BEYNƏLXALQ TOLERANLIQ GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR
11 noyabr 2016-cı il tarixindəMasallı şəhər Heydər Əliyev Mərkəzində 16 noyabr Beynəlxalq Toleranlıq Gününə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin məsul işçiləri, idarə və təşkilatların rəhbərləri, təhsil işçiləri, ağsaqqal vəziyalılar, ictimaiyyət nümayəndələri iştirak etmişdir.
Açılış nitqi ilə çıxış edən Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini Nəsir Muxtarlı bildirmişdir ki, Beynəlxalq Tolerantlıq Günü 1995-ci ildə YUNESKO-nun 50 illiyi münasibətilə təsis edilib. Sözçü ulu öndər Heydər Əliyevin Azərbaycanda tolerantlığın qorunub saxlanılması istiqamətində həyata keçirdiyi tədbirlərdən danışaraq, nəticədə ölkəmizin bütün dünyada həm də tolerantlıq örnəyi kimi tanındığına diqqət çəkmişdir.
N.Muxtarlı onu da vurğulamışdır ki, dövlətin gücünü əhalinin çoxmillətli olmasında, müxtəlif dinlərin, mədəniyyətlərin və sivilizasiyaların birgə yaşayışında görən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tolerantlığın Azərbaycan xalqının ruhunda olduğunu bütün ölkələrə göstərir.
Lənkəran Dövlət Universitetinin baş müəllimi Müşviq Bayramovun məruzə edərək bildirmişdir ki, Azərbaycanda beynəlxalq tolerantlıq günü Heydər Əliyevin təşəbbüsü ilə ilk dəfə 1999-cu ildə qeyd edilib.Azərbaycan tarixən müxtəlif xalqların, millətlərin və din mənsublarının birgə yaşadığı, mədəniyyətlərin qovuşduğu müqəddəs məkan olub. O qeyd edib ki, tolerantlığın Azərbaycanda çox möhkəm təməl sütunları, zəngin ənənələri, dərin tarixi və mədəni kökləri var.
Tədbirdə QMİ-nin cənub bölgəsi üzrə qazisi Mirqiyas Təhməzov, DQİDK-nin Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov və başqaları çıxış edərək Azərbaycanda yaşayan müxtəlif xalqların nümayəndələrinin və ayrı-ayrı dinlərə mənsub insanların bir ailə kimi yaşadığını, dini və milli tolerantlığın yüksək səviyyədə olduğunu demişlər.
Tədbiri Masallı RİHB-nın müavini N.Muxtalı yekunlaşdırmışdır.