Güllütəpə
Kəndin adı:
Güllütəpə
Əhalisi:
2370 nəfər
Ərazisi:
460 ha
Coğrafi mövqeyi:
Güllütəpə kəndi Masallı rayonunun şimal qərbində dağətəyi ərazidə yerləşir.
Kəndin əsas məşğuliyyəti:
Güllütəpə kəndinin əhalisi əsasən qonşu Banbaşı kəndindən heyvandarlığı inkişaf etdirmək üçün gələrək burada məskunlaşmışlar. Bu da təxminən XIX əsrin ikinci yarısına təsadüf edir. Kolxozlaşma dövrünə qədər əhali heyvandarlıq və qismən əkinçiliklə məşğul olublar. Sonra heyvandarlıq fermaları tikilir və tütün, taxıl və çəltik əkini ilə məşğul olublar. İlk kolxoz sədri 1936-cı ildə Mürsəl Fətullayev seçilib. Hal-hazırda əhali əkinçilik və maldarlıqla məşğul olur
Həmsərhəd olduğu kəndlər:
Şimaldan Cəlilabad rayonunun Həziabad kəndi, cənubdan Tatyanoba və Əmirtürbə kəndləri, şərqdən Köhnə Alvadı kəndi və qərbdən isə Yeni Zuvand kəndləri ilə həmsərhəddir.
Kəndin adının mənası:
“Güllütəpə” adı kəndin qərbindəki təpədə çoxlu yabanı qızıl güllərin bitməsinə görə bu ad kəndə verilmişdir.
Kənddə ilk məktəbin açıldığı tarix:
Güllütəpə kəndində ilk 8 illik məktəb 1961-ci ildə açılıb. Kənddə ilk məktəb 1947-ci ildə açılıb. Həmin məktəb Səlim Mütəllimovun evində yerləşmişdir. Kənddə müəllim olmadığı üçün kənar kəndlərdən müəllimlər göndərilirdi. Ərkivan kəndindən Məmmədağa Xədirov, Yeyənkənd kəndindən Adil Abbasov və Salyan rayonundan gəlmiş Abdulrəhman və Xədicə Həsənovlar kənddə dərs deyən ilk müəllimlərdirlər.
Kəndin ilk ali təhsillisi:
Kəndin ilk ali təhsilli müəllimi Ağayev Fəraməz İbiş oğlu olub. Sonra isə Əhədov Fəyyaz, Tarverdiyev Şulduz, Əbilov Əbülfəz ali təhsil alan müəllimlərdir. Kəndin ilk ali təhsilli mühəndisi Əzizov Sabir Mirnuh oğlu, ilk ali təhsilli iqtisadçısı Əlinağıyev Məmmədəli Abasqulu oğlu, ilk tibb işçisi Muxtarov Muxtar Qiyas oğlu olmuşlar.
Böyük Vətən müharibəsində iştirak edənlər:
Güllütəpə kəndindən BVM-də 8 nəfər iştirak edib. Onlar, Musa Mütəllimov, İsaq Mütəllimov, Ataxan Ağayev, Azadxan Qəniyev. Şahbaz Səmədov, Şərif Səmədov, Ağalar Səmədov və Abı Əhədovdur. 6 nəfərə qədər kənd sakini müharibədən qayıtmayıblar.
Kəndin din xadimləri:
Kəndin ilk din xadimi Banbaşı kəndindən gəlib kənddə tütünçülük briqadasında manqa başçısı işləyən Kərbəlayi Salam kişi olub. Kərbəlayi Mirmahmud Mütəllimov ondan dərs alaraq sonradan təhsilini artırıb ərazinin indiyə kimi tanınmış din xadimidir.
Kəndin digər tanınmışları:
Kərimov Talıb Mahmud oğlu bir neçə il rayon Maliyyə idarəsinin rəisi işləyib
Mürsəlov Miramin Seyidağa oğlu Rayon Elektrik şəbəkəsinin rəisi işləmişdir.
Vahid Mütəllimov Masallı rayon Maliyyə İdarəsində işləyir
Şahməddin Ağayev Masallı rayon Maliyyə İdarəsində işləyir
Oktay Mütəllimov Rayon Gənclər və idman idarəsində işləyir
İntiqam Bağırov Masallı rayon İcra hakimiyyəti aparatında işləyir.
