Şriftin ölçüsü :

Saytın rəngi :

Qarğalıq hesabat

11 yanvar 2017 | 16:00

11 yanvar 2017-ci il tarixdə Qarğalıq ərazisində Masallı rayon İcra hakimiyyəti başçısının Qarğalıq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Sübhan Zalıyevin hesabat yığıncağı keçirilmişdir.
Hesabat yığıncağında məruzə ilə çıxış edən S. Zalıyev qeyd etmişdir ki, Qarğalıq inzibati ərazi dairəsi mərkəzi Qarğalıq kəndi olmaqla,Kürdəbaz, Eminli, Şəhriyar, Qədirli, Dəlləkli və Xallıcallı kəndlərini əhatə edir.Ərazinin ümumi sahəsi 3166 hektar,əhalisi 6126 nəfər, təsərrüfatların sayı 1075 olmaqla 1028 yaşayış evi vardır.
       Masallı rayon İcra Hakimiyyəti başçısının Qarğalıq kənd inzibati  ərazi numayəndəliyi öz işini , Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli fərmanı ilə təsdiq edilmiş "Yerli İcra Hakimiyyəti haqqında Əsasnaməni"ni tutaraq qurmuşdur.Nümayəndəliyin fəaliyyətini özündə əks etdirən illik və rüblük iş planları hazırlanmışdır. Nümayəndəliydə "Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında"Azərbaycan Respublikası Qanunu"nun tələbləri səviyyəsində baxılmasına səy göstərilmişdir.
        Hesabat ilində numayəndəlikdə səlahiyyətlər çəçivəsində 62 sərəncam verilmiş,icrasından ötrü tədbirlər planı hazırlanmışdır. Onlardan 17 - si əhalinin sosial problemlərinin həlli ,5 - ərazidə abadlıq-quruculuq işlərinin aparılması ,7 - si kütləvi tədbirlər keçirilməsi , 12 -si bayramlara aid edilmişdir. Nümayəndəlik sərəncamlarından irəli gələn vəzifələrin icrasına daim səy göstərmişdir.
         Nümayəndəlik tərəfindən hər il 1 yanvar vəziyyətinə ərazidə olan fərdi yaşayış evləri üzrə təsərrüfat başına uçot kitablarının rekvizitləri dürüstləşdirilmiş,habelə təsərrüfat üzvlərin və müvəqqəti yaşayan şəxslərin siyahısı aparılmışdır.Buna əsasən Azərbaycan Respublikası seçki məcəlləsinin müvafiq  madələrinə uyğun olaraq daimi seçici siyahısına daxil edilmək üçün ərazidə aktiv seçici hüququna malik olan seçicilərin siyahısı, həmçinin respublikadan kənarda olan seçicilərin siyahısı belə dəqiqləşdirilmişdir.
      Nümayəndəlik tərəfindən kargüzarlıq işləri "Dövlət hakimiyyət orqanlarında idarə,təşkilat müəssisələrində kargüzarlığa dair" təlumatın tələbləri səviyyəsində aparılmışdır.Nümayəndəliyə müxtəlif təşkilatlardan 31 məktub daxil olmuşdur. Daxil olan sənədlərin 19-u Masallı rayon İcra Bölməsindən, 2-si ƏƏSMNY-da DSMF-nun Masallı rayon Şöbəsinə , 1-i Masallı rayon Gigeyna və Epidemiolagiya mərkəzindən, 1-si 70 Saylı Masallı şəhər Seçki Dairəsinin Dairə seçki komissiyasından, 1-i Azərbaycan Qızıl Aypara Cəmiyyətindən, 3-ü Masallı rayon hüquq Məsləhətxanasından,  1-i Masallı rayon Baytarlıq İdarəsindən, 1-i Masallı rayon Qızılağac Dövlət Qoruqundan, 1-i Masallı rayon Prokurorluğundan,1-i  SHXÇDX-nin Masallı şöbəsindən daxil olmuşdur . Daxil olan sənədlər təsnifatı üzrə qruplaşdırılmış,yekun arayışlar yazılaraq, məlumat tələb olunanlara cavab hazırlanaraq göndərilmiş, digərləri isə rəhbərlik üçün işə qəbul edilmişdir.
Göndərilən sənədlərin qeydiyyatı kitabi və surətlərinin saxlanması üçün qovluq açılmışdır.
        "Yerli İcra Hakimiyyəti haqqında Əsasnamə"yə və Azərbaycan Respublikasının "Ailə məcəlləsinə" əsasən nümayəndəlik tərəfindən vətəndaşlıq vəziyyəti aktların dövlət qeydiyyatı aparılır.
