Bədəlan hesabat
23 yanvar 2017-ci il tarixdə Bədəlan ərazisində Masallı rayon İcra hakimiyyəti başçısının Bədəlan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Loğman Şahbazovun hesabat yığıncağı keçirilmişdir.
Hesabat yığıncağında məruzə ilə çıxış edən L. Şahbazov qeyd etmişdir ki, Bədəlan inzibati ərazi dairəsi mərkəzi Bədəlan kəndi olmaqla Bədəlan,Dəmirçi, Aşurlu və Çayqıraq kəndləri əhatə edir. Ərazinin ümumi sahəsi 1271 hektar, əhalinin sayı 8436 nəfər, təsərrüfatların sayı 1935 olmaqla, 1230 yaşayış evi vardır.
Masallı RİHB-nın Bədəlan kənd inzibati ərazi nümayəndəliyi öz işini Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli fərmanı ilə təsdiq edilmiş “Yerli İcra Hakimiyyətləri haqqında Əsasnamə”ni rəhbər tutaraq qurmuşdur. Nümayəndəlikdə Əsasnaməyə uyğun olaraq fəaliyyətini əks etdirən illik və rüblük iş planları hazırlanaraq təsdiq edilmişdir. İş planına uyğun olaraq nümayəndəlik səlahiyyətləri daxilində 61 sərəncam və 12 əmr imzalamışdır. Sərəmcanlar əsasən əhalinin sosial problemlərin həlli, ərazidə abadlıq quruculuq işlərinin aparılması, kütləvi tədbirlər, bayram, tarixi və anım günlərinin qeyd olunması ilə əlaqədar olmuşdur. Verilmiş sərəncamlara uyğun tədbirlər planı hazırlanmış və icrası təmin edilmişdir.
Nümayəndəlikdə kargüzarlıq işlərinin aparılması “Dövlət hakimiyyəti orqanlarında idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılması Qaydaları haqqında” təlimatın tələbləri səviyyəsində aparılmasına səy göstərilmişdir. Nümayəndəliyə müxtəlif təşkilatlardan 31 məktub daxil olmuşdur. Rayon icra hakimiyyətinə və digər təşkilatlara 110 məktub göndərilmişdir. Daxil olan sənədlər təsnifatı ilə qruplaşdırılmış, məlumat tələb olunanlara cavab hazırlanaraq göndərilmiş, digərləri isə rəhbərlik üçün işə qəbul edilmişdir. Göndərilən sənədlərin qeydiyyat kitabı və surətlərin saxlanması üçün qovluq açılmışdır.
Nümayəndəlikdə vətəndaşların müraciətlərinə “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanunun tələbləri səviyyəsində baxılmışdır. Buna baxmayaraq 2016-ci ildə də ərazi sakinləri tərəfindən yuxarı rəhbər orqanlara və rayon İcra hakimiyyətinə müraciətlər ünvanlanmışdır. Bildirmək istəyirəm ki, 2015-ci il ilə müqaisə etdikdə 2016-ci ildə edilən müraciətlərin sayı azalmışdır.
Vətəndaşların müraciətinə baxılması, araşdırılması və nəticəsi barədə heabat məruzəsinə əlavə olaraq ərazi nümayəndəsinin müavini Barat Alışov daha geniş məlumat verəcəkdir.
“Yerli İcra hakimiyyəti haqqında Əsasnamə”yə və Azərbaycan Respublikasının “Ailə məcəlləsinə” əsasən nümayəndəlik tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı aparılır. Bədəlan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində 2016-cı ildə 50 doğum, 6 nigah, 38 ölüm faktlarının qeydiyyatı aparılmışdır. Nigah faktlarının qeydiyyatı zamanı heç bir müddət pozğunluğuna yol verilməmiş, rüsum haqqları vaxtında dövlət büdcəsinə köçürülmüşdür. Heabat ilində nigah faktlarının qeydiyyatı kəskin azalmışdır. Buna səbəb, 16 dekabr 2014-ci ildə nigaha girmək üçün tibbi arayışın tələb olunması ilə bağlı Ailə Məcəlləinə edilən dəyişikliklər və gənclərin bu müsbət dəyişiliklərə laqeyd və səhti yanaşmasından irəli gəlmişdir. Lakin, unutmaq olmaz ki, sağlam ailə qurmaq istəyən hər bir gənc tibbi müayinədən mütləq keçməlidir ki, onların rəsmi nigahınin qeydiyyatını aparmaq mümkün olsun.
