Masallıda “Cəmiyyətdə uşaqların himayəyə götürülməsinə müsbət münasibətin formalaşdırılması” adlı tədbir
Azərbaycan Respublikası Prezidentinin 28 avqust 2023-ci il tarixli, 4059 nörməli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023-2026-cı illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı Tədbirlər Planı”nın 8.5.2-ci bəndinin icrası ilə əlaqədar “Cəmiyyətdə uşaqların himayəyə götürülməsinə müsbət münasibətin formalaşdırılması” adlı tədbir keçirilib.
12 sentyabr 2023-cü il tarixdə Masallı Rayon Heydər Əliyev Mərkəzində “Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023-2026-cı illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı Tədbirlər Planı”nın 8.5.2-ci bəndinin icrası ilə əlaqədar“Cəmiyyətdə uşaqların himayəyə götürülməsinə müsbət münasibətin formalaşdırılması” adlı tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan Sosial Xidmətlər Agentliyinin Lənkəran-Astara regional filialının müdiri Ramin Hüccətov Dövlət Proqramının icrası ilə bağlı Tədbirlər Planı”nın 8.5.2-ci bəndi haqqında geniş məlumat verərək Dövlət Proqramının həyata keçirilməsinin hədəf göstəriciləri, məqsədləri, prioritet istiqamətləri haqqında geniş məlumat verərək bildirmişdir ki, uşaqların valideyn himayəsindən məhrum olmasının qarşısının alınması və hüquqlarının müdafiəsinin gücləndirilməsi ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 15 fevral tarixli 1599 nömrəli Fərmanı ilə 2022-ci ilin noyabrın 1-dən etibarən “Himayədar ailə” sahəsində səlahiyyətlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir. Ümumilikdə “Himayədar ailə” qayğı modeli valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqların müqavilə əsasında müvəqqəti ailə yanında yerləşdirilməsini nəzərdə tutan alternativ uşaq qayğı modelidir. “Himayədar ailə” qayğı modelində himayədar ailələr müqavilə əsasında onların yanına yerləşdirilmiş uşaqların qidalanması, təhsili, sağlamlığı, fiziki və əqli inkişafının qeydinə qalır, onların ailə mühitində böyüməsinə şərait yaradır və buna görə dövlət tərəfindən müəyyənləşdirilən stimullaşdırıcı dəstək mexanizmlərindən istifadə edirlər.
Övladlığagötürmədən fərqli olaraq “Himayədar ailə” qayğı modelində uşaq ailə yanında müvəqqəti yerləşdirilir, uşaqla himayədar valideynlər arasında valideynlik münasibətləri yaranmır və uşaq ailənin varisi sayılmır. Uşaqların xoşbəxt və qayğısız gələcəyi üçün onların qayğıya, müdafiəyə, sevgiyə ehtiyacı vardır. Bunlar valideynlik bacarıqları və motivasiyası ilə bağlıdır. Bizim məqsədimiz himayədar ailələri düzgün qiymətləndirib uşağın mənafeyi baxmından daha uğurlu himayədar valideynlərin seçilməsi prosesini təşkil etməkdir.
Daha sonra Rayon İcra Hakimiyyəti Başçısı Aparatının şöbə müdirinin müavini Abbas Abbaszadə Azərbaycanda himayədar ailə modeli ilə bağlı yeni mexanizm yaradılır. Ailə Məcəlləsinə nəzərdə tutulan dəyişikliklərə əsasən, valideyn himayəsindən məhrum olmuş uşaqların müəssisələşməsinin qarşısı alınacaq, bununla da həmin uşaqların ailə mühitində tərbiyəalma imkanları genişləndiriləcək.
“Övladlığaverilmə, himayədar ailə, qəyyumluq qaydalarının yenilənməsi, daha da təkmilləşdirilməsi ailə institutunun möhkəmlənməsinə xidmət edir. Burada əsas məqsəd uşaqların ailə ortamında böyüməsini, inkişafını təmin etməkdir. Hamımız bilirik ki, dövlət müəssisələri var və uşaqlar orada da maddi cəhətdən təmin olunmuş halda yaşayırlar. Məsələ təkcə maddiyyatda deyil. Hər bir uşağın ailəyə, ana, ata məhəbbətinə, doğmalarının qayğısına ehtiyacı var. Təkcə uşaqların deyil, elə hamının. Dövlət uşaq müəssisələrində böyüyənlər arasından istedadlı, savadlı, vətənə layiqli övladlar, gənclər çıxır. Amma dövlətin ali məqsədi mümkün olduğu qədər hər bir uşağın ailəyə sahib olmasıdır. Çünki uşaqlar məhz ailə ortamında hərtərəfli inkişaf etmək imkanıına malikdir. Biz istisnaları kənara qoyaq. Bəli, elə ailələr var, uşağa heç nə vermir. Uşağın nə maddi təminatı olur, nə də mənəvi. Cəmiyyətə baxsaq, hər cür ailə nümunəsi ilə qarşılaşa bilərik. Lakin biz istisnaları deyil, ümumi vəziyyəti əsas götürməliyik. Ümumilkdə isə sosioloqlar, psixoloqlar, pedaqoqlar uşaqların məhz ailə daxilində normal inkişafının mümkün olduğu fikrindədir. Və bu, doğru qərardır. Ona görə də dövlət himayədar ailə, qəyyumluq məsələləirndə vətəndaşların təşviq edilməsi prinsipini prioritet hesab edir. Və bu məqsədlə də müəyyən addımlar atılır”.“Bu model dövlət müəssisələrindəki uşaqların himayədar ailələrə verilməsi ilə ailə mühitində yaşamalarını və bununla onların inkişafına şərait yaradılmasını nəzərdə tutur. Ailə Məcəlləsində nəzərdə tutulan müvafiq dəyişikliklə himayədar ailə institutunun hüquqi əsasları qanunda təsbit olunacaq.
Mövzu ətrafında “Tərəqqi” medallı Əməkdar müəllim Qardaş Fətullayev, Masallı Rayon Ağsaqqallar Şurasının sədri Ələşrəf Niftiyev və başqaları çıxış edərək bildirmişlər ki, nəzərdə tutulan dəyişikliyin valideyn himayəsindən məhrum olunmuş uşaqlara dövlətin qayğısını özündə əks etdirməklə bərabər, onların cəmiyyətə inteqrasiya olunmasını, ailə mühitində tərbiyə alıb, cəmiyyətə faydalı vətəndaşlar olaraq yetişməsini nəzərdə tutan mühüm dəyişiklikdir”.Ona görə də himayədar ailə ilə bağlı insanlara məlumat vermək, himayədar ailə modelini yaratmaqda əsas məqsədin ailə qayğısından məhrum olmaq riski ilə üzləşən uşaqların uşaq evlərinə düşmə təhlükəsini önləmək məqsədinə xidmət etdiyi izah olunmalıdır
Tədbir qarşılıqlı diskussiya şəklində davam edib, mövzu ətrafında müzakirə aparılmışdır.