Əliyevin yeni strategiyası:
Beləliklə, dövlət üzünü kəndə tərəf çevirir. Bu, tamamilə təbiidir; belə ki, neftin qiymətinin aşağı düşməsi şəraitində, büdcə gəlirlərinin azalması, ölkənin ərzaq təhlükəsizliyi ön plana çıxır. Əlbəttə, demək olmaz ki, keçən 20 il ərzində kənd təsərrüfatına kömək sahəsində heç nə edilməyib.
Lazım olan qərar və qanunlar qəbul edilmişdir. Aqrolizinq filiallarının yaradılması nəticəsində rayonlarda kənd təsərrüfatı texnikası parkının yeniləşməsi baş verirdi, kənd sahibkarlarına köməyin praktiki ölçüləri həyata keçirilirdi. Onlara kreditlər təklif olunur, subsidiyalar verilir, bununla paralel kənd təsərrüfatı torpaqlarının irimiqyaslı meliorasiya və suvarılması üzrə işləri iaparılırdı. Bütün bunlar öz nəticəsini verdi, əks təqdirdə kənd təsərrüfatının bir sıra sahələrində, o cümlədən, ət-süd, konserv, meyvə-tərəvəz məhsulları ilə biz özümüzü tamamilə təmin edə bilməzdik.
Dövlət niyə torpaqları geri götürür?
Lakin bu gün belə bir anlaşma mövcuddur ki, bütün bu tədbirlər açıq-aydın azdır. Boş yerə deyil ki, bu yaxınlarda qəbul edilmiş Konstitusiya dəyişikliklərində yararlı torpaqlarda kənd təsərrüfatı işlərini faydasız və effektsiz istifadəsi ilə əlaqədar düzəliş var. İndi bu dəyişikliklərin qəbulundan sonra, dövlət o kəslərin hüquqlarına məhdudiyyət qoya bilər ki, ən başlıcası o şəxslər torpaqları qanunsuz zəbt etmiş və ikincisi, bu da vacibdir ki, uzun müddətdir torpaqdan istifadə etmir. Və yaxud təyinatı üzrə istifadə olunmur. Bu da çox prinsipial şərtdir və mən buna diqqət yetirmək istəyirəm.
Nazirlər Kabinetinin 2016-cı ilin 9 ayının yekunlarına həsr olunmuş sonuncu geniş iclasında, Prezident İlham Əliyev 200 hektar qanunsuz zəbt olunmuş və yaxud istifadə olunmayan torpaqların artıq dövlətə qaytarılmasını bildirdi. Torpaqların icarəyə verilməsi sazişləri ləğv edildi. Torpaq mülkiyyətçilərinə gəldikdə isə, hansılar ki, torpaq sahəsini 1996-cı il torpaq islahatlarına uyğun olaraq almışlar, onların barəsində müvafiq tədbirlər görülə bilər.
Az adam bilir ki, bir neçə müddət əvvəl ölkə parlamentində Torpaq Kodeksində iki düzəliş qəbul edilmişdir. Bir düzəliş administrativ qanunpozma Kodeksində torpağı təyin olunmayan istifadəsinə görə cəriməsi nəzərdə tutulur. Torpaq Kodeksində olan o biri düzəlişdə səsləndirilir ki, əgər torpaq təyinatı üzrə istifadə edilmirsə və yaxud heç istifadə olunmursa, torpaq sahəsinə və ya onun hissəsinə olan mülkiyyət və icarə hüququ məhdudlaşa bilər. İndi bu hüquq Konstitusiyada möhkəmlənmişdir.
20 il əvvəl biz torpağa xüsusi mülkiyyətçiliyi elan etdik. Bu ədalətli idimi? Düşünürəm ki, bəli! Belə ki, boş qalmış, əkilməmiş və şumlanmamış yüz minlərlə hektar torpaq sahəsi yavaş-yavaş, ancaq azğıncasına məhv edilən genofonda, bu ölkənin ərzaq təhlükəsizliyinə qəsd demək idi. Belə ki, becərilməmiş torpaq sahibsiz boş evə bənzəyir. Belə ev tez köhnəlir, tozlaşır və kiflənir. Torpaq da belədir, sahibinin əlini hiss etmədən alaq basır, suyu çəkilir və sonda barsız məkana çevrilir, əkinçiliyə yararsız olur...
