Şriftin ölçüsü :

Saytın rəngi :

Kolatan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin hesabatı

21 yanvar 2016 | 16:00

21 yanvar 2016-cı il tarixdə Masallı rayonu Kolatan kəndində Masallı rayon İcra hakimiyyəti başçısının Kolatan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Valeh Mikayılovun “2015-ci ildə görülmüş işlər və 2016-cı ildə qarşıda duran vəzifələr” mövzusunda hesabat yığıncağı keçirilmişdir.
Kolatan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin inzibati binasında təşkil olunmuş hesabat yığıncağında Masallı rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov, kənd sakinləri, ağsaqqallar və ziyalılar iştirak etmişlər.
V. Mikayılov hesabat yığıncağında məruzə ilə çıxış edərək bildirmişdir ki, Yola saldığımız 2015-ci ildə Azərbaycan Respublikasının dinamik inkişafı davam etmiş, ölkəmiz sosial-iqtisadi inkişaf sahəsində qazandığı yeni nailiyyətlərə görə regionda liderlik mövqeyini qoruyub saxlamışdır. İqtisadiyyatımızın sürətli dinamik inkişafı nəticəsində Respublikamızın bütün bölgələrində xalqın həyat şəraitini yaxşılaşdırmaq üçün “ Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramı”na uyğun olaraq geniş miqyaslı tikinti quruculuq işləri aparılır. Respublikamızın hər yerində olduğu kimi 2015-ci ildə rayonumuzdada iri miqyaslı tikinti quruculuq işləri aparılmışdır Tarix diyarşünaslıq muzeyi, Uşaq incəsənət musiqi məktəbinin binası tikilmiş, yeni məktəb binaları tikilir, məktəb ,uşaq bağçaları və xəstəxanalar əsaslı təmir edilərək istifadəyə verilir, rayonun ucqar kəndləri belə qazlaşdırılmış , içməlı su xəti və asfalt yollar çəkilmişdir. Görülmüş bu mohtəşəm işlərə görə ərazimizin sakinləri adından möhtərəm Prezidentimiz Cənab İlham Əliyevə minnətdarlığımızı və rayon İcra Hakimiyyəti başçısı cənab Rafil Hüseynova təşəkkürümüzü bildiririk. Hörmətli yığıncaq iştirakçıları, Kolatan inzibati ərazi dairəsi mərkəzi Kolatan kəndi olmaqla, Kolatan, Bala Kolatan vəBağıroba kəndlərini əhatə edir. Ərazinin ümumi sahəsi 1239 hektar, əhalisi 5199 nəfər, təsərrüfatların sayı 1472 olmaqla 1098 yaşayış evi vardır. 2015-ci ildə ərazi üzrə əhalinin sayı 18 nəfər artmış,5 yeni fərdi yaşayış evi tikilmişdir.
Masallı rayon İcra Hakimiyyəti Başçısının Kolatan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi öz işini Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli İcra Hakimiyyətləri haqqında Əsasnamə”ni rəhbər tutaraq qurmuşdur. Nümayəndəliyin fəaliyyətini ozündə əks etdirən İllik və rüblük iş planları hazırlanmışdır. Hesabat ilində nümayəndəlikdə səlahiyyətləri çərçivəsində 55 sərəncam verilmişdir. Nümayəndəlik sərəncamlarından irəli gələn vəzifələrin icrasın daim səy göstərmışdir. Xüsusi qeyd etmək lazımdır ki, İllik və rüblik iş planı -4, kargüzarlığın aparılması -5, Bələdiyyələr ilə birgə ərazinin sosial iqtisadi inkişafı-3, gənclərin asudə vaxtlarının səmərəli keçirilməsi- 3, ərazidə göstərilən tibbi xidmətin səviyyəsi 