Nümayəndəlik tərəfindən “Ailə məcəlləsi” əsas tutularaq ərazidə azyaşlı qızların erkən nigahının qarşısının alınması bir vəzifə olaraq daim diqqət mərkəzində olmuşdur. Masallı rayon İcra hakimiyyətinin və hüquq-mühafizə orqanlarının köməkliyi ilə 2016 -cü ildə azyaşlı qızların ailə qurmalarının qarşısının alınmasında irəliləyiş əldə edilmiş,2014-2015-ci illər ilə müqayisə edildikdə 2016-cü ildə bu cür halların sayı minimuma endirilmişdir. Gələcəkdə erkən nigah hallarının qarşısının alınmasında kənd ziyalılarınin, ağsaqqalların və məktəb direktorlarının dəstəyinə böyük ehtiyacımız var. Ərazi nümayəndəliyi olaraq biz və hüquq-mühafizə orqanları kəskin mövqe nümayış etdirməli, hamı qanun qarşısında məuliyyət daşıdığını dərk etməlidir.
Masallı RİH-nin başçısı cənab Rafil Hüseynovun 23 iyul 2014-cu ildə Çayqıraq kəndində, 12 Avqust 2015-ci ildə Dəmirçi kəndində və 01 iyun 2016-ci ildə Bədəlan kəndində, məhz bu zalda ərazinin ziyalıları,ağsaqqalları və ictimaiyyəti ilə keçirdiyi səyyar görüşü zamanı azyaşlı qızların erkən nigaha girməsi ilə bağlı sərt mövqeyini ortaya qoymuş , lazımı tövsiyyə və tapşırıqlarını vermişdir. Verilmiş tövsiyyə və tapşırıqlar qanunvericilik nəzərə alınaraq bu gün də diqqət mərkəzindədir.
2016-cı ildə təsərrüfatbaşına kitablarının yenidən işlənilməsi təmin olunmuşdur. Təsərrüfat üzvlərinin, daimi və müvəqqəti yaşayan şəxslərin hər ildə Azərbaycan Respublikası seçki məcəlləsinin müvafiq maddələrinə uyğun olaraq daimi seçici siyahısına daxil edilmək üçün ərazidə aktiv seçici hüququna malik olan seçicilərin siyahısı dəqiqləşdirilmişdir.
Nümayəndəlik tərəfindən ərazidə yaşayan vətəndaşlara onların şəxsiyyəti, yaşayış yeri və ailə vəziyyətini təsdiq edən 1195 ədəd arayış və digər xarakterli sənədlər verilmişdir. Verilmiş arayış və sənədlər normativ-hüquqi aktlara istinad olaraq təqdim edilmişdir.
Yetişməkdə olan nəslin inkişafında təhsil müəsissələrinin müstəsna rolu vardır .Bu sahədə, kəndimizdə 1 tam orta, 2 ümumi orta məktəbi, 1 peşə məktəbi və 60 yerlik müasir tipli uşaq-bağça kompleksi fəaliyyət göstərir. Məktəblərdə 722 şagird təhsil alır. Onların təlim-tərbiyyəsi ilə 84 müəllim və 35 texniki işçi məşğul olur. 2016-cü il bir daha ərazi sakinləri üçün ona görə uğurlu olmuşdur ki, hesabat ilində Çayqıraq kənd umumi orta məktəbi üçün 140 yerlik yeni məktəb binası tikilib istifadəyə verilmişdir.
Hesabat ilində Bədəlan tam orta məktəbini 25 gənc bitirmiş, 2016-ci il və əvvəlki illərdə bitirmiş 7 məzun ali təhsil ocaqlarına, 18 məzun isə kollecə daxil olmuşdur. Çox sevindirici haldır ki, ali məktəbə və kollecə daxil olan məzunlar arasında gənc qızlarımız vardır.