Əlbəttə, obyektiv səbəblər də mövcuddur, hansı ki, ayrı-ayrı regionlarda geniş torpaq sahələri boşdur. Bu misalı mənə doğma olan Masallıdan gətirəcəyəm. Oradan mən deputat seçilmişəm, bəlkə bu şərait hansı dərəcədəsə bütün Azərbaycan üçün səciyyəvidir.
Bizim rayonda az torpaq fondu mövcuddur, misal üçün qonşu Cəlilabaddakı kimi deyil. 229 min əhaliyə cəmi 26 min hektar kənd təsərrüfatı işləri ilə məşğul olmaq üçün yararlı torpaq sahəsi var. Ancaq necə torpaq sahəsi?! Əsl qaratorpaq. Sovet vaxtı Masallının kənd əməkçiləri il ərzində 2-3 dəfə tərəvəz və kələm məhsulları götürürdülər. Bu gün isə biz nə görürük? Torpağın 12 min hektarında buğda əkilir, daha 4 min hektarı tərəvəz və meyvə təşkil edir, 9-10 min hektar (!) isə boşdur. Yerli əhali yaxşı halda bundan heyvanlar üçün otlaq kimi istifadə edirlər.
Kimdir günahkar?
İndi isə səbəblər haqqında. Əlbəttə, müəyyən mənada kəndçi özü günahkardır, onillərlə kollektiv əmək və sovet dönəmində torpaqdan zorla ayrılma maneəsiz ötüşmədi. Çoxları torpaqda işləməyi öyrənmədilər, bir çoxları isə işləmək istəmir, kəndi atıb şəhərə üz tuturlar.
Səbəb təkcə bunda deyil. Bu gün kənd təsərrüfatı ilə təkbaşına məşğul olmaq fermer üçün mənfəətsizdir. Birincisi, 26 min hektardan cəmi 5-6 mini su ilə təmin olunur, qalanlarına su çatmır. Və bu, kəndçi üçün böyük çətinliklər yaradır. Bu gün respublikamızda su ilə təmin olunan torpaqlar çox azdır, ona görə də meliorasiya məsələsi ön plana çıxır. Nazirlər Kabinetinin son iclasında İlham Əliyev bu məsələ ilə bağlı vacib tapşırıqlarını vermişdir. İkincisi, bizim rayonda taxılçılıqla məşğul olmaq üçün böyük ərazi ayrılmışdır. Bunu siz təsvir edə bilərsizmi? Masallı və taxıl. Bizim diyar keçmişdən tərəvəzçilik və çayçılıqla məşhurdur, necə ki, Göyçay öz narı, Quba öz alması, Gədəbəy kartofu ilə. Masallıda kəndçi yaxşı halda bir hektardan 20-24 sentner məhsul yığır və çox əziyyətli zəhmət nəticəsində 400-500 manat ( bütün qoyulan xərcləri çıxdıqdan sonra ) pul qazanır. Və ancaq ona görə ki, dövlət ona hər hektar taxıla görə 90 manat subsidiya verir.
Elə buna görə də ölkədə kənd təsərrüfatının gələcək inkişafı yolunda ilk addım rayonların ixtisaslaşdırılması olmalıdır. Necə ki, sovet vaxtlarında belə idi. Sabirabadda pambıq əkirdilər, Masallı və Lənkəranda tərəvəz və çay. Subtropiklərdə taxıl əkmək üçün subsidiyalar vermək – gəlirsizlik və faydasızlıqdır. Ən yaxşısı odur ki, subsidiyalarla çəltik əkininə və çayçılığa kömək göstərilsin.