2, təhsilin inkişafı-2, elektrik enerjisindən istafədə haqqının yığılması-1, biçin,yay və payız şumunun vurulması 2, vətəndaşların qəbulu ərizə və şikayət 4, Pralament seçkilərinə hazılıq-1, qanunsuz tikililərin qarşısının alınması -4, yarana biləcək təbii fəlakətlərin qarşısının alınması-1, az yaşlı qızların erkən ailə həyatı qurmasının qarşısının alınması-3, gənclərin həqiqi hərbi xidmətə çağırışı-4, tarixi gün və bayramların ərazidə keçirilməsi ilə əlaqədar-16 sərəncam verilmiş bununla əlaqədar tədbirlər planı hazırlanaraq təsdiq olunmuşdur. Nümayəndəlik tərəfindən hər il 1 yanvar vəziyyətinə ərazidə olan fərdi yaşayış evləri və çox mənzilli yaşayış binalarındakı mənzillər üzrə təsərrüfat başına uçot kitablarının rekvizitləri dürüstləşdirilmiş, habelə təsərrüfat üzvlərin və müvəqqəti yaşayan şəxslərin siyahısı aparılmışdır. Buna əsasən Azərbaycan Respublikası seçki məcəlləsinin müvafiq maddələrinə uyğun olaraq daimi seçici siyahısına daxil edilmək üçün ərazidə aktiv seçici huququna malik olan seçicilərin siyahısı həmçini respublikadan kənarda olan seçicilərin siyahısı belə dəqiqləşdirilmişdir. Dürüstləşmə zamanı təsərüfat başına kitablar üzrə 5199 nəfər əhali olduğu halda bundan 18 yaşdan yuxarı 3796 nəfərdən 2278 nəfərininin, 859 nəfər gəncdən 527 nəfəri,538 nəfər 6 yaşa qədər uşaqlardan 428 nəfərinin ərazidə yaşadığı müəyyən edilmişdir. Nümayəndəlıkdə “Vətandaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanunu”nun tələbləri səviyyəsində baxılması daim diqqət mərkəzində olmuşdur. Nümayəndəliyə vətəndaşlar tərəfindən 28 şifahi və 8 yazılı müraciət daxil olmuşdur. Şifahi şikayətlərin 14-ü pay torpağı ilə bağlı 3-ü qonşu mübahisəsi ,4-ü su aparıcı kanalların təmizlənməsi və 7-si ünvanlı social yardımın verilməsi ilə bağlı olmuşdur. Şifahi şikayətlər tərəfimizdən vaxtında araşdırılaraq müsbət həll olunmuşdur. Daxil olan 8 yazılı müraciətdən 4-ü vətəndaşların təsərrüfatdan ayrılması ,ikisi elektrik dirəklərinin dəyişdirilməsi, ikisi qonşu mübahisəsi olmuşdur. Ərazidən yuxarı rəhbər orqanlara vətəndaşlar tərəfindən 51 müraciət ünvanlanmışdır.
Müraciətlərin əksəriyəti yerindəcə həll edilmiş, icrası barədə vətəndaşlara vaxtında cavab verilmişdir. Buna baxmayaraq bu sahədə nöqsanlarımızda vardır ki, vətandaşlarımız tərəfindən yuxarı rəhbər orqanlara müraciətlərdə edilir. Çalışacağıq ki, vətandaşları düşündürən məsələlər barədə müraciətlər səlahiyyətimiz çərçivəsində ərazi daxilində həll olunsun. Vətəndaşları düşündürən məsələlərlə yaxından tanış olmaq və yerli məsələlərin öyrənilməsi məqsədi ilə rayon İcra hakimiyyətinin başçısı cənab Rafil Hüseynov 2015-ci ilin aprel ayında ərazinin Kolatan kəndində səyyar-görüş qəbul keçirmişdir. Qəbulda125 nəfər edib 7 nəfər çıxış etmişdir vətandaşlar tərəfindən əraziyə mavi yanacağın verilməsi,ümumi yaşayış binalarına qaz xəttinin çəkilişi , Bağıroba kəndində artezian quyusunun qazılması kimi təkliflər irəli sürülmüşdür.