         Qarğalıq İnzibati Ərazi dairəsi üzrə nümayəndəlikdə 2016-cı ildə 79 doğum,21 nigah,33 ölüm faktlarının qeydiyyatı aparılmışdır.Nigah faktlarının qeydiyyatı zamanı hər hansı müddət pozğunluğuna yol verilməmiş,rüsum haqları vaxtında ödənilmişdir.Bəzi hallarda isə vətəndaşların səhlənkarlıqları nəticəsində doğum və ölüm faktlarının qeydiyyatların aparılmasında gecikmələrə yol verilməmişdir.      
   Nümayəndəlik tərəfindən Azərbaycan Respublikası "Ailə Məcəlləsi" əsas tutularaq  ərazidə az yaşlı qızların erkən nigahlarının qarşısının alınması bir vəzifə olaraq daim diqqət mərkəzində olmuşdur.
     Az yaşlı qızların erkən nigahlarının qarşısının alınmasından ötəri  ərazinin ziyalıları,ağsaqqları və ictimaiyyətin  digər nümayəndələri  ilə yığıncaq kecirilmiş bu barədə lazımi tədbirlər görülmüşdür.
      Nümayəndəlik tərəfindən ərazidə yaşayan vətəndaşlara onların şəxsiyyəti,ailə vəziyyətini təsdiq edən arayışlar və digər arayış xarakterli sənədlər verilmişdir.Verilmiş arayış və sənədlər normativ hüququ aktlara istinad olaraq təqdim edilmişdir.
    Dövlətimiz hər zaman gənc nəslin təlim-tərbiyəsinə diqqətlə yanaşır.
      Bildiyimiz kimi yetişməkdə olan nəslin inkişafında təhsil müəssisələrinin müstəsna rolu vardır.Ərazidə 3 ümümi orta və 2 tam orta məktəb fəaliyyət göstərir.Məktəblərdə 793 şagird təhsil alır,onların təlim tərbiyəsi ilə 111 müəllim məşğul olur.
      Nümayəndəlik tərəfindən "Təhsil haqqında" Qanunun yerinə yetirilməsinə nəzarət etməklə şagirdlərin dərsə davamiyyətinə məktəb kollektivinə yaxından köməklik göstərilir.Məktəblərdə 1-9 siniflərdə şagirdlərin dərsə davamiyyəti 92-95 faiz təşkil etsədə, yuxarı siniflərdə isə dərsə davamiyyət 80-87 faiz təşkil edir. 2015-2016-cı il tədris ilində 11-ci sinifi bitirmiş 34 məzundan 13 nəfər ali məktəbə, 8 nəfər isə kollecə daxil olmuşdur.
       Ərazidə 1 həkim məntəqəsi fəaliyyət göstərir. Həkim məntəqəsi tərəfindən hesabat ilində 1 yaşdan 6 yaşa qədər uşaqlar arasında lazım olan peyvəndlər aparılmışdır. Bunun nəticəsində uşaqlar arasında göy öskürək, diftria, hepotit, tetanus və qızılca kimi xəstəliklər müşahidə olunmamışdır.
    Ərazidə oxucu kütləsinə xidmət edən 3 kitabxana vardır. Kitabxanalardan 1-i Qarğalıq kənd ərazi nümayəndəliyində 1-i isə Eminli kəndində, 1-i isə Xallıcallı kəndində  yerləşir.
Qeyd etməliyəm ki,ərazimizdə aparılan abadlıq və sosial quruculuq işləri ilə yanaşı ərazi nümayəndəliyinin mühüm işlərindən biri gənclərin Milli Ordu sıralarına hazırlanıb yola salınmasıdır. 2016-ci ildə bu sahədə müəyyən işlər görülmüşdür.Gördüyümüz tədbirlər nəticəsində ərazimizdən 35 nəfər çağrışçı Səfərbərlik və Hərbi Xidmətə Şağrış Dövlət Xidmətinin Masallı rayon Şöbəsindən qeydiyyatdan keçmiş, 35- nəfər hərbi xidmətə göndərilmiş  və hərbi xidmətdən yayınma halları olmayıb. Diqqətinizə çatdırmaq istəyirəm ki, Qarabağ uğrunda döyüşlərdə 10 gəncimiz şəhid və 4 gəncimiz isə əlil olmuşdur. Şəhid ailələri və Qarabağ əlilləri həmişə qayğı ilə əhatə olunur.
Müqəddəs gün və bayramlarda Rayon İcra hakimiyyəti tərəfindən onların xatirələri daima əziz tutulur, bundan sonra da onlara diqqətlə yanaşılacaqdır.