Kəndimizdə fəaliyyət göstərən uşaq-baxça kompleksində hər cür rahat şərait vardır. Qonşu kəndlərdən belə sakinlər uşaqlarını baxçaya qoymaq üçün bizə müraciət edirlər. Qarşıda duran əsas vəzifələrdən biridə baxça kompleksini 60 yerdən 100 yerə qaldırılmasıdır. Baxçada yaradılmış şərait göstərilən xidmətin səviyyəsini artırmış və valideyinlər tərəfindən müsbət qarşılanmışdır.
Ərazidə təhsil ilə bağlı demək olar ki, artıq bütün problemlər həllini tapmışdır.Son dörd ildə inzibati ərazi dairəsində 3 müasir tipli yeni məktəb və 1 uşaq baxça kompleksinin hər cür avadanlıqlarla və mərkəzləşdirilmiş istilik sistemi ilə təhciz olunaraq istifadəyə verilməsi önəmli tarixi hadisə kimi kənd sakinlərinin yaddaşına əbədi həkk olacaqdır.Bu uğurlu layihələrə görə ölkə başçıı möhtərəm Prezidentimiz cənab İlham Əliyevə, məktəblərin tikinti-təmir işlərinin plana salınması və inşa olunmasında böyuk zəhməti olan Masallı rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynova kənd sakinləri adından minnətdarlığımı bildirirəm.
Gənclərin asudə vaxtlarının səmərəli keçirilməsində və onların hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması ilə bağlı ardıcıl işlər ararılır. Nümayəndəliyin ən mühüm işlərindən biri də gənclərin Milli Ordu sıralarına hazırlanıb yola salınmasıdır. Hal-hazırda 34 gəncimiz Milli Orduda öz müqəddəs borcunu şərəflə yerinə yetirir. Lakin, bu sahədədə müəyyən çətinliklərimiz vardır. Belə ki, bəzi valideynlər övladlarını heç bir əsas olmadan hərbi xidmətdən yayındırmaqa səy göstərir, çağırışlara vaxtında gəlmir, öz vətəndaş öhtəliklərini yerinə yetirməyə laqeyd yanaşırlar. Bildirmək istəyirəm ki, bununla bağlı 5 gənc inzibati qaydada cərimə edilmiş, iki nəfərin işi isə hüquq mühafizə orqanları tərəfindən araşdırılır
Bildirmək istəyirəm ki, Qarabağ döyüşlərində 6 gəncimiz şəhid, 6 gəncimiz isə əlil olmuşdur. Şəhid ailələri, Qarabağ əlilləri, aztəminatlı, kimsəsiz və imkansız ailələr daima diqqət mərkəzindədir. Onlar həmişə qayğıyla əhatə olunur, bayramlarda və anım günlərində onlara baş çəkilir, maddi və mənəvi yardımlar göstərilir. 2016-cı ildə Rayon İcra hakimiyyəti, ərazi nümayəndəliyi və Bədəlan bələdiyyəsinin köməkliyi ilə ərazidə yaşayan 116 belə ailəyə bayram sovqatı verilmişdir. Əlavə olaraq, Qurban bayramında iş adamları və xeyriyyəçilər tərəfindən 300-dən yuxarı ailəyə qurban payı verilmişdir.. Yeni il və Dünya Azərbaycanlıların Həmrəylik Günü ərəfəsində Heydər Əliyev Fondu tərəfindən göndərilmiş bayram sovqatı ƏƏSMN-nın Masallı rayon şöbəsi və ərazi nümayəndəliyinin köməyi ilə ünvanlı sosial yardım alan 136 ailəyə paylanılmışdır. Çox təəssüflər olsun ki, bütün bu xeyirxah işlərdən sui-istifadə edən sakinlərimiz də vardır. Belə ki, ünvanlı sosial yardım almaq üçün rəsmi sənədlərini belə qaydaya salmaq istəməyən, öhdəsində xəstə və ya azyaşlı övladı olmayan, heç bir fərdi iş görmək istəməyən, əmək qabiliyyətli, ələbaxımlılığa meyilli olan şəxslər hay-küy salır, rayon və Respublikanın müxtəlif təşkilatlarına əssassız şikayətlər edirlər. Lakin, ərazi nümayəndəliyi tərəfindən belə hallara səbr və təmkinlə yanaşılır, bazar iqtisadiyyatının tələblərinə uyğun çıxış yolları göstərilir, qanunvericilik çərçivəsində maarifləndirici izahat işləri aparılır.