Bilirəm ki, bu problemlə yerli icra hakimiyyəti birinci il deyil ki, qayğılıdır, ölkənin cənubunda çayçılığın bərpası Regionların Sosial-İqtisadi İnkişafı Dövlət Proqramında öz əksini tapmışdır. Necə deyərlər, yüklü araba indi də oradadır. Məsələ burasındadır ki, kəndçi öz torpağında çay əkmək çağırışına çox həvəssiz yanaşır. Axı çay sahələrindən məhsul yığmaq üçün 6, hətta 7 il vaxt lazım gəlir. Kəndçi və onun ailəsi bu uzun-uzadı 7 ildə nə ilə dolanacaq? İndi belə qərara gəliblər ki, yeni pilot layihəsi tətbiq edilsin: Dövlət Masallıda heç olmasa 2 min hektar ərazidə, çayçılığın bərpa edilməsi məsələsinə kömək göstərsin.
Bunun üçün layihədə iştirak etmək arzusunda olanlara təzə vaxtda 8 min manat pul ayrılacaq, çay şitili xarıcdən gətiriləcək və kəndçiyə pulsuz veriləcəkdir. 7-8 il ərzində fermerlərə ildə 2 min manat pul veriləcək və bu pul ilə o, yaşaya biləcək. Çay yarpağı yetişib istehsalat xərcləri ödəyənədək, fermer tədricən öz qazancından ona verilən faizsiz krediti dövlətə qaytaracaq. Çox istərdik ki, dövlət bu işdə öz qətiyyətini nümayiş etdirsin və bu ağıllı layihəni reallaşdırana qədər apara bilsin.
O ki, qaldı meyvə və tərəvəzə, nə vaxtsa onun istehsalında “biz bütün planetin önündəyik”, bu işin də öz çətinlikləri var. Ölkədə bu kənd təsərrüfatı məhsullarına dəqiq alış qiyməti olmadığından, meyvə-tərəvəz emalı zavodlarının isə hər yerdə işləməməsindən (məsələn, bizdə “NUR-M” MMC yerli zavodun artıq neçə ildir ki, bağlı olması), badımcan, soğan və pomidorun topdansatış ticarətçiləri fermerlərdən zərərinə, dəyərindən aşağı qiymətə alırlar.
Bizdə mövsümün ən qızğın çağında bir yeşik pomidoru (25 kiloqramdan az deyil) 30 qəpiyə almaq olardı. Deməli bir kiloqram məhsuldan fermer yaxşı halda 2-3 qəpik qazana bilirdi. Nəyə görə və hansı pula görə, o qızmar günəşin altında bükülərək səhərdan axşama qədər çalışır? Mən o hərarətli günəşin altında çürüyən və alıcıya yol tapa bilməyən tonlarla pomidor görmüşəm. Ona görə ki, “istehsalat- alış- satış” zənciri qırılmışdır. Bilirəm ki, belə hal ölkənin şimalında olan Quba və Xaçmazda da vardır. Oradakı əhali mənə danışırdı ki, tonlarla almanı özüboşaldan maşınlarla çaya tökürdülər, ona görə ki, almanın alıcısı yox idi. Siz fəlakətin miqyasını təsəvvür edirsinizmi?!
Nə etməli?
Eşidəndə ki, dövlət iki il müddətinə xaricdən gələn bir neçə məhsula gömrük rüsumunu artırıb, mən bir tərəfdən sevindim. Artıq neçə ildir ki, parlamentdə belə təkliflə çıxış edirəm və deyirəm ki, hər hansı bir ərzaq və hər hansı bir mal ölkədə istehsal olunursa, elə halda daxili bazarın müdafiəsi naminə bu məhsulun import rüsumunun qaldırılması lazımdır. O biri tərəfdən zənn edirəm ki, bu minvalla kənd təsərrüfatı istehsalını canlandıra bilmərəm. Götürək meyvə və tərəvəzlə bağlı həmin şəraiti. İstehsalçını stimullaşdırmaqdan ötrü ən başlıcası tədarük məntəqələri yaratmaq lazımdır ona görə ki, əvvəldən fermerlərlə məhsulun satın alınması üçün sazişlər bağlasınlar.