    Ərazidə telekommunikasiya xidməti üçün electron ATS quraşdırılmış, sürətli internet xəttindən istifadə olunur.Hazırda ərazidə internet istifadəçilərinin sayı 125-ə abonentə çatmışdır. Lakin bu sahədə çatışmamazlıqlar mövcuddur. Belə ki, rabitə naqillərinin təmir edilməsinə, yararsız dirəklərin dəyişdirilməsinə ehtiyac vardır. Bu barədə rayon Telekommunikasiya qovşağına müraciət olunmuşdur.
       Ərazidə elektrik enerjisindən istifadə edən 983 abonent vardır. Sərf olunan enerji haqqlarının yığılmasında çətinliklərin olması elektrik təsərrüfatında da çatışmamazlıqların olmasındadır.   
     Elektrik dirəklərində və naqillərin yararsız halda olması xırda təbiət hadisələri baş verdiyi zaman qısaqapanmalar nəticəsində enerjinin verilməsində problemlər yaranmasına səbəb olur. Belə halların aradan qaldırılması üçün rayon PEŞ-nə  nümayəndəlik tərəfindən yaxından köməklik göstərilmişdir.
    Ərazimizdə mavi qazdan istifadə edən 1000 yaxın abonet istifadə edir.
    Ərazidə əhalinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır. Hesabat ilində xüsusi təsərrüfatlarda iri buynuzlu mal-qaranın sayı  4038 baş , xırda buynuzlu mal-qaranın sayı 5495 baş olmuşdur ki, bu da keçən illərə nisbətən artmışdır. Buna baxmayaraq heyvandarlığın cins tərkibinin yaxşılaşdırılması, daha məhsuldar heyvan əldə olunması üçün mövcud tədbirlərdən tam istifadə olunmur. Ərazidə cins mal-qaranın əldə olunması üçün lazımı tədbirlərin görülməsi barədə rayon Baytarlıq şöbəsi ilə söhbət aparılmışdır. Ərazi üzrə 1863 ha yararlı torpaq sahəsindən 2016-cı ilin məhsulu üçün 1215 ha əkin aparılmış, bundan da 600 ha buğda, 585 ha arpa, 30  ha sahədə isə sair bitkilər əkilmişdir. Aparılan təbliğat və tövsiyələrin nəticəsində ərazidə son 2 ildə  gəlirli sahə olan tərəvəzçiliyin xüsusi ilə badımcan və pomidor əkilməsinə diqqət xeyli artmaşıdır.Həmçinin fermerlər tərəfimizdən toxum, meneral gübrələr verilməsində ,biçin vaxtı əlavə konbayınların cəlb edilməsində ,zərərli və xəstəliklərlə mübarizə zamanı lazımı pereparatların verilməsində köməklik edilmişdir. 
Kənd təsərrüfatı məhsulları istehsalının istiqmətinin dəyişdirilməsi , daha sərfəli və rayon  üçün ənənəvi tərəvəz məhsulları istehsalına  keçilməsi artıq  günün tələbinə çevrilmişdir.
          Fermerlərimiz bu  məsələyə ciddi yanaşmalı , kooperativlər  yardaraq təsərrüfatları genişləndirməli , rayon aqrolizinqinin imkanlarından istifadə etməlidirlər.
          Ərazimizdə kənd təsərrüfatı təyinatlı sahələrin  çox  az olmasına  baxmayaraq ,hələ  də əkilməmiş pay  torpaqlarımız  qalır  ki, bu  çox  böyük  təəsüf  doğurur. Pay torpaqlarından kənd  təsərrüfatı məqsədləri  üçün düzgün  istifadə  olunmamasına görə böyük məbləğdə cərimələr nəzərdə tutulmuşdur. Milli məclisin qəbul etdiyi yeni qanuna əsasən uzun müddət  istifadə olunmayan pay torpaqları dövlətə qaytarılacaqdır.
           Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən təsdiq edilmiş kənd təsərrüfatının inkşafının Strateji Yol Xəritəsinə əsasən kənd təsərrüfatı məhsullarının istehsalında və bu məhsulların istehsalı üçün göstərilən dövlət yardımlarının verilməsində rayonlaşma prinsipi əsas götürülür. Bu o deməkdirki, hər bir rayon üçün xarakterik olan kənd təsərrüfatı məhsullarının əkilməsi və inkşaf etdirilməsi nəzərdə tutulur. Masallı rayonunda çayçılığın və tərəvəzçiliyin inkşaf etdirilməsi strateji məqsəd kimi qarşıya qoyulur. Bu məqsədlə regionlarda vətəndaşlardan kənd təsərrüfatı məhsullarını tədarük edən Ərzaq Təhcizatı və Tədarükü Açıq səhimdar cəmiyyəti yaradılır ki, cənub regionunda mərkəz Masallı rayonunda yerləşir. Kənd təsərrüfatı məhsulları istehsal edən hər bir vətəndaş qabaqcadan müqavilə bağlamaqla tədarük etdiyi məhsulu bu təşkilata rahat şəkildə satmaq imkanı qazanır.
          Kənd təsərrüfatı məhsulları istehsalçılarına kömək məqsədilə su aparıcı arxlar və kanallar təmizlənmiş,  şumun vurulması və dənli bitkilərin yığılması zamanı ərazidə olan texnika səfərbər edilmiş, digər ərazilərdən texnikanın cəlb edilməsi üçün tədbirlər görülmüşdür. Əhaliyə dövlət vəsaiti hesabına verilən yardımlar vaxtında çatdırılmışdır.
     Təvazökarlıq olsada qeyd etməliyəm ki,rayon İcra hakimiyyətinin  başçısı cənab Rafil Hüseynovun Qarğalıq ərazisinin sakinlərinə isti münasibəti nəticəsində bir çox işlər görmüşdü.
      Respublikamızda azad sahibkarlığa yaradılmış şərait də ərazidə də sahibkarlığın inkişafına böyük təsir götərmişdir. Ərazidə, 29 mağaza-dükan , 1 maşın yuyucu sexi , 1 avtomobillərin təmiri sexi, 5 iaşə obyekti fəaliyyət göstərir,burada 65 nəfərə yaxın işçi işləyir.
     Bələdiyyə ilə işlərin səmərəli təşkili,yerli əhəmiyyətli məsələlərin birgə həll edilməsinə nümayəndəlik tərəfindən bələdiyyəyə yaxından köməklik göstərilir,qarşıya çıxan bütün problemlərin həllinə birlikdə səy göstərilir.Lakin əmlak və torpaq vergisinin yığılmasında çətinliklər var.Bələdiyyə ilə birlikə 1200 m kənddaxili yola çınqıl tökülmüş,istirahət mərkəzi tikilmiş,sadə idman qurğuları qurulmuşdur.
      Rayon qadınlar şurasının,rayon hüquq mühafizə orqanlarının ərazi məktəblərində və ərazi sakinləri ilə apardıqları mütəmadi görüşlərin nəticəsində az yaşlı qızların ərə verilməsi və erkən nigahların olmasi halları hesabat ilində demək olar ki,müşahidə olunmamışdır.Doğrudur ərazidə qeydiyyatda olmasına baxmayaraq, Respublikanin digər güşələrində yaşayan vətəndaşlar arasında bu halın baş verməyinə cəhdlər edilmişdir. Lakin bu barədə aidatı hüquqi orqanlara tərəfimizdən vaxtinda məlumat verilərək məsələnin qarşısı vaxtında alınmışdır.
    Hesabat dövründə sakinlərin mənəvi tərbiyəsi ilə bağlı,el adətlərinin yaşaması,dini dəyərlərin qorunması sahəsinədə tərəfimizdən diqqət yetirilmişdir.
      Ərazidə bütün dini mərasimlər artiq aparılan təbliğatın müsbət nəticəsində tam şəri çərçivədə olmaqla yerinə yetirilir.
       2016-ci ilin yadda qalan hadisələrindən biri də Azərbaycan Respublikasında keçirilən referendum seçkiləri olmuşdur. Ərazi nümayəndəsi seçkilərin yüksək səviyyədə keçirilməsi üçün məntəqələrin lazımı avadanlıqlarla təhciz etmiş, səs vermə hüququ onların siyahısı dəqiqləşdirilərək məntəqələrə verilmişdir. Ərazi sakinləri həmişə dövlətimizə və dövlətçiliyimizə sədaqətlərini nümayiş etdirmişdir.   
   Gördüyümüz işlərlə yanaşı görəcəyimiz işlər və qarşıda duran vəzifələrimiz də çoxdur. Belə ki, kənd ara yollarının təmir edilməsi, yararsız elektrik və rabitə dirəklərinin dəyişdirilməsi, kənd təsərrüfatı üzrə yeni əkinçilik strukturunun yaradılması, zəbt edilmiş torpaqların zəbtdən azad olunması və bu kimi məsələlərin həlli qarşida duran vəzifələrimizdir.

Keçidlər