Şriftin ölçüsü :

Saytın rəngi :

Lürən hesabat

25 yanvar 2017 | 16:00

25 yanvar 2017-ci il tarixdə Lürən ərazisində Masallı rayon İcra hakimiyyəti başçısının Lürən kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Zakir Əbilovun hesabat yığıncağı keçirilmişdir.
    Hesabat yığıncağında məruzə ilə çıxış edən Z. Əbilov qeyd etmişdir ki, Lürən kənd inzibati ərazi vahidi üç kəndi Lürən ,Pircana Yusifli kəndlərini əhatə edir.Kəndimiz rayon mərkəzindən 6 km məsafədə yerləşir.Ərazinin ümumi torpaq sahəsi 533 ha, əhalisi isə 510 təsərrüfat olmaqla 1815 nəfərdir. Əhalinin əsas məşğuliyyəti əkinçilik və maldarlıqdır.    
         Lürən kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik öz işini  Azərbaycan Respublikası Prezidentinin 06 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanına əsasən “Yerli İcra hakimiyyətləri haqqında əsasnamə”yə uyğun olaraq  qurmuşdur. Nümayəndəliyin fəaliyyətini əhatə edən illik və rüblük iş planları hazırlanaraq təsdiq edilmişdir.İş planında nəzərdə tutulmuş maddələr üzrə nümayəndəlik tərəfindən səlahiyyətləri daxilində 71 sərəncam verilmişdir.Verilən sərəncamlar əsasən ərazinin sosial-iqtisadi inkişafı,vətəndaşların müraciətlərinə baxılmasının yaxşılaşdırılması,hər il yanvarın 1 vəziyyətinə təsərrüfatbaşına kitabların dürüstləşdirilməsi,tarixi gün və bayramların qeyd edilməsi,kütləvi tədbirlərin keçirilməsi,qanunsuz tikililər və azyaşlı qızların erkən ailə həyatı qurmasının qarşısının alınması və digər məsələlər barədə olmuşdur.
       Ərazidə tarixi gün və bayramlar xüsusi qeyd edilmişdir.Belə ki,ərazidə ulu öndər Heydər Əliyevin doğum və anım günləri,20 yanvar faciəsinin il dönümü,26 Fevral Xocalı soyqırımı,31 mart Azərbaycanlıların Soyqırımı və digər tarixi gün və bayram günləri ərazidə qeyd edilmişdir.
      Nümayəndəlikdə “Dövlət icra hakimiyyəti orqanlarında ,idarə,müəssisə və təşkilatlarda kargüzarlığın aparılması qaydası haqqında”təlimata və iş nomenklaturasına uyğun olaraq qeydiyyat kitabları həmçinin sənədlərin saxlanılması qovluqları açılmışdır.
      Nümayəndəliyə 2016-ci ildə müxtəlif təşkilatlardan 16 sənəd məktub daxil olmuşdur.Daxil olmuş sənədlərə təlimata uyğun olaraq dərkənar qoyulmuş,daxilə ştempi vurularaq qeydiyyata alınmışdır. Məlumat xarakterli sənədlər rəhbərlik və icra üçün işə alınmış,cavablandırılması tələb olunan sənəd-məktubların icrası vaxtında təmin edilmiş,icra barədə yekun arayış yazlmışdır.
      Nümayəndəlikdə vətəndaşların müraciətlərinə baxılması və onların qəbulunun təşkili “Vətəndaşların müraciətləri haqqında”Azərbaycan Respublikası Qanununun tələbləri səviyyəsində baxılmasına daima səy göstərilmiş,müraciətlərə həssaslıqla yanaşılmışdır.