Elnur Qiyasbəyli Masallı Rayon Mərkəzi Xəstəxanasında həkim işləyir
Ələddin Mirzəyev Masallı Rayon Mərkəzi Xəstəxanasında həkim işləyir
Şirəliyev Qeyrət Fərhad oglu. 08.09.1991-ci ildə Masallı rayon Güllütəpə kəndində anadan olmuşdur. Birinci sinifə Güllütəpə kənd tam orta məktəbi sonra isə Yeni Zuvand kənd məktəbində oxuyub, Azərbaycan Respublikasının Prezidenti yanında Dovlet İdarəçilik Akademiyasının Politologiya ixtisasını bitirib. 2015-ci ildən Azərbaycan Respublikası Təhsil Nazirliyində mütəxəssis vəzifəsində çalışır.
Seyidzadə Ramil Miramin oğlu: 09.08.1985 Güllütəpə kəndində anadan olmuşdur - Güllütəpə kənd tam orta məktəbinin məzunu 2002-2006 BDU Beynəlxalq Hüquq və Beynəlxalq Münasibətlər fakültəsi Gömrük İşinin Təşkili ixtisası bakalavr, 2008-2010 Azərbaycan Dövlət İqtisad Universiteti Gömrük İşinin Təşkili ixtisası magistr, 2008 - dən bəri Astara Gömrük İdarəsi gömrük xidməti mayoru vəzifəsində çalışır
Muxtarov Rəhman Mirəli oğlu : 06.06.1972 Güllütəpə kəndində anadan olmuşdur - Güllütəpə kənd tam orta məktəbinin məzunu, Azərbaycan Dövlət Tibb Universitetini (1989-1995.) bitirmişdir 2001-ci ildən Masallı rayon GEM-də əvvəlcə həkim epidemioloq, 2011-ci ildən epidemiologiya şöbəsinin müdiri, 2013-cü ilin 15 iyul tarixindən GEM direktoru vəzifəsində çalışır.
Kəndin adı:
Köhnə Zuvand
Əhalisi:
598 nəfər
Ərazisi:
330 ha
Coğrafi mövqeyi:
Köhnə Zuvand kəndi Masallı rayonunun şimal qərbində dağlıq ərazidə yerləşir.
Kəndin əsas məşğuliyyəti:
Əhali əkinçilik və maldarlıqla məşğuldurlar. Zuvand kəndinin əhalisi əsasən Lerik rayonunun Zuvand ərazisində yaşamış əhalidən ibarətdir. Əhali Lerikin Zuvand ərazisində yaşayanda burada qış çox sərt keçdiyindən əhali qışlamağa Masallı rayonunun indiki Köhnə Zuvand kəndinə gəlirdilər. Sonradan məlum olur ki, Köhnə Zuvandın həm qışı həm də yayı Lerikin Zuvand ərazisinə nisbətən əlverişlidir. Ona görə də əhali Köhnə Zuvandda daimi məskunlaşırlar. Bu da təxminən XIX əsrin axırlarına təsadüf edir.
Həmsərhəd olduğu kəndlər:
Şimaldan Cəlilabad rayonunun meşə ərazisi, cənubdan Masallı rayonunun meşə ərazisi, şərqdən Yolağac kəndi və qərbdən isə Yardımlı rayonu ərazisi ilə həmsərhəddir.
Kəndin adının mənası:
“Zuvand” Şimali və Cənubi Azərbaycanda böyük bir ərazini əhatə edən mahal adıdır. Lerik rayonu 1930 – ilə qədər Zuvand rayonu adlandırılmışdır. “Zuvan” – sözü eyni zamanda farscadan igid, qoçaq oğullar mənasını verir.
Kənddə ilk məktəbin açıldığı tarix:
Kənddə ilk məktəb 1948-ci ildə tikilib.
Kəndin ilk ali təhsillisi:
Kəndin ilk ali təhsilli müəllimi Mirzəyev Fərman Əlinağı oğlu olub.
Böyük Vətən müharibəsində iştirak edənlər:
Kəndindən BVM-dədə 3 nəfər iştirak edib Onlardan Mirzəyev Fərman, Bağışov Sərxoş, Məcidov Şahüseyn olublar.
Kəndin ziyalıları haqqında:
Baxışov Dənzi, Əlinağıyev Yunsur, Əlinağıyev Ağamalı, Bəşirov Əmənulla, Bəşirov İltifat və Əlgüşad Muradov ali təhsil alan müəllimlərdir. Kəndin ilk ali təhsilli həkimləri tibb elməli namizədləri Cəbrayıl və Arif Əlinağıyev qardaşları olub.
