Qodman
Kəndin adı:
Qodman
Əhalisi:
1330 nəfərdir
Ərazisi:
449 ha
Coğrafi mövqeyi:
Dağ ətəyi
Kəndin əsas məşğuliyyəti:
Əvvəllər çayçılıq, tərəvəzçilik və maldarlıq olmuşdur. İndi taxılçılıq və maldarlıqdır.
Həmsərhəd olduğu kəndlər:
Qərbdən Qəriblər, şimaldan Ərkivan, şərqdən Kolatan, cənubdan Sığdaş.
Kəndin adının mənası:
Qodman kəndin əsası təxmini 1737-ci ildə qoyulub. Kəndin adının mənası Ğədimon sözündən götürülərək mənası qədim yaşayış yeri deməkdir.
Kənddə ilk məktəbin açıldığı tarix:
Qodman kəndində ilk məktəb Sovetlər dövründə 1926-cı ildə Qodman kənd məscidində açılmışdır.
Kəndin ilk ali təhsillisi:
Babayev Aslan Xubalı oğlu
1926-cı ildə Masallı rayonun Qodman kəndində anadan olmuşdur. A. Babayev 1946-cı ildə Bakı şəhəri Politexnik İnstitutunun Avtomobil şöbəsinə daxil olmuşdur. 1950-ci ildə İnstitutu fərqlənmə ilə bitirmişdir. A. Babayev Avtomobil (Nəqliyyat) nazirliyində işə başlamış və 1953-cü ilin 20 avqustunda avtomobil qəzasına düşüb və faciəli şəkildə həlak olmuşdu.
Qarabağ uğrunda şəhid olanlar:
Kazımov Cəlal Abuzər oğlu
01 sentyabr 1973-cü ildə Qodman kəndində anadan olmuşdur. Qarabağ döyüşlərində 01.06.1992-ci ildə şəhid olmuşdur. Qodman kənd tam orta məktəbi onun adını daşıyır.
Səmədov Məmmədağa Cəbrayıl oğlu
05.10.1963-cü il tarixdə Qodman kəndində anadan olmuşdur. O , Qarabağ müharibəsi zamanı könüllü şəkildə müharibəyə getmiş və orda şəhid olmuşdur.
Həşimov Balı Mövlan oğlu
20.01.1977- ci il tarixdə Qodman kəndində anadan olmuşdur. Hərbi xidməti zamanı 20.01.1996-cı ildə şəhid olmuşdur.
Zərbiyev Rahim Oktay oğlu
30.10.1979-cu ildə Qodman kəndində anadan olmuşdur. Hərbi xidməti vəzifəsini yerinə yetirərkən 22.07.1998-ci il tarixdə şəhid olmuşdur.
Böyük Vətən Müharibəsində iştirak edənlər:
50 nəfər müharibəyə getmiş onlardan 16 nəfəri şəhid olmuş və hal-hazırda sağ qalanı yoxdur.
Kəndin ziyalıları haqqında:
Şiriyev Fikrət Abuzər oğlu
1957-ci ildə Qodman kəndində anadan olmuşdur. Hazırda Bakı şəhərində yaşayır. Filologiya elmlər doktorudur, Bakı Dövlət Universitetində Prorektordur.
Əliyev Nurəddin Mansur oğlu
1944-cü ildə Qodman kəndində anadan olmuş Azərbaycan Yazıçılar birliyinin üzvüdür.
Əliyev Fəxrəddin Mansur oğlu
1953-cü ildə Qodman kəndində anadan olmuşdur. Azərbaycan Yazıçılar birliyinin üzvüdür.
Kazımov Əligüşad İbad oğlu
20 yanvar 1947-ci ildə Qodman kəndində anadan olmuşdur. Masallı rayon Profilaktik Dezinfeksiya Stansiyasının baş həkimi vəzifəsində işləyir.
Din xadimləri:
XIX əsrin sonu XX əsrin əvvəllərində yaşamış Molla Cəfər və Molla Mir Fəyyaz olmuşlar. Hər ikisi ali təhsilini Qum və Bağdad şəhərlərində almışlar.
Kəndin digər tanınmışları:
Əliyev Zülfüqar Mansur oğlu
(Zülfüqar Qodmanlı) 15 iyun 1933-cü ildə Qodman kəndində anadan olmuş və 24 mart 1998-ci il tarixdə vəfat etmiş, Azərbaycan Yazıçılar birliyinin üzvü olmuşdur.
Əliyev Ağaddin Mansur oğlu
(Ağaddin Mansurzadə) 1940-cı ildə Qodman kəndində anadan olmuş və 2007-ci il tarixdə vəfat etmiş, Azərbaycan Yazıçılar birliyinin üzvü olmuşdur.
Quliyev Azad Əkbər oğlu
21 yanvar 1924-cü ildə Qodman kəndində anadan olmuş və 17 may 2008-ci il tarixdə vəfat etmişdir. Uzun müddət Bakı şəhəri Milis İdarəsinin rəisi vəzifəsində işləmiş, milis Polkovniki olmuşdur. O, ədəbiyyatda Azad Talışoğlu ləğəbi ilə fəaliyyət göstərmiş SSRİ Yazıçılar birliyinin üzvü olmuşdur.
