Səmədxanlı
I SəmidxanlıKəndin adı:
I Səmidxan
Əhalisi:
928 nəfər
Ərazisi:
320 ha
Coğrafi mövqeyi:
Masallı şəhərinin şərqində yerləşən və düzən qara torpaq.
Kəndin əsas məşğuliyyəti:
Keçmişdə çəltiklik və maldarlıq, hazırda taxılçılıq, maldarlıq və tərəvəzçilikdir.
Həmsərhəd olduğu kəndlər:
Ağakişibəyli, Şərəfə, Ətçələr, Alışanlı, Öncəqala, II Səmidxan kəndləri və Masallı şəhəri.
Kəndin adının mənası:
Səmidxan adlı şəxsin adı ilə bağlıdır.
Kəndin qısa tarixçəsi:
I Səmidxan kəndinin əsası təxminən 300 il bundan öncə Səmidxan və Əmirxan qardaşları tərəfindən qoyulmuşdur. Bu əraziyə əhali əsasən Azərbaycanın müxtəlif yerlərindən gələrək məskunlaşmımlar.
Kəndin tarixi abidəsi barədə məlumat:
Səmidxan kənd məscidi bundan əvvəl 1890-cı ildə inşa edilmişdir, 1990-cı ildə köhnə məscidi sökərək yerində kənd əhalisinin vəsaiti hesabına təzə məscid tikilmişdir.
Kəndin qəbirastanlığı təxminən 300 il bundan əvvəl salınmışdır, qəbirəstanlıqda 2002-ci ildə Seyid İmanqulu adlı dini xadimi qəbri üstündə abidəsi tikilmişdir.
Kənddə ilk məktəbin açıldığı tarix:
Kənddə ilk məktəb 1936-cı ildə qonşu Ətçələr kəndində yerləşən Fərzulla bəyə məxsus evdə Səmidxan kənd ibtidai məktəbi açılmışdır. Sonradan məktəb 1956-cı ildə I Səmidxan kəndində inşa olunmuş binaya köçürülmüş və 7 illik məktəbə çüvrilmişdir. Hazırda həmin məktəb M.İbayev adına Səmidxan kənd tam orta məktəbi kimi fəaliyyət göstərir.
Kəndin ilk ali təhsillisi:
1. I Səmidxan: Allahverdiyev Abdulhəsən Həsən oğlu 1922-ci ildə anadan olmuşdur. Lənkəran Pedaqoji Texnikumunu qurtarmışdır. Böyük Vətən Müharibəsinin veteranı olmuşdur. Allahverdiyev Abdulhəsən Həsən kəndin və ərazimizin ilk müəllimi olmuşdur. Həm də kasıb uşaqların təhsil almasında xeyriyyəçi kimi uşaqlara geyim və dərs ləvazimatını öz hesabına təşkil edilmiş, 1944-cü ildən 1990-cı il tarixdə vəfat edən günədək Səmidxan kənd orta məktəbində müəllim işləmişdir.
2. Pedaqoji təhsil almış Kərimov Malik Həmzə oğlu olmuşdur. O, əvvəllər Lənkəran pedaqoji texnikumunu, 1964-cü ildə isə B.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitututnu bitirmiş, uzun illər Səmidxan kənd orta məktəbinin direktoru işləmişdir. 2011-ci ildə 82 yaşında vəfat etmişdir.
3. Məmmədov İmanqulu Qulu oğlu: 1949-cu ildə anadan olmuşdur. 1976-cı ildə Azarbaycan KTİ-nun Baytarlıq, 1984-cü ildə Moskvada Umumittifaq KTİ-nun zoomuhəndislik fakültələrini bitirmiş, rayon Aqrar Sənaye Birliyində baş zootexnik, Təsərrüfatlararası Qarışıq Yem İstehsalı Kompleksinin direktoru işləmişdir. Şerləri bir neçə almanaxda çap olunmuş, hazırda respublikanın müxtəlif mətbuat səhifələrində dərc olunmaqdadır. Təqaüdçüdür, I Səmidxan kəndində yaşayır.