Nümayəndəlik tərəfindən kargüzarlıq işləri “Dövlət hakimiyyət orqanlarında idarə, təşkilat müəssisələrində kargüzarlığa dair” təlumatın tələbləri səviyyəsində aparılmışdır. Nümayəndəliyə müxtəlif təşkilatlardan 15 sənəd daxil olmuşdur. Daxil olan sənədlər təsnifatı üzrə qruplaşdırılmış, məlumat tələb olunanlara cavab hazırlanaraq göndərilmiş,digərləri isə rəhbərlik üçün işə qəbul edilmişdir. Göndərilən sənədlərin qeydiyyatı kitabı və surətlərinin saxlanması üçün qovluq açılmışdır. “Yerli İcra Hakimiyyəti haqqında Əsasnamə”yə və Azərbaycan Respublikasının “Ailə məcəlləsinə” əsasən nümayəndəlik tərəfindən Vətəndaşlıq Vəziyyəti Aktların Dövlət qeydiyyatı aparılır. Kolatan İnzibati Ərazi dairəsi üzrə nümayəndəlikdə 2015-cü ildə 17 doğum, 1 nigah, 19 ölüm faktlarının qeydiyyatı aparılmışdır. Nigah faktlarının qeydiyyatı zamanı hər hansı müddət pozğunluğuna yol verilməmiş, rüsum haqları vaxtında ödənilmişdir. Bəzi hallarda isə vətəndaşların səhlənkarlıqları nəticəsində doğum və ölüm faktlarının qeydiyyatların aparılmasında gecikmələrə yol verilmişdir. Ölüm faktlarının qeydiyyatında gecikmələrin olması vəfat edənin yaxınları tərəfindən tibbi arayışların nümayəndəliyə vaxtında təqdim etməməsi səbəbindən olmuşdur. Nümayəndəlık tərəfindən Azərbaycan Respublikası “Aılə Məcəlləsi” əsas tutularaq ərazidə az yaşlı qızların erkən niğahlarının qarşısının alınması bir vəzifə olaraq daim diqqət mərkəzində olmuşdur. Azyaşlı qızların erkən nigahlarının qarşısının alınmasından ötəri ərazinin ziyalıları, ağsaqqalları və ictimaiyyətin və digər nümayəndələri ilə yığıncaq keçirilmiş bu barədə lazımi tədbrlər görülmüşdür. Bununla yanaşı azyaşlı qizlarını nişanlayan valideynlərlə söhbətlər aparılmış, mövcud qanunvericilik bir daha onların nəzərinə rəsmi çatdırılmışdır. Onlar barəsində hüquq mühafizə orqanlarınada məlumat verilmişdir.
Nümayəndəlik tərəfindən ərazidə yaşayan vətəndaşlara onların şəxsiyyəti, ailə vəziyyətini təsdiq edən arayışlar və digər arayış xarakterli sənədlər verilmişdir. Verilmiş arayış və sənədlər normativ hüququ aktlara istinad olaraq təqdim edilmişdir.
Hörmətli yığıncaq iştirakçıları!
Dövlətimiz hər zaman gənc nəslin təlim-tərbiyəsinə diqqətlə yanaşır. Bildiyimiz kimi yetişməkdə olan nəslin inkişafında təhsil müəssisələrinin müstəsna rolu vardır. Ərazidə 2 tam orta məktəb fəaliyyət göstərir. Məktəblərdə 589 şagird təhsil alır, onların təlim tərbiyəsi ilə 48 müəllim məşğul olur. Nümayəndəlık tərəfindən “Təhsil haqqında” Qanunun yerinə yetiriməsinə nəzarət edilməklə şagirdlərin dərsə davamiyyətinə məktəb kollektivinə yaxından köməklik göstərilir. Hər iki məktəbdə 1-9 siniflərdə şagirdlərin dərsə davamiyyəti 90-95 faiz təşkil etsədə yuxarı siniflərdə davamiyyət aşağı səviyyədədir. 2014-2015-ci il tədris ilində 11 ci sinifi bitirmiş 33 məzundan 7 nəfər ali məktəbə daxil olmuşdur.
Kolatan kənd uşaq bağçası rayon İcra başçısı cənab Rafil Hüseynovun ərazinin sakinlərinə isti münasibətidir ki,vaxtı ilə internat məktəbi kimi tikilmiş bina əsaslı təmir olunaraq 80 yerlik uşaq baxçasının fəaliyyəti üçün nəzərdə tutulmuşdur. Bağçanın açılması ilə əlaqədar rayon İcra hakimiyyəti tərəfindən aidiyyatı yuxarı təşkilatlar qarşısında məsələ qaldırılmışdır. Ümüdvarıq ki, bu məsələ öz həllini tapacaqdır.
Ərazidə 1 həkim məntəqəsi fəaliyyət göstərir. Həkim məntəqəsində 3 ali kateqoriyalı həkim və 10 tibb işçisi nümunəvi tibb xidməti göstərirlər. Həkim məntəqəsi tərəfindən hesabat ilində uşaqlar arasında lazım olan peyvəndlər aparılmışdır. Bunun nəticəsində uşaqlar arasında göy öskürək, diftria, hepotit, tetanus və qızılca kimi xəstəliklər müşahidə olunmamışdır. Rayon üzrə keçirilən qan vermə aksiyalarında ərazi üzrə 16 nəfər iştirak etmişdir
Ərazidə oxucu kütləsinə xidmət göstərən 1 kitabxana vardır. Kitabxana Bala Kolatan kəndində şəxsi binada fəaliyyət göstərir. Ərazidə fəaliyyət göstərən klubun fəaliyyətu binası olmadığı üçün fəaliyyətsiz sayılaraq 2010-cu ildə Maliyyə Nazirliyinin təftiş komissiyası tərəfindən bağlanmışdır.
