeni bağçanın tikintisi hələ də gecikdirilir.
     Hesabat dövründə sakinlərin mənəvi tərbiyəsi ilə bağlı, el adətlərinin yaşaması, dini dəyərlərin qorunması sahəsinə də tərəfimizdən diqqət yetirilmişdir.
       Köçəkli kəndində  məscidin əsaslı təmirdən sonra açılışında rayonumuzun mötəbər din xadimlərinin iştirakı ilə geniş toplantı keçirilmişdir. Ərazidə olan məscidlərin 4-də də dini icmalar yaradılmaqla, məscidlərdə axundlar Rayon Qazisinin razılığı ilə fəaliyyət göstərirlər. Ərazidə bütün dini mərasimlər artıq aparılan təbliğatın müsbət nəticəsində tam şəri çərçivədə olmaqla yerinə yetirilir.
2015-ci ilin yadda qalan hadisələrindən biri də Azərbaycan Respublikasında keçirilən Parlamen seçkiləri olmuşdur. Ərazi nümayəndəsi seçkilərin yüksək səviyyədə keçirilməsi üçün məntəqələrin lazımı avadanlıqlarla təchiz etmiş, səs vermə hüququ onların siyahısı dəqiqləşdirilərək məntəqələrə verilmişdir. Ərazi sakinləri həmişə dövlətimizə və dövlətçiliyimizə sədaqətlərini nümayiş etdirmişdir.
       Gördüyümüz işlərlə yanaşı görəcəyimiz işlər və qarşıda duran vəzifələrimiz də çoxdur. Belə ki, kənd ara yollarının təmir edilməsi, yararsız elektrik və rabitə dirəklərinin dəyişdirilməsi, kənd təsərrüfatı üzrə yeni əkinçilik strukturunun yaradılması, zəbt edilmiş torpaqların zəbtdən azad olunması və bu kimi məsələlərin həlli qarşıda duran vəzifələrimizdir.
      İcra hakimiyyətinin başçısı cənab Rafil Hüseynovu və sizi əmin edim ki, Həsənli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi bundan sonra da verilmiş tapşırıqların yerinə yetirilməsinə, ərazinin sosial problemlərinin həll olunmasına bütün qüvvə və bacarığını sərf edəcək və bizə göstərilən etimadı doğruldacağıq.

Keçidlər