4. Vəliyev Süleyman Məmmədağa oğlu: 1955-ci ildə anadan olmuş, Saratov İqtisadiyyat İnstitutunun iqtisadiyyat fakültəsini, Saratov Ali Partiya məktəbini bitirmiş, Masallı rayon Aqrar Sənayev Birliyində iqtisadçı, Masallı rayon Partiya Komitəsində təlimatçı, Masallı rayon İcra Hakimiyyətinin iqtisadiyyat şöbəsində iqtisadçı işləmişdir. Hazırda Bakı şəhərində yaşayır, bizneslə məşğuldur.
5. Kərimov Taleh Malik oğlu: 1954-cü ildə anadan olmuş, 1978-ci ildə Azərbaycan Tibbi İnstitutunun müalicə - profilaktika fakültəsini bitirmiş, 1979-81-ci illərdə Masallı rayon təcili yardı stansiyasında həkim işləmişdir. 1982-ci ildən Bakı şəhər 5 saylı poliklinikasında baş həkimin müavini işləyir.
6. Səlimov Valeh Hilal oğlu: 1955-ci ildə anadan olmuş, 1978-ci ildə Azərbaycan Tibbi İnstitutunun müalicə-profilaktika fakültəsini bitirmişdir. 1979-2003-cü illərdə Masallı rayon Qarğalıq kənd həkim məntəqəsinin müdiri, 2005-2009-cu illərdə Bakı şəhərində özəl türk xəstəxanalarından birində həkim işləmişdir. 1993-97-ci illərdə Vətənin çağırışı ilə Qarabağ müharibəsinnə səfərbər olunmuşdur. 2009-cu ildən Masallı rayon mərkəzi xəstəxanasında müalicə həkimi işləyir.
7. Həsənov Əmənulla Absalam oğlu 1926-cı ildə anadan olmuşdur. Orta təhsil almışdır. Uzun müddət Şərəfə kənd sovetində kargüzar işləmişdir. Vəfat etmişdir.
8. Şeyx Məhərrəm tanınmış din xadimi olmuşdur. Xaricdə yüksək dini təhsil almışdır. Vəfat etmişdir.
9. Allahverdiyev Həsən Abdulhəsən oğlu 1968-ci ildə anadan olmuşdur. 1995-ci oldə Azərbaycan Dövlət İqtisadi İnstitutunu bitirmişdir. İxtisası İqtisadçıdı uzu müddət rayonda özəl sektorda çalışmışdır və 2004-cü ildə kənd bələdiyyəsinin sədr müavini işləmişdir. 04 mart 2010-cu ildə Masallı rayon İcra Hakimiyyəti Başçısının Səmidxanlı ərazisi üzrə nümayəndəsi işləyir.
10. Kərimov Cavanşir Malik oğlu 1959-cu ildə anadan olmuşdur. 1976-cı ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun fakültəsinə daxil olmuş və 1981-ci ildə həmin institutu inşaatçı mühəndis ixtisası üzrə bitirmişdir. 1981-1999-cu illərdə rayonun müxtəlif tikinti təşkilatlarında usta, iş icraçısı, baş mühəndis vəzifəsində işləmişdir. 1999-2000-ci illərdə Masallı rayon Qaz İstismar İdarəsində Şərəf ərazisi üzrə sahə rəisi işləmişdir. 29 mart 2000-ci il tarixdən hal-hazıra kimi Masallı Rayon İcra Hakimiyyəti Başçısının Səmidxanlı ərazisi üzrə müavini işləyir.
11. Allahverdiyev Qeyrət Abdulhəsən oğlu 1957 ildə anadan olmuşdur. 1985-ci ildə Bakı şəhər Milis məktəbini qurtarmışdır. 1985-ci ildən Lənkəran rayonunun Liman (keçmiş Port-İliç) şəhərindəki Polis şöbəsində sahə rəisi kimi bu günə kimi işləyir.
12. Əkbərov Qələmşah Qaraş oğlu 1957-ci ildə anadan olub, 1984-cü ildə Azərbaycan Tibbi İnstitutunun müalicə fakültəsini bitirmişdir. 1985-ci illərdə Masallı rayon Mərkəzi Xəstəxanasında həkim işləyir. 2011-ci ildən Cəlilabad rayon Diaqnostika Mərkəzində həkim işləyir.