Ərazi nümayəndəliyinin mühüm işlərindən biri gənclərin Milli Ordu sıralarına hazırlanıb yola salınmasıdır. Cari ildə bu sahədə müəyyən işlər görülmüşdür. Diqqətinizə çatdırmaq istəyirəm ki, Qarabağ uğrunda döyüşlərdə 7 gəncimiz şəhid və 3 gəncimiz isə əlil olmuşdur. Şəhid ailələri və Qarabağ əlilləri həmişə qayğı ilə əhatə olunur. Müqəddəs gün və bayramlarda onların xatirələri daima əziz tutulur, bundan sonra da onlara diqqətlə yanaşılacaqdır.
Ərazidə telekommunikasiya xidməti üçün electron ATS quraşdırılmış, sürətıi internet xəttindən istifadə olunur.Hazırda ərazidə internet istifadəçilərinin sayı 365 abonentə çatmışdır. Lakin bu sahədə çatışmamazlıqlar mövcuddur . Yararsız dirəklərin dəyişdirilməsinə ehtiyac vardır. Bu barədə rayon Telekommunikasia qovşağına müraciət olunmuşdur. Ərazidə elektik eneryisindən istifadə edən 1075 abonent vardır.Sərf olunan enerji haqqlarının yığılmasında çətinliklər olmasada elektrik təsərrüfatındada çatışmamazlıqlar vardır.Elektrik dirəklərində və naqillərin yararsız halda olması xırda təbiət hadisələri baş verdiyi zaman qısaqapanmalar nəticəsində enerjinin verilməsində problemlər yaranmasına səbəb olur. Belə halların aradan qaldırılması üçün rayon EŞ-ə nümayəndəlik tərəfindən yaxından köməklik göstərilmişdir. 2015-ci il ərazidə 1 yeni elektrik transfmator quraşdırılmış və 14 elektrik dirəyi dəyişdirilmişdir.
Ərazidə əhalinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır. Hesabat ilində xüsusi təsərrüfatlarda iri buynuzlu mal- qaranın sayi 1372 baş, xırda buynuzlu mal-qaranın sayı isə 1609 baş olmuşdur ki, buda keçən illərə nisbətdə artmışdır. Buna baxmayaraq heyvandarlığın cins tərkibinin yaxşılaşdırılması, daha məhsuldar heyvan əldə olunması üçün mövcud təbirlərdən tam istifadə olunmur. Ərazidə cins mal-qaranın əldə olunması üçün lazımı tədbirlərin görülməsi barədə rayon Baytarlıq şöbəsi ilə söhbət aparılmış. Ərazidə mal-qaranın sayının artmasına baxmayaraq əhali ənənəvi əkinçilikdən çox uzaq düşmuş, buda onu ğöstərir ki, torpaqlardan səmərəli istifadə olunmur. Ərazi üzrə 612 ha yararlı pay torpaq sahəsindən 2015-ci ilin məhsulu üçün 110 ha əkin aparılmış, bundanda 75 ha buğda,35 ha arpa əkilmişdir ki, buda məqbul sayıla bilməz. Bələdiyyə mülkiyyətinə aid torpaq sahələri ayr- ayrı vətəndaşlar tərəfindən zəbt edilərək qanunsuz istifadə olunmuş, yaşayış evləri tikilmişdir. Ən acınacaqlı hal odur ki, pay torpaqlarında qanunsuz yaşayış evləri tikilmiş, hələdə buna cəhd göstərilir. Buda ərazidə torpaq problemi yaradır . Təvözakarlıq olsada qeyd etməlıyəm ki, rayon İcra hakimiyyətinin başçısı cənab Rafil Hüseynovun Kolatan ərazisinin sakinlərinə isti münasibəti nəticəsində bir çox işlər görmüşdür.Bu işlərdən ən böyüyü ərazidə çayçılığın inkişafıdır.Bu məqsədlə Azərsun Holdinq tərəfindənb 100 hektar torpaq sahəsi icarəyə götürülmüş və 35 ha çay sahəsi əkilmişdir. Ərazidə çayçılığın inkişafı nəticəsində yeni iş yerləri açılmaqla yanaşı həmişə torpaqla bağlı olan insanların maddi rifah halıda yaxşılaşacaqdır. Buna görədə hörmətli başçımız cənab Rafil Hüseynova minnətdarlığımızı bildiririk. Respublikamlzda azad sahlbkarlığa yaradılmış şərait nəticəsində ərazidə sahibkarlığın lnkişafına böyük təsir göstərmişdir. Ərazidə 1 kərpic zavodu, 10 mağaza-dükan, 2 maşın yuyucu sexi, 1avtomobillərin təmiri sexi, 7 mebel sexi, 3 qapı-pəncərə sexi, 7 iaşə obyekti fəaliyyət göstərir, burada 100 nəfərə yaxın işçi işləyir. 