Mahmudavar hesabat
26 yanvar 2017-ci il tarixdə Mahmudavar ərazisində Masallı rayon İcra hakimiyyəti başçısının Mahmudavar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Fariz Fərəcovun hesabat yığıncağı keçirilmişdir.
Hesabat yığıncağında məruzə ilə çıxış edən F. Fərəcov qeyd etmişdir ki, Mahmudavar kənd inzibati ərazi dairəsi rayon mərkəzIndən 20 km aralı məsafədə Lənkəran rayonu ilə həmsərhəddir. Ərazinin mərkəzi Mahmudavar kəndi olmaqla 3 yaşayış məntəqəsini: Mahmudavar, Rüdəkənar və Mololon kəndlərini əhatə edir.
Ərazisinin ümumi sahəsi 1570 ha, təsərrüfatların sayı 2263, əhalisinin sayı 6905 nəfər, bunlardan 3525 nəfər kişi, 3380 nəfər isə qadındır, 1364 fərdi yaşayış evi vardır. Əhalinin əsas məşğuliyyəti əkinçilik və maldarlıqdır.
Mahmuadavar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi öz işini Azərbaycan Respublikası Prezidentinin 06 iyun 2012-ci il tarixli 648 saylı Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyəti haqqında” Əsasnaməyə uyğun olaraq qurmuş, fəraliyyətində ardıcıllığı və konkretliyi nəzərə alaraq illik və rüblük iş planları tərtib etmiş, tədbirlər planları hazırlamışdır. Mahmudavar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən illik və rüblük iş planlarına əsasən səlahiyyətləri daxilində 2016 - cı ildə 10 əmr, 59 sərəncam imzalanmış və onların icrasına ardıcıl nəzarət edilmişdir. Sərəncamlar əsasən Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarından, rayon icra hakimiyyəti başçısının əmr və sərəncamlarından irəli gələn məsələlərin yerinə yetirilməsi, ərazinin siosial-iqtisadi inkişafı, vətəndaşların müraciətlərinə baxılmasının yaxşılaşdırılması, hər il yanvarın 1-i vəziyyətinə təsərrüfatbaşına katabların dürüstləşdirilməsi, tarixi gün və bayramların qeyd edilməsi, kütləvi tədbirlərin keçirilməsi, qanunsuz tikililər və azyaşlı qızların erkən ailə həyatı qurmasının qarşısının alınması və digər cari məsələlər barədə olmuşdur.
Nümayəndəlikdə “Dövlət icra hakimiyyəti orqanlarında, idarə, müəssisə və təşkilatlarda kargüzarlığın aparılması qaydası haqqında” təlimata və iş nomenkulaturasına uyğun olaraq qeydiyyat kitabları həmçinin sənədlərin saxlanılması qovluqları açılmışdır.
2016 - cı ildə nümayəndəliyə müxtəlif təşkilatlardan 35 sənəd-məktub daxil olmuşdur. Daxil olmuş sənədlərə təlimata uyğun olaraq dərkənar qoyulmiş, daxilə ştempi vurularaq qeydiyyata alınmışdır. Məlumat xarakterli sənədlər rəhbərlik və icra üçün işə alınmış, cavablandırılması tələb olunan sənəd - məktubların icrası vaxtında təmin edilmiş, icra barədə yekun arayış yazılmışdır.
Ərazi nümayəndəliyi tərəfindən hesabat ilində “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikasının Qanunu”na və “Yerli icra hakimiyyəti haqqında” Əsasnaməyə uyğun olaraq vətəndaşların müraciətlərinə baxılması üçün ardıcıl iş aparılmışdır. Nümayəndəlikdə vətəndaşların hər bir müraciəti diqqətlə dinlənilir və onların haqlı tələblərini operativ həll etməyə daim səy göstərilir. Ərazidən respublikanın yuxarı instansiyalarına, rayon icra hakimiyyətinə vətəndaşlarımız tərəfindən müraciətlər və şikayətlər də az olmamışdır.