       2016-ci il ərzində nümayəndəliyə vətəndaşlar tərəfindən  3  yazılı və 16 şifahi müraciət daxil olmuşdur. Bir qayda olaraq bütün müraciətlərə vaxtında cavab verilmiş,müddət pozulmasına yol verilməmişdir.Nümayəndəliyə daxil olmuş şifahi müraciətlər əsasən əkin və həyətyanı sahələrə mal-qaranın girməsi,həyətyanı və yaşayış evlərinin su basması,ünvanlı sosial yardımın alınması, qonşu mübahisələri və.s olmuşdur. Daxil olmuş müraciətlər əsasında Lürən  kənd ərazisi üzrə nümayəndəliyi mal-qara sahibləri ilə dəfələrlə söhbətlər aparmış bildirişlər göndərmiş, ÜSY üçün lazım olan arayışlar vətəndaşalara təqdim edilmiş, Digər mübahisəli müraciətlər ağsaqqalların və ziyalıların köməkliyi ilə həll edilmişdir.
       2016-ci ildə Masallı rayon  İcra hakimiyyətinin başçısı cənab Rafil Hüseynov ərazidə 17 avqust 2016-cı il tarixdə  vətəndaşlarla səyyar görüş keçirmiş və həmin görüşdə 85 nəfər vətəndaş iştirak etmiş, , 5 nəfər cıxış edərək  1 təklif irəli sürülmüşdür. 4 çıxış  görülən işlərə və vaxtaşırı görüşə görə minnətdarlıq olmuş. Qalan bir məsələ isə F.Şükürov adına Lürən kənd tam orta məktəbinin qazanxanasının qazla təmin olunmasına köməklik göstərilməsi xahiş edilmişdir. Qaldırılan  məsələyə Rayon İcra hakimiyyətinin başçısı Cənab Rafil Hüseynov öz münasibətinin bildirmiş,və rayon Təhsil şöbəsinə bu məsələ ilə bağlı ciddi məşğul olmalarını tapşırmışdır.
      Lürən kənd inzibati ərazisinin vətəndaşları tərəfindən yuxarı rəhbər orqanlara 4 müraciət ünvanlanmışdır .Bu müraciətlərin hamısı Prezident Administrasiyasına edilmişdir.Prezident Administrasiyasına ünvanlanmış 4 müraciətin hamısı müxtəlif səpgidə edilmiş müraciətlərdir.Bundan əlavə 4 nəfər rayon İcra hakimiyyəti başçısının qəbulunda olmuşlar.Bunların da hamısı müxtəlif səpgidə olan müraciətlərdir.Bütün müraciətlər aidiyyəti üzrə baxılmış,rayon İcra hakimiyyəti başçısının qəbulunda olan vətəndaşların haqlı müraciətləri dərhal həll edilmiş,bəzi müraciətlərlə bağlı vətəndaşlara lazımi tövsiyələr verilmiş,haqsız müraciətlərin isə qanunauyğun olaraq tənzimlənməsinə cəhd göstərilmişdir.Buna baxmayaraq belə müraciətlər bugün də davam etməkdədir.
  Təhsilin inkişafı hər bir cəmiyyətin əsas istiqamətini təşkil edir.”Təhsil Qanunu”n-dan irəli gələn vəzifələrin yerinə yetirilməsi nümayəndəlik tərəfindən daim nəzarətdə saxlanılır.
     Ərazimizdə bir tam orta məktəb fəaliyyət göstərir.Şəhid Faiq Şükürovun adını daşıyan Lürən tam orta məktəbində 217 şagirdin təlim tərbiyəsi ilə 23 müəllim məşğul olur.Tam əminliklə demək olar ki,şagirdlərin dərsə davamiyyəti qənaətbəxşdir. 2016-cı ildə 20 şagird 11-ci sinfi bitirmiş,onlardan 7 məzunumuz ali məktəblərə,2 nəfər məzunumuz isə orta ixtisas məktəblərinə qəbul olunmuşdur.Bir məzunumuz isə 600-dən  yuxarı bal toplamışdır.Məktəbin qışa hazırlığı üçün müəyyən təmir işləri görülmüş,yanacaq tədarük olunmuşdur.Məktəb şagirdlərinin pulsuz dərsliklərlə təchiz olunması möhtərəm prezidentimiz cənab İlham Əliyevin təhsilə qayğısının təzahürüdür.Şagirdlərimiz vətənə məhəbbət,millətimizə sədaqət ruhunda tərbiyə olunur.   