Kəndin din xadimləri:
Kəndin ilk din xadimi Molla Hüseyn olub.
Ölkədən kənarda yaşayan kənd xeyriyyəçiləri haqqında:
Bu kənddə 1963-cü ildə anadan olmuş Məmişov Vaqif İmanqulu oğlu Rusiyada tanınmış iş adamıdır. O, eyni zamanda Sankt Peterburqda Azərbaycan diasporunun sədridir.
Kəndin digər tanınmışları:
Köhnə Zuvand məktəbini bitirən və bu gün respublikamızda tanınan həkimlərdən Tibb elmləri namizədi, alim Cəbrayıl Əlinağıyev təkcə məmləkətimizdə deyil ondan kənarlarda da tanınan orpaped-travmatoloqdur. O, Sumqayıt şəhər təcili tibbi yardım xəstəxanasının travmatologiya şöbəsinə uzun illərdir ki, rəhbərlik edir. Onun qardaşı Arif Mirzəyev tibb elmləri namizədi alimdir. Hal-hazırda doktorluq işini tamamlayır, həmin xəstəxanada ,uşaq travmatologiyası şöbəsində həkim işləyir. Uzun müddət kənddə tibb işçisi kimi fəaliyyət göstərən Əliheydər Muradov indi də öz peşəsinin tanınmış mütəxəssisidir.
Kəndin adı:
Əmirtürbə
Əhalisi:
400 nəfər
Ərazisi:
110 ha
Coğrafi mövqeyi:
Əmirtürbə kəndi Masallı rayonunun şimal qərbində dağətəyi ərazidə yerləşir.
Kəndin əsas məşğuliyyəti:
Əkinçilik və heyvandarlıq
Həmsərhəd olduğu kəndlər:
Şimaldan Güllütəpə kəndi, cənubdan Tokidərə və , şərqdən Tatyanoba kəndi və qərbdən isə Yeni Zuvand kəndləri ilə həmsərhəddir.
Kəndin adının mənası:
“Əmirtürbə” adı iki sözdən “Əmir” və “Türbə ”sözlərindən ibarətdir. Əmir sözü ərəbcə başçı türbə isə görkəmli şəxslərin xatirəsini əbədiləşdirmək üçün onların qəbri üzərində tikilən binaya deyilir.
Kəndin ilk ali təhsillisi:
Kəndin ilk ali təhsilli ziyalısı Həmzəli Babulla oğlu İsayev olub. Uzun illər Güllütəpə kənd orta məktəbində Tədris işləri üzrə direktor müavini işləyib. Kəndin ilk ali təhsilli mühəndisləri Hüseyn Alışov, Mirzə Cavadov olub. Kəndin Ali təhsilli tibb işçiləri Rəsul İsayev və Elçin Həmzalı oğlu olmuşlar.
Böyük Vətən müharibəsində iştirak edənlər:
Əmirtürbə kəndindən BVM-də iştirak edənlər Əli Əbilhəsən oğlu, Şirxan İsayev və Süleyman İsayev həlak olublar.
Kəndin ziyalıları haqqında:
Bu kənddən Elçin Həmzalı oğlu və Rəsul İsayev Masallı Rayon Mərkəzi Xəstəxanasında ,Hüseyn Alışov isə Masallı rayon Elektrik şəbəkəsində işləyirlər
Kəndin adı:
Tatyanoba
Əhalisi:
1430 nəfər
Ərazisi:
345 ha
Coğrafi mövqeyi:
Tatyanoba kəndi Masallı rayonunun şimal qərbində dağətəyi ərazidə yerləşir.
Kəndin əsas məşğuliyyəti:
Tatyanoba kəndinin əhalisi əsasən qonşu Yeyənkənd kəndindən təsərrüfatlarını genişləndirmək üçün gələrək burada məskunlaşmışlar. Bu da təxminən XIX əsrin ortalarına təsadüf edir. Kolxozlaşma dövrünə qədər əhali heyvandarlıq və qismən əkinçiliklə məşğul olublar. Sonra heyvandarlıq fermaları tikilir və tütün, taxıl və çəltik əkini ilə məşğul olurlar.
Həmsərhəd olduğu kəndlər:
Şimaldan Güllütəpə kəndi, cənubdan Yeyənkənd ərazisi, şərqdən Köhnə Alvadı kəndi və qərbdən isə Dövlət meşə fondu torpaqları ilə həmsərhəddir.