2016-ci ildə Mahmudavar kənd inzibati ərazi dairəsi üzrə Azərbaycan Respublikası Prezident Administrasiyasına 31 müraciət, Milli Məclisə 3, Nazirlər Kabinetinə 2, Baş Nazirə 1, Rayon icra hakimiyyətinə birbaşa daxil olan 12 müraciət, Rayon icra hakimiyətinin qəbulunda 32 vətəndaş, səyyar qəbulunda 5, virtual qəbulunda isə 3 vətəndaş olmuşdur. Ümumilikdə ərazi nümayəndəlikdən kənara 56 vətəndaş olmaqla 89 müraciət olunub. Hesabat ilində ərazi nümayəndəliyinə isə 57 müraciət daxil olmuşdur. Bunlardan 35 müraciət şifahi, 22 müraciət isə yazılı olmuşdur. Yazılı müraciətlərdən 15-i təsərrüfatdan ayılması olmuşdur. Beləliklə 2016 – cı il ərzində 96 vətəndaş olmaqla, 145 müraciət olmuşdur.Bütün bunlarla yanaşı ərazidə vətəndaşları narahat edən problemlərə daha obyektiv və yerində baxmaqdan ötrü Masallı RİH-nin başçısı cənab Rafil Hüseynovun 2016 - cı ildə Mahmudavar kəndində sakinlərlə görüşmüş, müraciyət olunan problemləri aradan qaldırmaqdan ötrü rayon rəhbərliyi özünün müvafiq tapşırıq və tövsiyələrini vermişdir. Müraciyətlərin icrası haqqında daha ətraflı nümayəndəliyin müavini Cəmaləddin Ağayev açıqlaması ilə geniş izahat verəcəkdir.
Nümayəndəlık tərəfindən “Təhsil haqqında” Azərbaycan Respublikası Qanunundan irəli gələn vəzifələrin yerinə yetirilməsində daima diqqət mərkəzində saxlamışdır.
Mahmudavar ərazisində iki tam orta məktəb, iki ümumi orta məktəb fəaliyyət göstərir. Məktəblərdə 848 şagird təhsil alır, onların təlim tərbiyyəsi ilə 104 müəllim məşgul olur. 2015-2016-cı tədris ilində ümumi orta məktəblər üzrə 21, tam otra məktəblər üzrə 32 məzun olmuşdur. Həmin məzunlardan 10 nəfər ali məktəbə, 6 nəfər isə orta ixtisas məktəblərinə daxil olmuşdur.
Mahmudavar uşaq bağçasının işində də irəliləyişlər vardır. Uşaq bağçasında 17 nəfər çalışsada. Uçaq bağçasında 3 qrup olmaqla 60 uşaqdan ibarətdir. Yaradılmış şərayit bir daha bağçada çalışanlarda gələcəyimiz olan uşaqlarımızın təlim-tərbiyəsində daha da məsuliyyət hissini artırmışdır. Lakin uşaq bağçasının işinin keyfiyyətini artırmaq məqsədi ilə mütəmadi olaraq işlər görülsədə, Mahmudavar uşaq bağçasının ciddi təmirə ehtiyacı vardır.
Mahmudavar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlikdə 1 mədəniyyət evi və 2 kitabxana da fəaliyyət gösətrir. Respublikanın demək olar ki, bütün rayonlarında və bir çox xarici ölkələrda rayonumuzu təmsil edən “Halay folklor ansamblı”nın uğurlu çıxışlarını xüsusi olaraq qeyd olunmalıdır.
Mahmudavar kənd kitabxanası isə ərazi nümayəndəliyinin binasında yerləşir. Kənd sakinlərinin kitabxanadan müxtəlif sahələrə aid kitablardan yararlanması qənaətbəxş hesab etmək olar.