13. Allahverdiyev Allahverdi Abdülhüseyn oğlu 1948-ci ildə anadan olmuşdur, hal-hazirda Səmidxan orta məktəbində müəllim işləyir.
14. Həsənov Fikrət Məlik oğlu 1954-cü ildə anadan olmuşdur, hal-hazırda Səmidxan orta məktəbində direktor vəzifəsində işləyir.
15. Alışov İkram Fətiş oğlu 1950-ci ildə anadan olmuş, hal-hazırda Səmidxan orta məktəbində müəllim işləyir.
16. Məmmədov Əlövsət Xudu oğlu 1955-ci ildə anadan olmuş, 1980-ci ildə Azərbaycan tibb institutunun müalicə profilaktika fakültəsini bitirmiş, hal-hazırda Masallı rayon Mərkəzi xəstəxanasında kardeoloq həkim işləyir.
17. Əmənov Adıbala Rəcəb oğlu 1960-cı ildə anadan olmuş, hal-hazırda Masallı rayon Kommunal Xidməti İdarəsində baş mühasib işləyir.
18. Həsənov Oruc Absalab oğlu 1939-cu ildə anadan olmuş, Azərbaycan Dövlət Pedaqoji İnstitututnu bitirmiş, hal-hazırda təqaüdçüdür.
Kəndin din xadimləri:
1. Şalıyev Xəyal Yadulla oğlu 1980-ci il.
2. Kərimov Mirmehti Mirağa oğlu 1947-ci il.
Ölkədən kənarda yaşayan kənd ziyalıları haqqında:
1. Şükürov Çingiz Eldar oğlu 1962-ci ildə anadan olmuş, Rusiya Lomonosov adına universiteti bitirmiş və orada ayrı-ayrı sənae müəssisəsində işləmişdir. İndi hal-hazırda Moskva şəhərində biznes sahəsi ilə məşğuldur.
2. Zeynalov Musa Maşallah oğlu 1959-cu ildə anadan olmuş, Ali təhsilli Ukrayna Dövlət Texniki Universiteti bitirmişdir. Ayrı-ayrı sahələrdə çalışmış, lakin hal-hazırda Tumen oblastin Surqut şəhərində bizneslə məşğul olmuş.
3. Aslanov Qərib Soltanağa oğlu 1964-cü ildə anadan olmuş, Ali təhsilini Rusiya Federasiyasının Voronej şəhərində texniki institututnu bitirmiş, hal-hazırda Voronej şəhərində biznes sahəsində məşğul olur.
4. Kərimov Cəlal Qurban oğlu 1969-cu ildə anadan olmuş, ali təhsilini Rusiya Federasiyasının Voronej şəhərində biznes sahəsində məşğul olur.
Kəndin digər tanınmışları:
Kərimov Mirqurban Mirkərim oğlu 1938-ci ildə anadan olmuşdur. O kəndin ağır seididir və kəndin xeyir-şər məclisində və küsülülərin barışmasında həmişə yaxından iştirakı olmuşdur.
II Səmidxanlı
Kəndin adı:
II Səmidxanlı
Əhalisi:
437 nəfər
Ərazisi:
202 ha
Coğrafi mövqeyi:
Masallı şəhərinin şimal şərqində yerləşir və Düzən qara torpaq.
Həmsərhəd olduğu kəndlər:
I Səmidxan, Öncəqala və Masallı şəhəri.
Kəndin adının mənası:
Səmidxan adlı şəxsin adı ilə bağlıdır.
Kəndin qısa tarixçəsi:
II Səmidxan kəndinin əsası təxminən 300 il bundan öncə Səmidxan və Əmirxan qardaşları tərəfindən qoyulmuşdur. Bu əraziyə əhali əsasən Azərbaycanın müxtəlif yerlərindən gələrək məskunlaşmışlar.
Kəndin tarixi abidəsi barədə məlumat:
II Səmidxan kənd məscidi 1990-cı ildə kənd əhalisinin vəsaiti hesabına inşa edilmişdir. Kənd qəbirastanlığı 1996-cı ildə satılmışdır. Buna qədər vəfat edənlər I Səmidxan kənd qəbirastanlığda dəfn edilirdi.