Ağsaqqalların və sakinlərin asudə vaxtlarının səmərəli təşkil edilməsi üçün kəndimizdə kitabxana, klub, istirahət parkı, və ağsaqqallar evi fəaliyyət göstərir. “Ağsaqqallar evi” gündəlik mətbuat materialları ilə təmin olunur və orada stolüstü oyunlar üçün şərait yaradılmışdır.Burada, kəndin bir çox sosial problemləri çay süfrəsi ətrafında ağsaqqalların və ziyalıların köməkliyi həllini tapır. Ərazi nümayəndəliyin və kənd bələdiyyəsinin bir sıra tədbirləri, anım və tarixi günlər burada keçirilir. Hesabat ilində “Ağsaqqallar evi”nə xeyriyyəçilər tərəfindən bir ədəd kondisaner,bir ədəd televizor, nərd, şahmat və dama oyunu dəstləri hədiyyə edilmişdir.
Bədəlan kəndində poçt şöbəsi və 1104 yerlik elektron ATS fəaliyyət göstərir. İnternet itifadəçilərin sayı 520 nəfərdir. Elektrik enerjisindən itifadə edən abonentlərin sayı sahibkarlıq obyektləri də daxil olmaqla 1838, təbii qazdan istifadə edən abonentlərin sayı isə 1585 nəfərdir. Bildiyiniz kimi taarif şurası təbii qaz və elektrik enerjisinin qiymətlərinin qaldırılması barədə qərar qəbul etmişdir. Aztəminatlı ailələri qiymət artımından qorumaq məqsədi ilə ölkə başçısı istifadə olunacaq istelak limitini təbii qaz üçün 1500-dən 1700 kub metrə, elektrik enerjisi üçün isə 250-dən 300 kv saata qaldırılması barədə göstəriş vermiş ,bu sosial durumu nisbətən zəif olan ailələr və sakinlər tərəfindən müsbət qarşılanıb. Ərazidə, ödənişləri həyata keçirtmək üçün poçt şöbəsi ilə yanaşı, mağzalarda quraşdırılmış 4 ədəd elektron aparat fəaliyyət göstərir. Elekrik enerjisi və qaz pullunun ödənilməsində kənd sakinlərinin cüzi bir qimi müəyyən problemlər yaratsa da, aparılmış inzibati və maaririfləndirici tədbirlər sayəsində əhalinin ödəniş etmə mədəniyyəti və məsulliyyəti əvvəlki illərlə müqayisədə çox artmışdır. Bu sahədə bizi narahat edən problemlərdən biri də elektrik dirəklərinin bir qisminin yararsız və naqillərin köhnə olmasıdır ki,ən xırda təbiət hadisəsi baş verən kimi elektrik enerjisinin ötürülməsində fasilələr yaradır. Belə halların aradan qaldırılmasında, elektrik enerjisi və qaz pulunun yığılmasında ərazi nümayəndəliyi qaz istismarı sahəsi və rayon elektrik şəbəkəsi mütəxəsisslərinə yaxından köməklik göstərir.
Bədəlan kənd ərazisində həkim məntəqəsi fəaliyyət göstərir. Burada mütamədi olaraq əhaliyə ilk tibbi yardımlar göstərilir, müxtəlif yaş qruplarından olan uşaqlara peyvənd edilir və digər səhiyyə xidmətləri göstərilir. Həkim məntəqəsinin binası müasir tələblərə cavab vermir. Ərazi nümayəndəliyi Bədəlan kənd icması ilə birlikdə 2016-cı ildə Kənd İnvestisiya Layihəsi çərçivəsində həkim məntəqəsinin yenidən qurulmasına çox çalışsada, mövcud maaliyyə çatışmazlığı ucbatından bu iş müsbət həllini tapmamışdır. Biz növbəti ildə də, bu istiqamətdə səylərimizi davam etdirəcək, çalışacağıq ki, yeni həkim məntəqəsinin inşasına nail olaq.