Mahmudavar ərazisində olan həkim məntəqəsi müasir tələblərə cavab verən formada inşa olunmuşdur. Məntəqənin fəaliyyəti normaldır. Həkim məhtəqəsində 11 tibbi personaj fəaliyyət göstərir. Həkim məntəqəsinə ali təhsilli həkim rəhbərlik edir, onun tələbkarlığı məntəqənin ümumi ab-havasını dəyişmiş, nəticədə rəhbərlik etdiyi hər bir tibb işçisinin məsuliyyəti artmışdır. Ərazi üzrə 77 doğum faktı qeydə alınmışdır. Ərazidə evdə azad olma halları tamamilə aradan qaldırılmış, doğuşların hamısı xəstəxanada həyata keçirilir, il ərzində heç bir yeni doğulmuş körpənin və ananın ölümü ilə nəticələnən hadisə baş verməmişdir. Ərazidə vaxtında peyvənd işləri görülmüş, məktəblilər arasında vərəmə qarşı mantu sınağı vaxtında aparılmışdır. Ümidvarıq ki, bundan sonra da tibb işçilərimiz əhaliyə göstərilən səhiyyənin xidmətinin keyfiyyətini daha da yaxşılaşdıracaqlar.
Mahmudavar kənd inzibati ərazi nümayəndəliyi qanunla müəyyən edilmiş qaydada “Yerli icra hakimiyyəti haqqında” və “Ailə Məcəlləsinə” əsasən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı aparmışdır. 2016-cı ildə ümumilikdə tərəfimizdən 15 nigah, 77 doğum və 34 ölüm faktı qeydiyyata alınmışdır. Verilən doğum və ölüm şəhadətnamələrinin bəzilərində müddət ötürülməsinə yol verilmişdir ki, bu da doğum və ölüm haqqında verilən tibbi arayışın vətəndaşlar tərəfindən nümayəndəliyə vaxtında verilmədiyi ilə bağlı olmuşdur.
Nigahla bağlı rəsmi olaraq 15 nigah qeydə alınmışdır ki, bu da keçən ilə nisbətən az olmasıdır. Ərazidə yeni ailə həyatı quranların 35 - 40 faizi rəsmi nigah bağlamadan ailə həyatı qururlar. Son illərdə ərazidə azyaşlı qızların erkən nigahlarının qarşısının alınmasından ötrü bir sıra tədbirlər həyata keçirilsədə, bu sahədə də əfsuslar olsun ki, hələdə nöqsanlarımız vardır. Ərazi nümayəndəliyi və məktəblərdə çalışan müəllim kollektivləri ilə birgə keçirilən bütün tədbirlərimizdə bu vacib məsələyə toxunmuş və valideynlərə öz övladlarını erkən nigaha girməməyi tələb etməklə bunun arzu olunmaz fəsadlara gətirib çıxarması nəzərlərinə çatdırılmışdır. Ərazidə azyaşlı qızların erkən ailə həyatı qurmasının qarşısının alınması Nümayəndəliyin daim diqqət mərkəzində olmuş, bununla əlaqədar nümayəndəlikdə komissiya yaradılmış, məktəb rəhbərləri, din xadimləri və ərazidə işləyən həkimlər həmin komissyaya cəlb olunmuşdur. Komissiya üzvləri valideynlərlə görüş təşkil edir, dövlətimizin müvafiq qanunlarını onlara izah edir. İctimaiyyətdə, məktəblərdə və mərasimlərdə bu mövzu ilə əlaqədar daim təbliğat işləri aparılır. Nəticədə ərazidə bu xoşagəlməz halların sayı azalmışdır.
Bildiyiniz kimi, nigaha daxil olmaq istəyən şəxslər artıq məcburi olaraq tibbi müayinədən keçməlidir. Bu qanun ölkə prezidentinin 2014-cü il 15 aprel tarixində imzaladığı fərmana əsasən həyata keçirilir. 2015-ci ilin İyunun 1-dən Azərbaycanda nikaha daxil olmaq istəyən şəxslərin icbari tibbi müayinədən keçmələrilə bağli tələblər qüvvəyə minmişdir. Nikaha daxil olmaq istəyən şəxslərin hər biri Talassemiya, QİÇS və siflisə görə tibbi müayinədən keçməlidirlər. Tibbi arayış nikaha daxil olmaq istəyən şəxslərə tibb müəssisəsinə müraciət etdikləri gündən iki həftədən gec olmayaraq verilir. Qeyd edək ki, veriləcək tibbi arayışın etibarlılıq müddəti isə bir aydır.
