Şriftin ölçüsü :

Saytın rəngi :

“Tarixi yaddaşdan silinməyən soyqırım” mövzusunda dəyirmi masa

29 mart 2024 | 17:09

Masallıda “31 Mart Azərbaycanlıların Soyqırımı Günü”nün 106-cı ildönümü ilə  bağlı “Tarixi yaddaşdan silinməyən soyqırım” mövzusunda dəyirmi masa keçirildi.

      Martın 29 -də Masallı Rayon İcra Hakimiyyəti,  Tarix- Diyarşünaslıq Muzeyi, Heydər Əliyev Mərkəzi ərazi ilk partiya təşkilatlarının birgə təşkilatçılığı və Ombudsaman Cənub Regional Mərkəzi, Dini Qurumlarla  iş üzrə Dövlət Komitəsinin Masallı bölgəsinin dəstəyi ilə  “Tarixi yaddaşdan silinməyən soyqırım” adlı tədbir keçirildi. Muzeydə keçirilən tədbirdə  təşkilatçı müəssisənin nümayəndələri, rayon ümumtəhsil məktəblərinin Uşaq və Gənclər təşkilatının rəhbərləri və  gənclər iştirak etdilər.

            Əvvəlcə Ulu Öndər Heydər Əliyevin,  soyqırım qurbanları və Azərbaycanın ərazi bütövlüyü, suverenliyi uğrunda canından keçmiş  şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilmişdir.

          Tədbiri giriş sözü ilə açan muzeyin direktoru  Əntiqə Tağıyeva  ermənilər tərəfindən son iki əsrdə Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində xalqımızın ağır məhrumiyyətlərə, məşəqqətlərə məruz qalmasından, 31 mart azərbaycanlıların soyqırımının  bizlər üçün unudulmayan kədərli bir  tarix olmasını qeyd etdi.

Sonra Masallı Rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Nuranə Muradova çıxış edərək 1918-ci ilin mart ayından etibarən Bakı Kommunası tərəfindən əksinqilabçı ünsürlərlə mübarizə şüarı altında Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədi güdən mənfur planın həyata keçirilməsinə başlanılması, bu soyqırımın təkcə həmin insanların soylarının qırılması, vəhişicəsinə öldürülməsi ilə kifayətlənmədiyi,  mart qırğınları zamanı ermənilərin bir çox qədim binaları, tarixi abidələri, o cümlədən ziyarətgahları, dünya memarlığının incilərindən sayılan İsmailiyyə binasını top atəşinə tutaraq dağıtması, Xəzər dənizində yerləşdirilmiş hərbi donanmanın açdığı atəş nəticəsində Cümə və Təzəpir məscidlərinin minarələri ağır zədə alması, daşnak silahlı dəstələri karvansarada vəhşicəsinə öldürdükləri insanların meyitlərini elə oradaca yandırmasından geniş bəhs etdi. Həmçinin bildirdi ki, 1919 və 1920-ci ilin mart ayının 31-i iki dəfə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edilib. 1998-ci il martın 26-da prezident Heydər Əliyev “Azərbaycanlıların soyqırımı haqqında" fərman imzalayıb. Həmin gündən 31 Mart tarixi Azərbaycanlıların Soyqırımı günü kimi qeyd olunur. Azərbaycan xalqı öz prezidenti cənab İlham Əliyevin ətrafında yumruq kimi birləşərək əsrlərlə törədilmiş haqsızlığın, soyqırımların qisasını 44 günlük zəfər müharibəsi ilə aldığını bildirdi.

             Daha sonra çıxış edən Ombudsman Cənub Regional Mərkəzin direktoru Ziya İsmayılov, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Masallı bölgəsi üzrə şöbənin müdiri Elvin Hüseynli,  Masallı rayon Heydər Əliyev Mərkəzinin direktoru  Dilbər İbayeva tarixin müxtəlif dövrlərində ermənilər tərəfindən soyqırıma məruz qalan Azərbaycan xalqının  üzləşdiyi dəhşətlərdən,  hadisələrin ilkin baş vermə proseslərindən, hüquqi aspektlərindən geniş danışdılar. Çıxışçılar artıq Ali baş komandan İlham Əliyev və məğrur igidlərimiz sayəsində 31 Mart –azərbaycanlıların soyqırımı, Xocalı soyqırımı və ümumən torpaqlarımız uğrunda şəhid olanların qısasının alındığını xüsusi vurğulayaraq xalqımızın və  dövlətinin  Soyqırımı qurbanlarını heç vaxt unutmur və unutmayacaq söylədilər.

           Yekunda tədbir iştirakçıları 31 Mart –Azərbaycanlıların soyqırımı gününə həsr olunmuş sərgi ilə tanış oldular.

Keçidlər