Şriftin ölçüsü :

Saytın rəngi :

“Xarici dilləri Duolingo ilə öyrənək” layihəsi

20 dekabr 2021 | 16:00

“Xarici dilləri Duolingo ilə öyrənək” layihəsi çərçivəsində təlimlər keçirilir
Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsildə İnkişaf və İnnovasiyalar üzrə V qrant müsabiqəsi çərçivəsində qalib olmuş “Xarici dilləri Duolingo ilə öyrənək” layihəsinin növbəti təlimləri Masallı rayon Bədəlan kənd tam orta məktəbi və Dəmirçi kənd ümumi orta məktəbində keçirilib. Layihə rəhbəri İlahə Əlili layihə və onun məqsədləri, layihənin maliyyə mənbəyi və xarici dilləri öyrənməyin faydaları barədə qısa məlumatlar diqqətə çatdırıb. Layihə rəhbəri çıxışında bildirib ki, elm və texnikanın inkişaf etdiyi bir dövrdə artıq təkcə ana dilini bilmək bizə kifayət etmir. Əlbəttə ki ana dilini bilmək, ana dilində mükəmməl danışmaq Azərbaycan Respublikasının vətəndaşı olaraq hamımızın borcudur lakin xarici dilləri öyrənmək önümüzə yeni qapılar açır. Son dövrlər hər bir sahədə rəqabətin olması dil bilənlərin bu rəqabətdə bir pillə öndə olmasına gətirib çıxarır.  Layihə eksperti Rafət Şirəliyev çıxışında bildirib ki, xarici dilləri öyrənmək üçün müxtəlif üsullar var. Bu üsullar arasında hal-hazırda ən məhşur üsullardan biri pulsuz proqramlardır. Pulsuz proqramlar içərisində ən çox yüklənən proqram Duolingo proqramıdır. Duolingo proqramı bütün dünyada 300 milyondan çox istifadəçisi ilə öyrənməni əyləncəli bir hala gətirən, ən çox tələbat olan təhsil platformalarından biridir. Məktəb rəhbərləri də həmçinin öz çıxışlarında “Təhsildə İnkişaf və İnnovasiyalar üzrə qrant müsabiqəsi” nin əhəmiyyətini xüsusi vurğulayaraq layihə rəhbərinə və iştirakçılara uğurlar arzuladıqlarını bildirdilər. Təlim zamanı şagirdlərə proqramdan istifadənin yolları izah olundu və şagirdlər üçün aylıq hədəf müəyyən olundu. Təlimlərin sonunda iştirakçılara sertifikatlar təqdim olundu.
Qeyd edək ki, layihənin məqsədi xarici dil biliyi olan şagirdlərin digər xarici dilləri öyrənməsi üçün Duolingo proqramının dərinliklərinə yiyələnməsini təmin etmək və şagirdlərin içindəki yaradıcılıq bacarığını, fikir bildirmə mexanizmini ön plana çıxarmaq, şagirdlərin dili təkcə test işləyə bilməsi üçün deyil eyni zamanda dinləmə, yazma, oxuma, tələffüz bir sözlə tam təkmil formada öyrənməsinə nail olmaqdır.

Keçidlər