Mahmudavar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi gənclərin asudə vaxtlarının səmərəli keçirilməsindən ötrü də bir sıra əlavə tədbirlər həyata keçirir. Bu məqsədlə, hər il ənənəvi olaraq ulu öndər Heydər Əliyevin xatirəsinə həsr edilmiş mini futbol turnirində Mahmudavar komandası da dəvət olunur. Qaliblərə rayon Gənclər və İdman idarəsinin fəxri fərmanları və xeyriyyəçilər tərəfindən pul mükafatları verilir. Mahmudavar kənd ümumi orta məktəbinin idman zalında gənclərdən ibarət valeybol komandası yaradılmış və oyunlar təşkil olunmuşdur. Gənclərin sağlam ruhda böyüməsi üçün onlarda idmana daha böyük marağ yaratmalıyıq. Demək olar ki, bütün kütləvi tədbirlərdə gənclərin milli-mənəvi dəyərlərə yiyələnməsindən ötrü təbliğat işləri və söhbətlər aparılır, çalışırıq ki, gənc nəsil əsil azərbaycan vətəndaşı kimi yetişsin. Bu məqsədlə gənclərimizin vətənpərvərlik tərbiyəsinə, onların orduya çağırışına xüsusi diqqət edirik. Vətənpərvərlik istiqamətində Cənab Prezidentimizin sərəncamına uyğun olaraq gənclərin ordu sıralarına yola salınma prosesi də ərazimizdə uğurla həyata keçirilir. Belə ki, 2016-cı ildə ərazimiz hərbiyə çağırışda heç bir nöqsana yol verməmişdir. Gənclərimiz də böyük həvəslə azərbaycan ordusunda xidmətə gedirlər. İl ərzində həqiqi hərbi xidmətə 29 nəfər çağırılmış, onlardan 21 nəfəri hərbi xidmətə getmələri təmin edilmişdir. Çağırışçılardan 3 nəfər ali təhsil müəssisəsinə daxil olmuş, 4 nəfəri xəstəliyə görə, 1 nəfəri isə Rusiya Federasiyasında olduğundan orduya getməmişlər. Tərəfimizdən həmin şəxslər müəyyənləşdirilmiş və aidiyyatı üzrə tədbir görülməsi üçün rayon Çağırış və Səfərbərlik komissiyasına akt təqdim edilmişdir.
Bunu da qeyd etmək yerinə düşərdi ki, bəzi halda din pərdəsi altında öz möhvumatçılıq niyyətlərini həyata keçirmək üçün gənclərdən istifadə olunur, bu baxımdan gənclərimiz aldanmamalıdırlar. Bununla əlaqədar belə insanlara qarşı cəza tədbirləri görülür və görüləcəkdir. Bunu hamı bilməlidir ki, din dünyagörüşüdür, mənəvi paklıq və ruhumuzla bağlı olan bir məsələdir və bizim dinimizin heç bir reklama və avantürüzmə ehtiyacı yoxdur.
Mahmudavar ərazisində “Yerli İcra hakimiyyətləri haqqında Əsasnamə”yə uyğun olaraq kommunal xidmətin təşkili üçün müəyyən işlər görülmüş, lakin bu sahədə hələ çox işlər görülməlidir. Hazırda 4 ilə yaxındır ki, mahmudavar ərazisində zibillər yığılır. Müasir dövrün əsas problemi olan kommunal tullantılarının yığılmasında görülən bu işləri Mahmudavar sakinləri bəyənirlər. Bu sahədə də bəzi çətinliklərimiz vardır ki, əksər vətəndaşlarımız bu işdə bizə dəstək olmurlar. Dəfələrlə deyilsə də hələ də su aparıcı kanallara və kəndin müxtəlif yerlərində zibillərin atılmasının şahidi oluruq. Bu xoşagəlməz mənzərəni yaradan vətəndaşlardan xahiş edirik ki, bu hallara son qoysunlar, əks təqdirdə rayon polis şöbəsinə müraciyət edərək bu hallara yol verən vətəndaşlar inzibati məsuliyyətə cəlb olunacaqlar.