Ərazidə əhalinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır. Hesabat ilində təsərrüfatlarda iri buynuzlu mal-qaranın sayı 1876 və xırda buynuzlu mal-qaranın sayı isə 1830 baş olmuşdur ki, bu da keçən il ilə nisbətdə artmışdır. Son illərdə kəndimizdə arıçılığın inkişafına da maraq artmışdır ki, hal-hazırda 16 fərqli təsərrüfatda arı ailələri saxlanılır. Ərazidə 6 ha sahədə taxıl əkilmişdir. Həyətyanı və fərdi təsərrüfatlarda tərəvəz əkini üçün istixanalar quraşdırılmışdır. Mal-qaranın sayı artsa da əhali əkinçilikdən çox uzaq düşmüşdür, torpaqlar əkilmir və ya onlardan səmərəli istifadə olunmur. Pay sahibləri ən yaxşı halda həmin torpaqlardan biçənək kimi istifadə edirlər. Çox acınacaqlı haldır ki, pay torpaqlarının müəyyən hissəsini kol-kos basıb. Ərazinin sahibi olan mülkiyyətçilər həmin torpaq sahəsini 20 ilə yaxındır ki, əkmir,abadlaşdırmır.
Masallı RİHB cənab R. Hüseynovun təşəbbüsü ilə Masallı rayonunda 2017-ci ildə 1000 ha ərazidə yaşıl çay plantasiyasının salınması ilə bağlı ölkə rəhbərliyi səviyyəsində məsələ qaldırılmışdır. Ərazimizdə də 100 ha torpaq sahəsində yaşıl çay bitkisinin əkilməsi nəzərdə tutulmuşdur. Nümayəndəlik tərəfindən ərazinin xəritələri yenidən hazırlanmış, 200-dən yuxarı pay sahibindən razılıq ərizəsi, torpaq sənədlərinin və şəxsiyyət vəsiqəsinin surətləri toplanmışdır. İlkin araşdırmaya görə, mülkiyyətçilərin çox cuzi hissəsi həmin ərazini özləri əkmək istəyir, əksəriyyəti isə torpaq sahələrinin icarəyə verməyə meyl göstərirlər. Bununla bağlı, mülkiyyətçilərə dövlət tərəfindən də hər cür maddi, mənəvi və təşkilati dəstəyin göstərilməsi planlaşdırılır.
Tədbirlər çərçivəsində Bədəlan kənd Ağsaqallar evində, RİHB aparatının və Kənd təsərrüfatı idarəsinin rəhbər işçiləri ilə kənd sakinlərinin görüşü təşkil olunmuş, mülkiyyətçilərlə maarifləndirici söhbətlər aparılmışdır. Onlara izah olunmuşdur ki, həmin sahələri ya özləri əkməli, ya kooperasiya şəklində birləşməklə, yaxud da investorlar cəlb edib torpaqları uzun müddətli icarəyə verməklə istifadə etməlidirlər. Biz inanırıq ki, RİHB cənab R. Hüseynovun yaxından köməkliyi ilə Bədəlan kənd ərazisində yaşıl çay plantasiyasının salınmasına nail olacağıq ki, bu da ərazimizdə məşğulluq problemini həll edəcək, əlavə iş yerləri yaradacaq, kənd sakinlərinin gəlirlərini artıracaq və əhalinin həyat səviyyəsinə,rifahına müsbət təsirini göstərəcəkdir.
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən təsdiq edilmiş kənd təsərrüfatının inkişafının Strateji Yol Xəritəsinə əsasən kənd təsərrüfatı məhsullarının istehsalında və bu məhsulların istehsalı üçün göstərilən dövlət yardımlarının verilməsində rayonlaşma prinsipi əsas götürülür. Bu o deməkdir ki, hər bir rayon üçün xarakterik olan kənd təsərrüfatı məhsullarının əkilməsi və inkişaf etdirilməsi nəzərdə tutulur. Masallı rayonunda çayçılıqın və tərəvəzçiliyin inkişafı strateji məqsəd kimi qarşıya qoyulur. Eyni zamanda aparılan islahatlar çərçivəsində Respublika Prezidenti cənab İlham Əliyev ”Ərzaq məhsullarının tədarükü və təchizatı”ASC-nin yaradılması haqqında sərəncam imzalamışdır kı, bu da kənd təsərrüfatı məhsullarının əkini və istehsalı ilə məşğul olan hər bir kənd sakininə ,fermerə və sahibkara imkan verir ki, istehsal etdiyi məhsulu heç bir vasitəçi olmadan, müqavilə bağlamaqla, cəmiyyət tərəfindən yaradılan mərkəzləşdirilmiş portal vasitəsi ilə rahat şəkildə satışını reallaşdırsın. Bədəlan kənd sakinlərindən artıq 4 nəfər istehal edəcəyi məhsulu satmaq məqsədiilə bu portala qoşulmuşdur.