Kəndin adının mənası:
“Tatyan” adı Tatian - isti yer (atəşpərəstlərin yeri) kimi mənalandırılır. Tatyanoba adı isə 2003-cü ildə bu kəndə verilmişdir.
Kənddə ilk məktəbin açıldığı tarix:
Kənddə ilk məktəb müharibədən sonra təşkil edilir.
Kəndin ilk ali təhsillisi:
Kəndin ilk ali təhsilli müəllimi Kazımov Məmməd (Məmməd Kazım), İbrahimov İbiş Qəzənfər oğlu olub. Sonra isə Tağıyev Yasər, Abdullayev Əziz ali təhsil alan müəllimlərdir. Kəndin ilk ali təhsilli meşə mütəxəssisləri Nüsrət və Məmməd Abdullayev qardaşları, ilk ali təhsilli həkimi Məmmədov Əliniyaz, hüquqşünaslar Səmədov Abusəməd,Kiçbəyov Elbəyi, Kiçbəyov Atabəy, ilk tibb işçisi Abdullayev Əliheydər Əli oğlu olmuşlar.
Böyük Vətən müharibəsində iştirak edənlər:
Tatyanoba kəndindən BVM-də iştirak edənlər olub. Onlardan İsayev Vətən, Tağıyev Bəylər, Əliyev Hüseyn və s. 10 nəfərə qədər kənd sakini isə müharibədən qayıtmayıblar.
Kəndin ziyalıları haqqında:
Yazıçı - şair Məmməd Kazım isə xalqımızın çox maraqlı şairlərindən nasirlərindən, dramaturqlarından, publisistlərindən və telejurnalistlərindəndir. O, bu gün öz doğma kəndində yaşayır və yaradıcılığını böyük həvəslə davam etdirir. Azərbaycan dövlət Televiziyasında yaratdığı məşhur “Hünər” proqramına uzun müddət rəhbərlik etməklə ,bu proqramı respublikamızdan kənarlarda da tanıtmışdı .Onun böyük xidmətləri sayəsində İkinci dünya və böyük vətən müharibələrində itkin düşən və həlak olan ,amma qəbri bizə məlum olmayan yüzlərlə oğullarımız tapılıb və həmin yerlər əbədiləşib .O. çoxlu şerlər, poemalar və publisist kitabların müəllifidir.
Kəndin digər tanınmışları:
Bu kəndin sakini Məmmədov Əliniyaz Əli oğlu Tibb elmləri doktorudur, Bakı şəhərində həkim işləyir. Əzizov Tofiq Hüseyn oğlu tarix elmləri namizədidir. Məktəbdə müəllimdir. Kiçibəyov Atabəy Qələbəy oğlu Qax rayonunda məhkəmə sədridir. Səmədov Abusəməd Abı oğlu Nərimanov rayon prokrorluğunda işləyir. Nəsirov Məhərrəm Sahib oğlu Respublika Daxili İşlər Nazirliyində məsul vəzifədə işləmişdir
Yolağac
Əhalisi:
890 nəfər
Ərazisi:
173 ha
Coğrafi mövqeyi:
Yolağac kəndi Masallı rayonunun şimal qərbində dağətəyi ərazidə yerləşir.
Kəndin əsas məşğuliyyəti:
Kənd əhalisinin məşğuliyyəti heyvandarlıq və qisməndə əkinçilikdir
Həmsərhəd olduğu kəndlər:
Şimaldan Yeni Zuvand kəndi, cənubdan Dəmbəlov dağı, şərqdən Mətərəcayı və qərbdən isə Köhnə Zuvand kəndləri ilə həmsərhəddir.
Kəndin adının mənası:
“Yolağac” adı araşdırmalara əsasən Bu kənddən qərbdə dağlarda yaşayan əhalinin bazarlıq üçün Masallının Qala bazarına gedib qayıdarkən bu yolun kənarındakı bulaqların yanında dayanıb dincəlməliri sonra da Yolağac adı kimi formalaşıb.
Kəndin ilk ali təhsillisi:
Kəndin ilk ali təhsilli ziyalısı Sovziyev Xasay və qardaşı Vəli olub. Uzun illər kənd məktəbində müəllim işləyiblər.
Kəndin ziyalıları haqqında:
Bu kəndi dünyaya tanıtdıran Fizika-Riyaziyyat elmləri doktoru professoru, AzTU-nun FİZİKA-1 kafedrasının müəllimi Təyyar Abbasov olmuşdur.