Ümüdvarıq, yaxın günlərdə Mahmudavar bələdiyyəsi zibillərin yığılması ilə bağlı hər bir təsərrüfatlarla müqavilə bağlayacaqdır. Bələdiyyə üzvləri də bu vacib məsələyə bir qədər laqeyid münasibət göstərməyəcəklər. Qeyd edim ki, cənab başçının biləvasitə əməyi nəticəsində Masallı rayonunda zibil emalı zavodu tikilmişdir ki, hazırda Mahmudavar bələdiyyəsi Masallı rayon mənzil komunal təsərrüfat istehsalat birliyi ilə müqavilə bağladıqdan sonra zibillərin bir yerə yığılmasında olan bəzi çətinliklərimizə son qoyulmuşdur. Həmçinin, bələdiyyə artıq öz gəlirlərini artırmaq üçün ancaq torpaq satılmasına bel bağlamır. Bunun üçün bələdiyyə əhalidən alınan torpaq və əmlak vergilərinin yığılmasına start verərək öz fəallığını artırmışdır. Əhalinin hər şeydən əvvəl əmlakı qiymətləndirilməlidir. Bu işə ötən ildə başlanıldı və xeyli iş də görüldü. 2016-cı ildə sakinlərimizin əmlak və torpaq vergilərinin verilməsində passivlik qeydə alınsa da 2017-ci ildə bu vergilərin verilməsində daha fəal olmaları xahiş olunur. Ərazi nümayəndəliyi ilə bələdiyyənin birgə fəaliyyəti üçün nümayəndəlik tərəfindən sərəncamlar, illik və rüblük iş planlarına əsasən fəaliyyət göstərilir. Ərazi nümayəndəliyi ərazidə gedən bütün işlərdə bələdiyyə ilə birgə işini qurmuşdur. Bizim əlbir işimiz nəticəsində əhalini narahat edən suötürücü kanalların təmizlənməsi və yolların qumlanması birgə həyata keçirilir. Həmçinin imkansız və ehtiyacı olan vətəndaşlarımıza pul və ərzaq yardımı da göstərilmişdir. Bundan başqa “AzKill” tərəfindən kəndimiz üçün gördüyü işlərin həyata keçirilməsində ərazimisin sakinlərinin yaxından iştirak etməsinə görə dərin minnətdarlığımı bildirirəm. Belə ki, Mololon kəndində 2015 – ci ildə 1 mərtəbəli, 7 sinif otaqdan ibarət ümumi orta məktəb tikilmiş və yaxın günlərdə rəsmi açılışı olunacaqdır.
2016-cı ildə qanunçuluğun qorunması sahəsində görülən işlərdən danışarkən onu da qeyd etməliyəm ki, ərazimizdə zəbt olunmuş torpaqlar və qanunsuz tikililər barədə də tərəfimizdən müəyyən işlər görülmüşdür. Qanunsuz tikililərin qarşısının alınması istiqamətində bələdiyyə ilə birlikdə tədbirlər görülür. Son bir ildə 3 qanunsuz tikili aktlaşdırılaraq tikintisi dayandırılmış və sənədləşməyə cəlb olunmuşdur. Bu qanunsuz tikililərdən 2 – si sənədləşdirilmiş, 1-i isə inzibati komissiyaya təqdim olunmuşdur. 5 vətəndaş haqqında zəbtlə bağlı bağlanmış aktlar Masallı rayon Torpaq və Xəritəçəkmə şöbəsinə göndərilmişdir. Zəbt edilmiş torpaqlardan 4 vətəndaş öz torpağını artıq sənədləşdirməyə başlamış, qalan 1 vətəndaş barəsində isə akt tərtib edilərək İcra hakimiyyəti yanında inzibati komissiyaya verilmişdir. Qanunçuluğun qorunması üçün görülən tədbirlər bu il də davam etdiriləcəkdir.