Kənd təsərrüfatı ilə bağli digər bir yenilik isə “ASAN –həyat” mərkəzi nəzdində yaradlan “ABAD”- ailə biznesinə asan dəstək layihəsidir ki, fermer istehsal etdiyi kənd təsərrüfatı məhsulunu vasitəçi olmadan mərkəzdə, xüsusi maşınlarda yerləşdirən mini fabriklərdə istehsal edib öz markası ilə qablaşdıraraq mərkəzin dəstəyi ilə satışını həyata keçirdə bilər.
Ərazi nümayəndəliyi bu innovatik yeniliklər barədə ardıcıl olaraq kənd sakinlərini məlumatlandırır, onlara təşkilati dətək göstərir, izahat işləri və maarifləndirici söhbətlər aparır.
Respublikada hörmətli Prezident tərəfindən azad sahibkarlığa yaradılmış şərait ərazidə də sahibkarlığın inkişafına böyük təsir göstərmişdir. Ərazidə bu baxımdan bütün sahibkarlıq növləri fəaliyyət göstərir. Ərazidə 20 mağaza, 7 avtomobil təmiri sexi, 5 plastik qapı-pəncərə sexi, 2 aptek, 1 yanacaqdoldurma məntəqəsi, 2 çörəkbişirmə sexi, onlarla xırda dükan, 9 çayxana və ictimai iaşə obyektləri əhaliyə xidmət göstərir ki, burada yüzdən artıq işçi çalışır.
Bildiyiniz kimi 26 sentyabr 2016-ci il tarixində Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı referendum keçirilmişdir. Nümayəndəlik tərəfindən “ Yerli İcra hakimiyyətləri haqqında Əsasnamə”yə uyğun olaraq məntəqələr texniki avadanlıqlarla təmin edilmişdir. Seçicilərin referendumda iştirakına şərait yaradılmışdır. Referendumda ərazinin seçiciləri fəal iştirak edərək təklif olunan dəyişikliklərə müsbət münasibət bildirmişlər.
Nümayəndəlik bələdiyyə ilə qarşılıqlı fəaliyyət göstərir.Bələdiyyənin fəaliyyəti bizi tam qane etmir. Belə ki, 2015-ci ildə fəaliyyətə başlamış yeni tərkib əhalidən icarə, torqaq və əmlak vergisinin yığılmasını tam təmin edə bilməmiş,bu da ərazidə həyata keçirilməsi nəzərdə tutulmuş müxtəlif sosial layihələrin reallaşmamasına gətirib çıxarmışdır. Kommunal xidmətin təşkili ilə bağlı ilkin uğurlu addımlar atılsada, hal-hazırda bu işlərin davamlı şəkildə aparılmasında problemlər mövcuddur. Hesabat ilinin sonunda, bələdiyyə vergilərinin toplanılmasını daha da sürətləndirmək üçün mərkəzləşdirilmiş informasiya sistemi yaradılmışdır. Bədəlan Bələdiyyəsi də buna uyğun olaraq 150-dən yuxarı vergi ödəyicisinin statistik məlumatlarını vahid sistemə yerləşdirmişdir. Hal-hazırda bu iş davam etməkdədir. İnanırıq ki, ərazidə yaşayan sakinlər də özünü idarəetmə qurumu olan Bələdiyyənin işində fəal iştirak edəcək, üzərilərinə düşən öhdəlikləri yerinə yetirəcək və bələdiyyə büdcəsinə vergiləri vaxtında və dürüst ödəməklə kəndimizin inkişafına öz töhfələrini verəcəklər. Bütün bu işlərin görülməsində ərazi nümayəndəliyi də öz köməyini əsirgəməyəcəkdir.