Fermer də inanmalıdır ki, onun məhsulunu yaxşı qiymətə alacaqlar. İkincisi bütün regionlarda güclü soyuducu anbarları və qurğularının tikilməsi vacibdir (indi onlar var, ancaq çox azdır və taxıl üçün nəzərdə tutulub). Misal üçün, alma Azərbaycanda ilboyu yetişmir. Əgər onların uzunmüddətli soyuducularda saxlanılmasını təmin edə bilməsək, onda məhsul anbarlarda çürüyər və qışda alıcılar mağazalarda heç bir yerli alma və ya armud tapa bilməzlər.
Bu tədarük məntəqələri ilk vaxtlar kampaniyalar şəklində Dövlət Neft Şirkəti nəzdində dövlətə məxsus ola bilər, ona şaxələnmiş anbarlar, anbar-soyuducu şəbəkəsi yerləşdirilə bilər. Nə vaxt ki, həmin müəssisələr işləyər, gəlir gətirər, sonra həmin bitişik sistem ayrılar və bu zaman həmin mərkəzləri hərraca qoyub daha kiçik həcmli kompaniyalara satmaq olar.
Siz soruşa bilərsiz ki, bu hazırlıq məntəqələri necə qazanc əldə edə bilər və kim yerli malın kütləvi alıcısı ola bilər? Bu mal anbarlarda çürüyüb qalmayacaq ki? Düşünürəm ki, yox, əgər yerli kənd təsərrüfatı mallarının alışı çoxsaylı dövlət təşkilatları tərəfindən – uşaq evləri, uşaq bağçaları və internatlar, Azərbaycan ordusunun ehtiyacları üçün düzgün təşkil olunarsa, alınar. Hazırlıq məntəqələrində, həmin yerlərdə ki, yerli kənd təsərrüfatı malları yerləşdirilib, onlara bu və ya başqa dövlət strukturları tərəfindən ərzaq almaq üstünlüyü və tenderlərdə iştirak etmək hüququ vermək lazımdır.
İkinci vacibi məqam: meyvə və tərəvəzin, həmçinin ət-süd məhsullarının emalı. Emal olunan kənd təsərrüfatı mallarının böyük bir hissəsi sonuncu buraxılan məhsulun emalına sərf olunmalıdır.
Azərbaycanda çox güclü emal müəssisələri var. Ancaq onlar azdır və 90 faiz monopoliyalaşdırılmışdır (mərkəzləşmişdir). Belə kiçik şərabçılıq zavodlarına, tərəvəz sexlərinə, çox böyük olmayan konserv zavodlarına və başqa istehsalatçılara mütləq yaşıl işıq yandırılmalıdir. Onlara meyvə və tərəvəz istehsal olunan hər bir rayonda şərait yaradılmalıdır. İstehsalçıları bir neçə il vergi və yoxlamalardan azad etmək lazımdır. Axı bu, yüzlərlə iş yeri, ekoloji cəhətdən təmiz ərzaq istehsalıdır və ”istehsal-alış-satış” zəncirinin bərpa edilmiş bir halqasıdır.
Bundan başqa əsaslı şəkildə kənd təsərrüfatlı kreditlərinin yüngülləşdirilmiş qaydaları və bürokratik maneələrin aradan qaldırılması məsələsinə baxılmalıdır. Bu gün daha vacib kreditlərin alınmasında fermerlər aylar, bəlkə də illərlə vaxt sərf edir.
Və sonda kənd təsərrüfatı məhsullarının eksportunu bir neçə dəfə artırmaq lazımdır. Bu, dəfələrlə Prezidentə də vurğulanmışdır. Bilirmisiniz ki, bəzi ölkələrdə, məsələn, Türkiyədə, dövlət sahibkara narıngi və ya narın, almanın, heyvanın eksportuna görə bütün eksporta gedən malın ümumi qiymətinin 5 faizini ödəyir?