İslahat zamanı Mahmudavarda 640 ha, Rüdəkənarda 120 ha, Mololonda 7,9 ha olmaqla 768,09 ha sakinlərimizə pay torpağı verilmişdir. 2016-cı ildə sakinlərimiz tərəfindən pay torpaqlarında buğda, arpa, əkmə yonca, qarğadalı, kartof, kivi, mandarin, fexoa və s. olmaqla 90 ha torpaq əkilmişdir. Əhalinin əsas məşğuliyyəti əkinçilik və maldarlıq olduğundan qalan 677,9 ha pay torpaqları Mal-qara üçün otlaq sahə kimi saxlanılır. Masallı RİHB cənab R. Hüseynovun təşəbbüsü ilə Masallı rayonunda 2017-ci ildə 1000 ha ərazidə yaşıl çay plantasiyasının salınması ilə bağlı ölkə rəhbərliyi səviyyəsində məsələ qaldırılmışdır. Ərazimizdə də 50 ha torpaq sahəsində yaşıl çay bitkisinin əkilməsi nəzərdə tutulmuşdur. Nümayəndəlik tərəfindən ərazinin xəritələri yenidən hazırlanmış, 40-dən yuxarı pay sahibindən razılıq ərizəsi, torpaq sənədlərinin və şəxsiyyət vəsiqəsinin surətləri toplanmışdır. İlkin araşdırmaya görə, mülkiyyətçilərin çox cuzi hissəsi həmin ərazini özləri əkmək istəyir, əksəriyyəti isə torpaq sahələrinin icarəyə verməyə meyl göstərirlər. Bununla bağlı, mülkiyyətçilərə dövlət tərəfindən də hər cür maddi, mənəvi və təşkilati dəstəyin göstərilməsi planlaşdırılır. Tədbirlər çərçivəsində Mahmudavar kəndində, RİHB aparatının və Kənd təsərrüfatı idarəsinin rəhbər işçiləri ilə kənd sakinlərinin görüşü təşkil olunmuş, mülkiyyətçilərlə maarifləndirici söhbətlər aparılmışdır. Onlara izah olunmuşdur ki, həmin sahələri ya özləri əkməli, ya kooperasiya şəklində birləşməklə, yaxud da investorlar cəlb edib torpaqları uzun müddətli icarəyə verməklə istifadə etməlidirlər. Biz inanırıq ki, RİHB cənab R. Hüseynovun yaxından köməkliyi ilə Mahmudavar kənd ərazisində yaşıl çay plantasiyasının salınmasına nail olacağıq ki, bu da ərazimizdə məşğulluq problemini həll edəcək, əlavə iş yerləri yaradacaq, kənd sakinlərinin gəlirlərini artıracaq və əhalinin həyat səviyyəsinə, rifahına müsbət təsirini göstərəcəkdir. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən təsdiq edilmiş kənd təsərrüfatının inkişafının Strateji Yol Xəritəsinə əsasən kənd təsərrüfatı məhsullarının istehsalında və bu məhsulların istehsalı üçün göstərilən dövlət yardımlarının verilməsində rayonlaşma prinsipi əsas götürülür. Bu o deməkdir ki, hər bir rayon üçün xarakterik olan kənd təsərrüfatı məhsullarının əkilməsi və inkişaf etdirilməsi nəzərdə tutulur. Masallı rayonunda çayçılıqın və tərəvəzçiliyin inkişafı strateji məqsəd kimi qarşıya qoyulur. Eyni zamanda aparılan islahatlar çərçivəsində Respublika Prezidenti