  Ərazimizdə bir feldşer-mama məntəqəsi vətəndaşlara xidmət göstərir.  məntəqədə 1 həkim və 1 tibb bacısı işləyir.Həkim məntəqəsində çalışan həkim və tibb bacısı vaxtında xəstələri qeydiyyat alır,ptofilaktik işlər görür,peyvəndər vurulur.Yeni inşa olunan məntəqə yaxın günlərdə istifadəyə veriləcəkdir. Məntəqə işçiləri tərəfindən məktəblərdə 1-ci sinifdən 6-cı sinfə qədər uşaqlarda qurd xəstəliyinə qarşı dərman verilmiş,yeni doğulmuş uşaqlara yaşa uyğun polimelit,difteriya-tetanus,göyöskürək-hib,qızılca xəstəlikərinə qarşı profilaktik peyvəndlər aparılmışdır.Ümidvarıq ki,bundan sonra da tibb işçilərimiz əhaliyə göstərilənm səhiyyənin xidmətinin keyfiyyətini daha da yaxşılaşdıracaqlar.
    Hər il rayonumuzda keçirilən qanvermə aksiyasında Lürən ərazi nümayəndəliyi də fəal iştirak edir. Qana ehtiyacı olan xəstələrə yardım etmək hər birimizin vətəndaşlıq borcudur.                                    
    Nümayəndəliyin əsas vəzifələrindən biri də gənclərin həqiqi hərbi xidmətə çağırışının mütəşəkkil həyata keçirilməsidir.Bu məqsədlə gənclərimizin vətənpərvərlik tərbiyəsinə,onların orduya çağırışına xüsusi diqqət edirik.2016-ci ildə ərazimiz hərbiyə çağırışda heç bir nöqsana yol verməmişdir.Gənclərimiz də böyük həvəslə Azərbaycan ordusunda xidmətə gedirlər.2016-ci ildə həqiqi hərbi xidmətə   8  nəfər çağırılmış və onların hərbi xidmətə yola salınmaları tam təmin edilmişdir.
     Lürən kənd inzibati ərazi nümayəndəliyi qanunla müəyyən edilmiş qaydada “Ailə Məcəlləsi”nə əsasən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı aparılmışdır.2016-cı ildə nümayəndəlikdə 2 nikah,22 doğum,11 ölüm faktı qeydiyyata alınmışdır.Verilən doğum,ölüm şəhadətnamələrinin bəzilərində müddət ötürülməsinə yol verilmişdir ki,bu da doğum və ölüm haqqında verilən tibbi arayışın vətəndaşlar tərəfindən nümayəndəliyə vaxtında verilmədiyi ilə bağlı olmuşdur.Nümayəndəlik tərəfindən milli genefonumuzun qorunmasından ötrü ailə quran gənclərin tibbi müayinədən keçməsi üçün əhali arasında geniş maarifləndirmə işləri aparılır.Əfsuslar olsun ki,bəzi vətəndaşlar istər qız,istər oğlan tərəfi övladlarının tibbi müayinədən  keçmədən nişanlanmasına qərar verirlər.Bu da gələcəkdə baş verə biləcək ailə və uşaq problemlərinin yaranmasına zəmin yaratmış olur.
     Son illərdə ərazidə azyaşlı qızların erkən nikahlarının qarşısının alınmasından ötrü bir sıra tədbirlər həyata keçirilmişdir.Həyata keçirilmiş tədbirlərin nəticəsidir ki,2016-cı ildə erkən nikah halları baş verməmişdir.