2014-cü il hesabat yığıncağında qaldırılan məsələlərin icrası üçün bildirik ki, Əraziyə mavi yanacağın verilməsi bir pilləli sistem əsasında bərpa edilmiş 1083 evə sayğaclar quraşdılmış 25 may tarixində əraziyə mavi yanacağın verilməsi təmin olunmuşdur. Bağıroba kəndində artesian quyu qazılmış,1,5 km kəndara yollar təmir olunaraq çınqıl tökülmüş,500 metr su aparıcı kanal təmizlənmişdir. Bala Kolatan kəndində yeni məktəb binasının tikintisi üçün audiyyatı orqanlar qarşısında məsələ qaldırılmışdır.
Yerli əhəmiyyətli məsələlərin həllində nümayəndəlık tərəfindən bələdiyyəyə yaxından köməklik göstərilir, qarşıya çıxan bütün problemlərin həllinə birlikdə səy göstərilir, Bələdiyyə ilə birlikdə bir sıra işlər görülsədə yerli əhəmiyyətli məsələlərin həllində işimiz qənaətbəxş deyildir. Bununda ən böyük səbəbi bələdiyyə büdcəsinin əsasını təşkil edən resurslardan tam istifadə olunmaması və bələdiyyə büdcəsinin kəsirlə yerinə yetirilməsidir.Bələdiyyələr tərəfdən əmlak vergisinin yığılmasının bir səbəbdə vətəndaşların verilmiş bildirişlər əsasında vergilərin vaxtında ödənilməməsidir.Bunuda qeyd etmək lazımdır ki, ərazidə daşınmaz əmlakın sığorta olunması ilə bağlı maarfləndirmə işinin aparılmasına baxmayaraq vətəndaşlar bu məsələyə biganə yanaşır, buda təbii fəlakətlər və gözlənilməz yanğınlar nəticəsində vətəndaşları pis vəziyyətə düşürür. .
2015-ci ilin yadda qalan hadisələrdən biridə Azərbaycan Respublikasında keçirilən Parlament seçkiləri olmuşdur. Ərazi nümayəndəliyi seçkilərin yüksək səviyyədə keçirilməsi üçün seçki məntəqələrinin lazimi avadanlıqlarla təhciz etmiş, aktiv səs vermə hüququna malik seçicilərin siyahısı dəqiqləşdirilişdir. Ərazi sakinləri həmişə dövlətimizə və dövlətçiliyimizə sədaqətlərini nümayiş etdirmişdir. Parlament seçkiləri Azərbaycan Respublikasının Seçki Məcəlləsinə uyğun olaraq mütəşəkkil və demokratik keçirilmişdir.
Gördüyümüz işlərlə yanaşı görəcəyimiz işlər və qarşıda duran vəzifələrimizdə çoxdur. 2010 cu ildə fəaliyyəti dayanmış klubun bərpa edilməsi, Bala Kolatan kənd tam orta məktəbinin yeni binasının tikilməsi, kənd ara yolların təmir edilməsi, yararsız elektrik və rabitə dirəklərinin dəyişdirilməsi, kənd təsərrüfatı üzrə yeni əkinçilik strukturunun yaradılması, zəbt edilmiş torpaqların zəbtdən azad olunması və bu kimi məsələlərin həllı qarşıda duran vəzifələrimizdi
İcazə verin sizi əmin edim ki, Kolatan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik bundan sonara da verilmiş tapşırıqların yerinə yetirilməsinə, ərazinin sosial problemlərinin həlli olunmasına bütün qüvvə və bacarığını sərf edəcəkdir.

Keçidlər