cənab İlham Əliyev ”Ərzaq məhsullarının tədarükü və təchizatı”ASC-nin yaradılması haqqında sərəncam imzalamışdır kı, bu da kənd təsərrüfatı məhsullarının əkini və istehsalı ilə məşğul olan hər bir kənd sakininə ,fermerə və sahibkara imkan verir ki, istehsal etdiyi məhsulu heç bir vasitəçi olmadan, müqavilə bağlamaqla, cəmiyyət tərəfindən yaradılan mərkəzləşdirilmiş portal vasitəsi ilə rahat şəkildə satışını reallaşdırsın. Mahmudavar kənd sakinlərindən artıq 3 nəfər istehal edəcəyi məhsulu satmaq məqsədiilə bu portala qoşulmuşdur. Kənd təsərrüfatı ilə bağli digər bir yenilik isə “ASAN –həyat” mərkəzi nəzdində yaradlan “ABAD”- ailə biznesinə asan dəstək layihəsidir ki, fermer istehsal etdiyi kənd təsərrüfatı məhsulunu vasitəçi olmadan mərkəzdə, xüsusi maşınlarda yerləşdirən mini fabriklərdə istehsal edib öz markası ilə qablaşdıraraq mərkəzin dəstəyi ilə satışını həyata keçirdə bilər.
Ərazidə 01 yanvar 2017-ci il dürüstləşməsinə əsasən iri buynuzlu mal-qaranın sayı 3490 baş, xırda buynuzlu mal-qaranın sayı 3735 baş olmuşdur. Sahə baytar həkimləri ərazidə vaxtlı-vaxtında mal-qara arasında müxtəlif heyvan xəstəliklərinə qarşı dabaq, qara yara, çiçək, quşlarda taun-peyvənd işləri aparılmışdır amma, buna baxmayaraq vətəndaşlar tərəfindən nümayəndəliyə ev quşlarının, xırda və iri buynuzlu mal-qaranın tələf olunması ilə müraciyətlərinə əsasən, tərəfimizdən rayon baytarlıq şöbəsinə köməklik köstərməkləri üçün müraciyət olunmuş və vaksinlər vurulmuşdur. Bütün bu səylətimizə baxmayaraq bir neçə baş mal-qara və xeyli sayda ev quşları tələf olmuşdur.
Mahmudavar ərazisində yaşıllaşdırma işi ilə bağlı az da olsa işlər görülmüşdür. Ümumilikdə Ərazi nümayəndəliyi, Bələdiyyə, Məktəblər, Bağça daxil olmaqla 120 dən çox ağac əkilərək qorunur.
Respublikamızda sahibkarlığa yaradılmış münbit şərait nəticəsində sahibkarlıq inkişaf edir. Ərazimizdə “Pal-süd” qəbul məntəqəsi, “Baba bulağı” istirahət zonası və 40 - dən çox sahibkarlıq obyekti vardır. Təkcə “Pal-süd” məntəqəsində 5 nəfər, “Baba bulağında” isə 7 nəfər daimi işlə təmin olunmuşdur. Ərazidə bütün ticarət və xidmət obyektləri, əhaliyə nümunəvi xidmət göstərməyə səylə çalışırlar.
Bildiyiniz kimi, 26 sentiyabr 2016 – cı ildə ümümxalq səsverməsi (Referendum) keçirilmişdir. Ərazimizdə 5 seçki məntqəsi olmaqla 3233 seçici qeydiyyata alınmışdır. Həmişəki kimi bu siyasi kompaniyada da əhali seçkidə fəllığ göstərmişdir. Seçki zamanı dəqiqləşmədə məlum olmuşdur ki, hal-hazırda ərazimizdə əhalinin ümumi sayı 6905 nəfərdir.