      2016-ci ildə qanunçuluğun qorunması sahəsində görülən işlərdən danışarkən onu da qeyd etməliyəm ki,ərazimizdə zəbt olunmuş torpaqlar və payı bəlli torpaqlarda qanunsuz olaraq tikilən evlər barədə də tərəfimizdən müəyyən işlər görülmüşdür.Ötən il qanunsuz tikili hallarına yol verilməmişdir.Əvvəlki illərdə aparılmş qanunsuz tikililər barədə məlumat rayon İcra hakimiyyətinə və Əmlak komitəsinə məlumat verilmişdir.
    Ərazi nümayəndəliyi ərazidə gedən bütün işlərdə bələdiyyə ilə birgə işini qurmuşdur. Belə ki,2-ci kənd investisiya layihəsi və Dünya bankının dəstəyi ilə ərazidə 6,5 km yol çınqıl daşla döşənmişdir. İnzibati ərazi dairəsində 25 ədəd feyxoa və həmişə yaşıl ağac tingləri əkilmişdir.Ərazidə məhəllələr arası su kanalları təmizlənmişdir.
       Lürən kənd inzibati ərazi dairəsində kitabxana da oxuculara fəaliyyət göstərir.İki nəfər işçisi  olan kitabxanaya  daimi yeni kitabların gətirilməsi və onların yerləşdirilib oxuculara təqdim edilməsi  təmin edilir.
  Ərazi nümayəndəliyi tərəfindən ərazidə gənclərinin asudə vaxtlarının səmərəli keçirilməsi üçün lazımi tədbirlər keçirilmişdir. Ərazi üzrə futbol, voleybol, dama yarışları keçirilmişdir.
    Həmişə olduğu kimi ərazimizdə elektrik enerjisi və mavi yanacağın istifadəsinə görə ödənişlər vaxtında və tam aparılır. Ərazidə 300 qaz aboneti və 321 nəfər elektrik enerjisi abunəçisi var. Enerji haqları sayğacların göstəriciləri əsasında   yığılır, lakin elektrik naqilləri və dirəklərin köhnəlməsi səbəbindən elektrik enerjisinin verilməsində bəzən fasilələr yaranır.                    
  Respublikamızda aparılmış aqrar islahatı zamanı bizim ərazimizdə də torpaq sahələri kənd sakinlərinə  pay torpağı kimi verilmişdir.Bu vaxta qədər pay torpaqlarından kənd sakinləri səmərəli istifadə etmirdilər.Belə ki,yerlərdə İcra başçısı  Hörmətli cənab  Rafil Hüseynov əhali ilə görüşü zamanı apardığı təbliğat nəticəsində kənd sakinləri daha çox gəlir gətirən bitkilərin əkininə başlamışlar.Sevindirici haldır ki,Hörmətli Prezident İlham Əliyev cənablarının Sabirabad rayonunda keçirdiyi müşavirədə Masallı rayon İcra hakimiyyət başçısı cənab Rafil Hüseynovun kənd təsərrüfatı sahəsində etdiyi yenilikləri müşavirə iştirakçılarına demişdir.
     Hal-hazırda ərazi sakinləri 65 ha buğda,5 ha vələmir  əkilmişdir.Bundan başqa yazda bir çox bitkilərin əkilməsi nəzərdə tutulur.
          Dövlətimiz son zamanlar dünyada baş verən və hazırda davam edən iqtisadi böhranla əlaqədar kənd təsərrüfatı sektorunun inkişafına xüsusi önəm verir.Bu məqsədlə dövlətimiz kənd təsərrüfatı bitikəlirinin xüsusi ilə buğda,arpa,şəkər çuğunduru və digər bitkilərin əkilməsi üçün güzəştli şərtlərlə yanacaq və mator yağları,hər hektar üçün 90 manat pul yardımı verir.                 