Deyək ki, azərbaycanlı sahibkar Rusiyaya 1 ton pomidor apardı – buyurun, sizə 5 min manat geri qaytarılır. Siz soruşa bilərsiniz ki, bundan dövlətə nə xeyir gəlir? Birincisi, eksportu stimullaşdırırıq, ikincisi, ölkəyə valyuta axınını təmin edirik (düzdür, Prezident qeyd etdiyi kimi valyutanın geri dönməsində problemlər vardır və bu məsələdə daha ciddi nəzarət təşkil etmək lazımdır). Üçüncüsü, nəğd pulla geri dönmüş azərbaycanlı fermer gələn il kənd təsərrüfatı üçün əkin ərazisini artıracaq. Bu isə iş yerlərinin artmasından xəbər verir. Onda dövlətin yükü əsaslı şəkildə azalacaq;hansıdır ki, bu gün yüz minlərlə aztəminatlı ailələrə sosial kömək qismində dotasiya verilir. Bütün bunlar və çoxlu başqa tədbirləri (məsələn, ailə biznesinin inkişafı, kiçik sahibkarlıq, onların haqqında da Prezident danışdı) bir aya və ya hətta bir ilə həyata keçirmək mümkün deyil, ancaq başlanılması, kompleks yanaşmadan olması çox vacibdir. İstehsalçının qarşısına çıxan ciddi maneələri ləğv etmək lazımdır, bu barədə mən yuxarıda söhbət açdım. Və ən başlıcası – elə etmək lazımdır ki, kənd təsərrüfatı ilə məşğul olmaq sərfəli olsun. Bu isə başlıcası “istehsal – alış – satış” zəncirinin bütöv və fasiləsiz bərpası deməkdir.
İndi ölkənin bütün rayonlarında kənd təsərrüfatı idarələri təşkil olunmuşdur. Ora gənc, yaradıcı əməkdaşlar toplayırlar. Əsasən, mən orada işləyən masallılarla söhbət etmişəm. Onlara həvalə olunan məsuliyyətə görə həyəcanlıdırlar və inanırlar ki, yuxarıda sadalananlardan nə isə tezliklə həyata keçəcək.
Dəyişikliklər astanasında
Nazirlər Kabinetinin sonuncu iclasında Azərbaycan Prezidenti kənd təsərrüfatının inkişafı məsələlərinə böyük diqqət ayırdı və qeyd etdi ki, daxili bazarımızı qorumaq üçün əlavə tədbirlər görülməlidir və burada çox çevik siyasət aparılmalıdır. Biz vaxt itirməməliyik. Bu məsələlər çox operativ şəkildə həll edilməlidir. Görəndə ki, biz hansısa məhsulla özümüzü tam 100 faiz təmin edirik, dərhal o məhsula rüsum qalxmalıdır. Nəinki bu sahədə, bütün sahələrdə çox operativ, çevik siyasət aparılmalıdır. Bəzi hallarda bürokratik əngəllər bizə böyük problemlər yaradır. Bir məsələ haradasa aylarla razılaşdırılır, rəylər yığılır, vaxt itiririk. Müasir iqtisadi şəraitdə vaxt itirmək pul itirmək deməkdir. Çox operativ iş prinsipi qurulmalıdır vəqərarlar da əgər düzgün qərarlardırsa dərhal qəbul edilməlidir.
Fikirləşirəm ki, Azərbaycan kəndi böyük dəyişikliklər astanasındadır. Ağıllı stimullaşma, dəqiq qiymət siyasəti, eksporta maddi yardımın və başqa tədbirlər qısa müddətdə kənddə vəziyyəti yaxşıya doğru dəyişməyə qadirdir. Bir sözlə, kəndə kömək etmək lazımdır və kənd yaxın gələcəkdə bütün ölkəni ərzaqla təmin edəcək.
Elmira Axundova
Milli Məclisin deputatı
haqqin.az