Ərazidə enerji istifadəçilərinin ümumi sayı 1772, Mahmudavar üzrə 1443 abonent, Rüdəkənar üzrə 233 abonent, Mololon üzrə 96 abonenet vardır. Rüdəkənar ərazisində əhalini dayanıqlı elektrik enerjisi ilə təmin etmək məqsədilə cənab Prezidentimizin göstərişinə əsasən gücü təqribən 400 kv. olan mini su elektrik stansiya inşa edilmişdir. Orada gedən tikinti işləri ilə daim maraqlanır və nəzarətdə saxlayırıq. Artıq işlər tamamlanmışdır və mart-aprel aylarında açılışı nəzərdə tutulur.
Bildiyiniz kimi Mahmudavar və Molon kəndi tam qazlaşdırılmışdır. Hazırda Mahmudavarda 1023, Mololonda 86 olmaqla, cəmi 1109 abonent mavi yanacaqdan istifadə edir. Ərazidə 2200 yerlik EATS vardır, fəaliyyəti qənaətbəxşdir. EATS-də 6 nəfər işlə təmin olunmuşdur.
Telefon abonentlərin sayı 1000, İnternet istifadəçilərinin sayı isə 350 - yə çatmışdır. Qeyd olunan komunal xidmətlərindən istər işıq, qaz istərsə də telefon və internetdən istifadə edən sakinlərimiz ödəniş haklarını bu sahədə çalışanların əməyi nəticəsində vaxtında ödəniş edirlər ki, bu da təqdirəlayiq haldır. Amma bütün bunlara baxmayaraq ərazimizdə demək olar ki, debutor borcu olan abonentlər də vardır ki, bunun da aradan qaldırılması üçün bu sahədə çalışan əməkdaşınla bizim birgə səylərimiz nəticəsində debutor borcu olan abonentdən hissə-hissə alınaraq ödənilir. Son aylarda Mololon kəndində mavi qazdan istifadəyə görə debutor borcların sayı artmışdır ki, bunun da səbəbi araşdırılır. Bu məsələlərlə bağlı nümayəndəliyin illik və rüblük planlarında, verilmiş sərəncamlarla öz əksini tapmaqla həyata keçirilir.
Ərazimizdə 1 Poçt məntəqəsi fəaliyyət göstərir, burda da 3 nəfər işlə təmin olunmuşdur, poçtda çalışanlar öz işində məsuliyyətlə yanaşdığı üçün fəaliyyəti normaldır.
Yola saldığımız 2016-cı ili Mahmudavarlılar üçün də uğurlu il hesab etmək olar. Rayon icra hakimiyyətinin başçısı cənab Rafil Hüseynovun əməyi nəticəsində 2017-ci ildə Mololon kənd ümumi orta məktəbi tikilərək istifadəyə veriləcəyi və bu kimi görülmüş və gələcəkdə görüləcək işlərə görə Mahmudavar ərazisinin sakinləri adından hörmətli prezidentimiz İlham Əliyev cənablarına minnətdarlığımızı və cənab başçıya öz dərin təşəkkürümüzü bildiririk.
2016-cı ildə gördüyümüz işlərlə yanaşı görəcəyimiz işlər və qarşıda duran vəzifələrimiz də çoxdur. Ilk növbədə Rüdəkənar - Mahmudavar – Mololon yolunun ümumilikdə 6 km-lik yolun təmirinə, il ərzində ərazidə 20 - yə qədər köhnə elektrik dirəkləri dəyişdirilsə də hələ də 70 – şə qədər qəzalı vəziyyətdə olan elektrik və telefon dirəklərinin, elektrik və telefon naqillərinin dəyişdirilməsinə, Rüdəkənar kəndinin qazlaşmasına, Rüdəkənar kənd tam orta məktəbinin sinif otaqlarının döşəmələrinin təmir olunmasına, Mahmudavar tam orta məktəbinin və uşaq bağçasının əsaslı təmirinə böyük ehtiyacı vardır. Göründüyü kimi ərazimizdə müəyyən işlər görülsə də görüləsi işlərimizdə çoxdur, çalışacağıq ki, 2017-ci ildə qarşıda duran vəzifələrin öhdəsindən layiqincə gələk.