Kənddə ilk məktəbin açıldığı tarix:
Kənddə 1972-ci ildə ilk ibtidai məktəb açılmışdır. Məktəbin ilk müdiri Kərimov Malik Həmzə oğlu olmuşdur.
Kəndin ilk ali təhsillisi:
Kəndin ilk ali təhsillisi Azərbaycan Xarici Dillər İnstitutunun İngilis dili fakültəsini bitirmiş, Şükürov İsmayıl Şükür oğlu olmuşdur. O, Bakı Ali Partiya məktəbini bitirməklə Masallı rayon Partiya məktəbini bitirməklə Masallı rayon Partiya Komitəsində təlimatçı, Masallı Çay fabrikinin direktoru və digər vəzifələrdə işləmişdir. 1996-cı ildə vəfat etmişdir. İ.Şükürov həmçinin şer yaradıcılığı ilə məşğul olmuşdur. Onun bir sıra şerləri dşvri mətbuatda çap olunmuşdur.
Din xadimləri barədə:
1. Şeyx İsrafil
2. Molla Fərəc
Digər sahədə çalışanlar:
1. Rayonun ilk müəllimi – Mirzə Nəzirməmməd Çəşirov İnqilaba qədər İranda ali ruhani təhsili almış, Azərbaycanda Sovet Hakimiyyəti qurulandan sonra rayonun müxtəlif məktəblərində müəllimlik etmişdir. Sonralar rayon Ağsaqqallar Şurasının sədri işləmiş, vəfatına qədər fərdi təqaüdçü olmuşdur.
2. Fərəcov İsmayıl Fərəc oğlu: Bakı Ali Partiya məktəbini bitirməklə Masallı rayon Partiya Komitəsində təlimatçı işləmiş, 17 il M.Ə.Sabir adına sovxozda direktor, I Səmidxan kolxozunda sədr işləmişdir. Vəfat etmişdir.
3. Ağayev Cavanşir Suleyman oğlu: Bakı Ali Partiya məktəbi qurtarmaqla Masallı rayon Partiya Komitəsində təlimatçı, rayon İctimai İaşə müəssisəsində müdir işləmişdir. Hazırda təqaüdçüdür.
4. Quliyev Əlibala İbrahim oğlu 1959-cu ildə anadan olmuş, Rastov Ali Milis məktəbini bitirmiş, Masallı rayon cəzaçəkmə müəssisəsində kadrlar şöbəsinin müdiri işləmişdir. Hal-hazırda təqaüdçüdür.
İkinci Dünya Müharibəsində iştirak edənlərin sayı:
- 3 nəfər
Kəndin dini xadimləri:
1. Qurbanov Hüseyn Əlihüseyn oğlu
2. Ələkbərov Ələkbər Qulam oğlu
Kəndin digər tanınmışları:
1. Ağayev Cavanşir Süleyman oğlu
Kəndin adı:
Alışanlı
Əhalisi:
991 nəfər
Ərazisi:
398 ha
Coğrafi mövqeyi:
Masallı şəhərinin şərqində yerləşən və Düzən qara torpaq.
Əhalinin əsas məşğuliyyəti:
Keçmişdə maldarlıq, çəltikçilik və taxılçılıq, hazırda-taxılçılıq, maldarlıq və tərəvəzçilikdir.
Həmsərhəd olduğu kəndlər:
I Səmidxan, Ətçələr, Kürdəbaz, Qarğalıq, Hüseynhacılı, Öncəqala.
Kəndin adının mənası:
Əlişan adlı şəxsin adı ilə bağlıdır.
Kəndin qısa tarixçəsi:
Əlişan təxminən 250 il bundan əvvəl Şamaxı bölgəsindən köçərək bura gəlmiş, sonralar onun ətrafına başqa yerlərdən gələnlər sakin olmuşlar.
Kəndin tarixi abidəsi:
Alışanlı kənd məscidi 1992-ci ildə kənd əhalisinin vəsaiti hesabına tikilmişdir.
