Norveçin Azərbaycandakı səfiri Bard İvar Svendsen Masallı rayonuna səfər edib
21 noyabr 2016-cı il tarixdə Norveç Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Bard İvar Svendsen Masallı rayonuna səfər etmişdir.
Masallı RİH başçısı cənab Rafil Hüseynov tərəfindən səmimi və mehribanlıqla qarşılanan səfirlə işgüzar görüş keçirilib.
Görüş zamanı rəsmi səfərdə olan səfirə Azərbaycanın ən çox əhalisi sıx və böyük rayonlarından biri olan Masallı, onun tarixi, kənd təsərrüfatı və sənaye potensialı, mədəniyyəti, eləcə də sakinlərinin məşğuliyyəti haqqında ətraflı məlumat verilib. Bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyev cənabları hər gəlişi Masallıda çox mühüm obyektlərin istifadəyə verilməsi, yeni infrastrukturların qurulmasının planlaşdırılması və rayonun gələcək inkişafı üçün tövsiyələri ilə yadda qalır. Sentyabrın 3-də Masallı rayonuna səfəri çərçivəsində Masallıda Bayraq Meydanı və Azərbaycanın Rəmzləri Muzeyinin, Tarix-Diyarşünaslıq Muzeyinin, “ ASAN həyat ” kompleksinin, uşaq-incəsənət məktəbi, Masallı şəhərinin içməli su təchizatı layihəsinin açılışında iştirak edib. İcra başçısı R.Hüseynov ölkə rəhbərinin diqqət və qayğısı ilə onların sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün rayonun ərazisində hər cür infrastruktura malik tikilib istifadəyə verildiyini bildirib. Rayon rəhbəri Prezident İlham Əliyevin tövsiyələrinə əsaslanıb rayonda və kəndlərdə yol strukturunun yaxşılaşdırılması, Viləşçay dəryaçasının ikinci növbəsinin tikintisi, çayçılığın inkişafı, tütünçülük, istixana təsərrüfatlarının yaradılması məsələlərinə də aydınlıq gətirib. RİH başçısı deyib ki, ölkə rəhbəri Masallıda turizm üçün yaxşı şəraitin olmasını qeyd edib. İqtisadi böhran bizi qorxutmur, bu sahə rayonun iqtisadiyyatına müsbət təsir göstərəcək. Masallıda 105 min əmək qabiliyyətli adam var. Rayona gələn tuiristləri ərzaq, habelə meyvə-tərəvəz məhsulları ilə təmin etmək üçün torpaqlar əkilir. Ev turizminə diqqət artırılır. Bu sahədə işimiz qənaətbəxş deyil.
Azərbaycan ərazilərində yaradılmış Ermənistan XX əsrin sonlarında Azəırbaycan ərazisində ikinci Ermənistan dövlətinin yaradılmasına təşəbbüs göstərməyə başlamış, ölkəmizin 20 faiz torpaqlarını işğal etmiş, 1 milyondan çox soydaşımızı doğma torpaqlarından qovmuşdur. Azərbaycan torpaqlarının işğaldan azad edilməsi barədə BMT-nin 4 qətnaməsi indiyədək icra edilməmişdir.
Bu gün də işğal altında olan torpaqlarımızda problemlər yaşanmaqdadır, İşğal altında olan ərazilərdə tarixi və mədəniyyət abidələrimiz dağıdılır, fauna və floraya cidii ziyanlar vurulur. Azərbaycan xalqı sülsevən, qonaqpərvər xalqdır. Ölkəmizdə toliorantlıq hamının diqqətini cəlb edir. Dövlətimiz qüdrətlidir. Lakin biz beynəlxalq hüquqa əsaslanaraq sülh yolu ilə torpaqlarımızı işğaldan azad etmək istəyirik. Bildirilmişdir ki, bazaar iqtisadiyyatı ilə inkişaf edən ölkəmizin bir parçası olan rayonun torpaqları münbitdir, sahibkarlığın inkişaf etdirilməsi üçün bütün infrastruktur mövcuddur və lazım olan şərait yaradılır. Bu gün rayonun dotasiyadan asılılığının aradan qaldırılması üçün ardıcıl işlər aparılır, yeni istehsal sahələri yaradılır, yeni iş yerləri yaradılır.
Səfir B.İ.Svendseni maraqlandıran suallara rayonun rəhbəri ətraflı cavablandırıb.
Səfir B.İ.Svendsen yüksək qonaqpərvərliyə görə R. Hüseynova Azərbaycan dilində minnətdarlığını bildirib və danışıb ki, Azərbaycanla Norveç arasında diplomatik münasibətlər 1992-ci ilin iyun ayından qurulub. Norveç Krallığının Azərbaycandakı səfirliyi isə 1998-ci ildən fəaliyyət göstərir. Ötən bu müddət ərzində Norveçlə Azərbaycan arasında siyasi, iqtisadi və humanitar əməkdaşlıq üzrə əlaqələrin inkişaf etdirilməsi üçün geniş imkanlar yaradılıb. Norveç Krallığı dəfələrlə bəyan edib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə münasibətdə münaqişənin Azərbaycanın ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında və sülh yolu ilə həllini dəstəkləyir.
Norveçin Azərbaycandakı səfiri Bard İvar Svendsen elə həmin gün Heydər Əliyev Mərkəzində, uşaq-incəsənət məktəbində, Bayraq Meydanı və Azərbaycanın Rəmzləri Muzeyində, uşaq-incəsənət məktəbində, Tarix-Diyarşünaslıq Muzeyində “ ASAN h ə yat ” kompleksində olub, "EMBAVOOD" mebel fabrikində istehsal prosesi ilə tanış olub, İsti-su sanatoriyasını gəzib.
Görüş və Masallı ilə tanışlıq cay süfrəsi ətrafında səmimi dialoq şəraitində başa çatıb. O, Masallıya məftun olduğunu bildirib, ölkəsinin incəsənət ustalarının növbəti 2017-ci ildə Masallı Beynəlxalq Folklor Festivalına qatılacağını bildirib.
Qeyd edək ki, B.İ.Svendsen bu təyinatadək Norveçin Xarici İşlər Nazirliyində, ölkənin Latviyadakı və Rusiyadakı səfirliklərində diplomatik fəaliyyətlə məşğul olub.