Səmədov Vəkil Muxtar oğlu
15 iyun 1924-cü ildə Qodman kəndində anadan olmuş və 26 dekabr 1991-ci il tarixdə vəfat etmişdir. Masallı rayon Mədəniyyət Şöbəsinin müdiri vəzifəsində işləmişdir.
Mürşüdov Qurban Mirilyas oğlu
1920-ci ildə Qodman kəndində anadan olmuşdur. 1950-ci ildə Yardımlı RKP-nın II katibi, Masallı Rayon İcra Komitəsinin sədri, RXMŞ-nın müdiri vəzifələrində çalışmışdır. O, 01 iyul 1984-cü il tarixdə vəfat etmişdir.
Həşimov Qəyyum Rəzi oğlu
1922-ci ildə Qodman kəndində andan olmuş və 1993-cü ildə vəfat etmişdir. Ağdam, Puşkin (Biləsuvar), Astara, Yardımlı və Ucar rayonlarında Milis rəisi vəzifəsində işləmişdir. Milis Polkovniki olmuşdur. O, 1993-cü il tarixdə vəfat etmişdir.
Əliyev Şəmsəddin Mansur oğlu
1948-ci ildə Qodman kəndində anadan olmuşdur. Bakı şəhəri Binəqədi rayonun Milis rəisi vəzifəsində işləmişdir. Azərbaycan Yazıçılar birliyinin üzvüdür.
Əzizabad
Əhalisi:
422 nəfər
Ərazisi:
138 ha
Coğrafi mövqeyi:
Dağ ətəyi
Kəndin əsas məşğuliyyəti:
Əvvəllər çayçılıq, tərəvəzçilik və maldarlıq. İndi taxılçılıq və maldarlıq.
Həmsərhəd olduğu kəndlər:
Qərbdən Qəriblər, şimaldan və Şərqdən Qodman, cənubdan Məmmədrzakücə
Kəndin adının mənası:
Əzizabad kəndinin mənası Sığdaş ərazisinin kəndxudası olmuş Əziz bəyin adından götürülmüş və ilk məskunlaşanlar Əziz bəyin 6 (altı) oğlanları olmuşdur.
Kəndin ilk ali təhsilliləri haqqında məlumat:
Qənbər Talıblı 1905-ci ildə Əzizabad kəndində anadan olmuşdur. 1936-cı ildə Leninqrad kənd Təsərrüfatı İnstitutunu bitirmişdir. O, Kənd Təsərrüfatı Elmlər Namizədi dərəcəsini almışdır.
Böyük Vətən müharibəsində iştirak edənlər:
Əzizabad kəndindən 11 nəfər müharibəyə getmişdir. Ondan 9 nəfəri həlak olmuşdur. Hazırda sağ qalanı yoxdur.
Kəndin ziyalıları haqqında:
Fətdayev Hamlet Feyruz oğlu
14 oktyabr 1966-cı il də Əzizabad kəndində anadan olmuşdur. Azərbaycan Milli Aerokosmik Agentliyinin Elmi Tədqiqat İnstitutunda şöbə rəisi vəzifəsində işləyir.
Kəndin adı:
Məmmədrzakücə
Əhalisi:
637 nəfər
Ərazisi:
186 ha
Coğrafi mövqeyi:
Dağ ətəyi
Kəndin əsas məşğuliyyəti:
Əvvəllər çayçılıq, tərəvəzçilik və maldarlıq. İndi taxılçılıq və maldarlıq
Həmsərhəd olduğu kəndlər:
Şimaldan Əzizabad, şərqadən Qodman, cənubdan Sığdaş və qərbdən Talış sıra dağları.
Kəndin adının mənası:
Məmmədrzakücə kəndinin adı kənddə ilk məskunlaşan Məmmədrzanın adından götürülmüşdür.
Böyük Vətən Müharibəsində iştirak edənlər:
Məmmədrzakücə kəndindən 25 nəfər müharibəyə getmiş ondan 17 nəfər həlak olmuş . Hal-hazırda sağ qalanı yoxdur.
Kəndin ziyalıları haqqında:
İbrahimov Hacıbala İskəndər oğlu
20 mart 1958-ci ildə Məmmədrzakücə kəndində anadan olmuşdur. Hazırda Bakı şəhərində Fəlsəfə və Hüquq Elmləri İnstitutunda işləyir. Hüquq Elmlər namizədidir.
İbrahimov Sarvan Bəhlul oğlu
1969-cu ildə Məmmədrzakücə kəndində anadan olmuşdur. Azərbaycan Müəllimi Qəzeti Redaktor müavini vəzifəsində işləyir.
Tahirov Zamin Cəbrayıl oğlu
11 noyabr 1964-cü ildə Məmmədrzakücə kəndində anadan olmuşdur. Hazırda Quba rayon Məhkəməsində Hakim vəzifəsində işləyir.
Kəndin digər tanınmışları:
Əliyev İsabala İsgəndər oğlu
13 sentyabr 1950-ci ildə Məmmədrzakücə kəndində anadan olmuşdur. Hazırda Masallı rayon Baytarlıq İdarəsinin baş həkimi vəzifəsində işləyir.