Ölkə rəhbərliyi tərəfindən 2016-ci il “Multikulturalizm ili” elan olunmuşdur. Tədbirlər planına uyğun olaraq kənd ağaqqallrı,ziyalılar və dini icma rəhbərləri məcidlərdə, mərsaimlərdə və əhalinin sıx toplaşdığı məkanlarda müxtəlif mədəniyyətlərin yanaşı yaşaması, dözümlülük, tolerantlıq və multikultural dəyərlərin təbliği ilə bağlı görüşlər keçirtmiş və söhbətlər etmişlər. Bu radikal təmayüllü cərayanlara məxsus şəxslərin məscidlərimizə və aramıza daxil olmasınin qarşısını tamamilə almış olur.
Dini sahədə görülən bütün işləri qanun və qaydalara uyğün tənzimləmək məqsədi ilə 2016- ci ildə İcra nümayəndəliyinin dəstəyi ilə Çayqıraq kənd məscidi dini icması dövlət qeydiyyatından keçmiş, Dəmirçi kənd məscidi dini icmasınin sənədləri isə qeydiyyata alınmaq üçün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə göndərilmişdir.
Eyni zamanda, Aşurlu kənd məscidi dini icması və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birgə “Zərərli vərdişlərlə mübarizədə milli-mənəvi və dini dəyərlərin rolu” mövzusunda maarifləndirici tədbirlər keçirilmişdir.Tədbirdə Bakı Dövlət Universitetitin ilahiyyət fakultəsinin müəlliminin, rayonun tanınmış nufuzlu din xadimlərinin, kənd ağsaqqallarınin və ziyalıların iştirakı gənclərin zərərli vərdişlərdən yayınması üçün böyük əhəmiyyət kəsb etmişdir.
2016-ci il Bədəlan inzibati ərazi dairəsi üçün uğurlu il kimi yadda qaldı. Çayqıraq kənd ümumi orta məktəbinin itifadəyə verilməsi, Dəmirçi kəndində 1 km uzunluğunda yolun işıqlandırılması, Aşurlu kəndində Xeyir-Şər zalınn tikintisinin başa çatdırılması və kənd qəbirstanlığının abadlaşdırılması, 1,2 km kənd arası küçələrə çınqıl döşənməsi, 36 ədəd yararsız elektrik dirəyinin dəyişdirlməsi,1 ədəd yeni 100 kv-q transformatorun quraşdırılmasi,“Balaca məhəllə” məscidinin yenidən qurulması və məhəllə qəbirstanlığının abadlaşdırılması və digər görülən işlər bizim uğurlarımızdır.
Fürsətdən istifadə edib ərazidə yerli əhəmiyyətli məsələlərin həll olunmasında ərazi nümayəndəliyinə yaxından köməklik göstərən iş adamlarına və xeyriyyəçilərə, Bədəlan kənd sakinləri Füzuli və Soltanağa Hüseynov qardaşlarına, Aşurlu kənd sakinləri Məhərrəməli Əbilov və Mərdan Nuriyevə, Çayqıraq kənd sakinləri Məmmədağa Məmmədov və Qədiməli Cəfərova, Dəmirçi kənd sakinləri Sabir Əsədov və Güləxan Əliyevə minnətdarlığımızı bildiririk.
Gördüyümüz işlərlə yanaşı 2017-ci ildə qarşımızda çox mühüm işlər və vəzifələr durur. Belə ki, Bədəlan kəndində yeni çay plataiyasıının salinması , Bədəlan və Dəmirçi kəndlərini birləşdirən çayın üzərində kiçik qabaritli körpünün plana salınması, kənd ara yollarının təmir edilməsi, yararsız elektrik və rabitə dirəklərinin dəyişdirilməsi, Bədəlan kənd həkim məntəqəsinin təmir edilməsinin plana salınması, Dəmirçi kənd məscidi dini icmasının dövlət qeydiyyatından keçməsinin təmini, zəbt olunmuş torpaqların azad olunması, erkən nigahların qarşısının alınması, yaşıllıq zolaqlarının salınmasi qarşımızıda duran əsas vəzifəmiz olacaqdır.