       Qeyd etdiyimiz kimi əhalinin əsas məşğuliyyəti heyvandarlıq və əkinçilikdir.Əhalinin xüsusi mülkiyyətində 716 baş iri buynuzlu,628 baş xırda buynuzlu mal-qara vardır. Təqribi hesablamalara görə gündəlik ərazidə 700-1000 litr süd istehsal olunmaqla süd emalı zavodlarına satılır.
      Respublikada sahibkarlığın inkişafına münbit şəraitin yaradılması ilə əlaqədar ərazidə sahibkarlığa meyl artmaqdadır.İnzibati ərazi dairəsində 5 ticarət obyekti və 1 iaşə obyekti,bərbərxana fəaliyyət göstərir.Bunlar əhalinin rifah halının yaxşılaşdırılmasına müsbət təsir göstərir.Sahibkarlıq obyektlərinin sahibləri ərazimizdə olan ictimai,siyasi və iqtisadi proseslərdə fəallıq göstəririlər.
        Bu gün rabitə xidməti hər birimizin həyatında mühüm rol oynayır. Ərazidə hal-hazırda 85 abonentin evində internet xətti çəkilmiş və abonentlər bundan səmərəli istifadə edə bilmirlər.Buna səbəbdə ərazidə EATS-in olmamasıdır.Xahiş edirik bu məsələnin həllındə bizlərə köməklik göstərilməsindən ötrü aıdiyyatı təşkilatlar qarşısında məsələ qaldırasınız.  Ərazidə poçt xidməti öz işini günün tələbləri səviyyəsində qurmuş və əhaliyə yüksək səviyyədə xidmət göstərir.
    Ərazidə  şəhid, az təminatlı ailələrə, əlillərə və veteranlara qayğı heç vaxt unudulmur. Kəndimizdə 2 şəhid,   1 Qarabağ müharibəsi əlili  ,1 Çernobol əlili, 1 Əfqanıstan müharibəsi iştirakçısı ailəsi yaşayır. Həmişə onlara lazımı köməklik, xüsusi diqqət və qayğı göstərilir.Belə ki, həmən ailələrə, imkansızlara rayon İHB-ı cənab R.Hüseynov , ərazi nümayəndəliyi və bələdiyyə tərəfindən Novruz, Ramazan, Qurban və Yeni il bayramlarında bayram sovqatları və yardımlar olunur , bundan sonrada olunacaqdır.                                                                                           
      2016-ci ildə gördüyümüz işlərlə yanaşı görəcəyimiz işlər və qarşıda duran vəzifələrimiz də çoxdur.Ərazidə abadlıq  işləri,yolların cari təmir olunması,  kənddə yeni EATS binasının tikilməsi və yararsız  rabitə dirəklərinin dəyişdirilməsi,ərazidə elektrik xətlərinin və dirəklərinin,təmir edilməsi və dəyişdirilməsi,  kəndin mərkəzi yolunun gecə işıqlandırma sistemi ilə təmin olunması,kənd ara yolların təmir edilməsi, kənd təsərrüfatı üzrə yeni əkinçilik strukturunun yaradılması, zəbt edilmiş torpaqların zəbtdən azad olunması və bu kimi məsələlərin həlli qarşıda duran vəzifələrimizdir. Çalışacağıq ki,2017-cı ildə qarşıda duran vəzifələrin yerinə yetirilməsinə nail olaq.
    2016-ci ildə  Ölkəmizdə referendum seçkiləri keçirilmişdir. Respublikanın hər yerində olduğu kimi bizim ərazidədə referendum demokratik, ədalətli və tam şəffaf şəkildə keçirildi.   Kənd əhalisi seçki məntəqəsinə gələrək mütləq əksəriyyəti təklif olunan dəyişikliklərə öz dəstəyini verməklə,  bir daha sübut etdilər ki Lürən kənd sakinləri dövlətçiliyimizə sadiq insanlardır.

Keçidlər