Kənd qəbirəstanlığı 2008-ci ildə salınmışdır. Buna qədər vəfat edənlər I Səmidxanlı kənd qəbirəstanlığında dəfn edilirdi.
Kənddə ilk məktəbin açıldığı tarix:
Kənddə ilk məktəb 1966-cı ildə ibtidai məktəb açılmışdır. Məktəbin ilk müdiri Ağayev Mikayıl Ağalı oğlu olmuşdur. Hazırda həmin məktəb ümumi orta məktəi kimi fəaliyyət göstərir.
Kəndin ilk ali təhsillisi :
Rəcov Adil Adil oğlu 1940-cı ildə anadan olmuşdur. O, V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun Kimya-biologiya fakültəsini bitirmişdir. Əvvəllər Səmidxan 8 illik məktəbində müəllim, sonralar uzun müddət Alışanlı ümum orta məktəbinin direktoru işləmişdir. Hazırda təqaüdçüdür.
Kəndin ziyalıları:
1. Məmmədov Əşrəf Alışan oğlu Nəcəf şəhərində yüksək dini təhsil almış, Sovet Hakimiyyəti qurulandan sonra müxtəlif vəzifələrdə işləmiş və 1937-ci ildə Qazaxstana sürgün edilmişdir.
2. Əliyev Qulamhüseyn Abdulhüseyn oğlu 1928-ci ildə anadan olmuşdur. Şamaxıda Baytarlıq texnikumunu bitirmişdir. Qarğalıq kəndində “Varlı həyat” sovxozunda baytar həkim, direktor, rayonun Baş zootexniki, M.Ə.Sabir adına sovxozda baş həkim və rayon Aqrar Sənaye Birliyində zootexnik işləmişdir. 2013-cü ildə vəfat etmişdir.
3. Rüstəmov Həbib Xanoğlan oğlu 1959-cu ildə anadan olmuşdur. 1982-ci ildə Azərbaycan Pedaqoji İnstitutuna daxil olmuş və 1986-cı ildə həmin institutunu ibtidai hərbi hazırlıq və bədən tərbiyəsi fakültəsini bitirmişdir. Həmin ildən Şərəfə tam orta məktəbində müəllim işləmişdir. Hal-hazırda Alışanlı ümumi orta məktəbində direktor vəzifəsində işləyir.
Kəndin Milli Qəhrəman və şəhidləri barədə məlumat:
1. Şirəliyev Raci Qafil oğlu – 10 may 1974-cü ildə anadan olmuş, 22 fevral 1994-cü ildə Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olmuşdur.
2. Abbasov Vüqar Xeyrulla oğlu 28 sentyabr 1975-ci ildə anadan olmuş, 16 fevral 1994-cü ildə Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olmuşdur.
3. Əzizov Elxan Sakit oğlu 02 dekabr 1980-ci ildə anadan olmuş, Bakı Ali Ümümqoşun Komandirləri məktəbini bitirmiş, zabit olmuşdur. 01 avqust 2004-cü ildə hərbi xidmət zamanı şəhid olmuşdur.
Böyük Vətən Müharibəsində iştirak edənlər:
1. Ağayev Mikayıl Ağaəli oğlu
2. Rəcov Adıx Rəc oğlu
3. 3. Aslanıv Rəhman Fərman oğlu
4. Həsənov Əhməd Əzizəli oğlu
5. Rüstəmov Xanoğlan İsmiəli oğlu
6. Həsənov Sucayət Bayram oğlu
Kəndin dini xadimləri:
1. Abbasov Niftulla Novruz oğlu
2. Şirəliyev Qafil Adış oğlu
Kəndin ziyalıları haqqında:
1. Həsənov Akif Əhməd oğlu
2. Nəzərov Həsənbala Hümmət oğlu
3. Ağayev Ramin Mikayıl oğlu
4. Ağayeva Sevda İbrahim qızı
5. Rüstəmova Təmərrik Adil qızı
6. Abbasov Zəkəriyyə Həmdulla oğlu
7. Aslanov Əlisani Rəhman oğlu 1958-ci ildə Masallı rayonu Alışanlı kəndində anadan olmuşdur.Ali təhsilli müəllimdir.1975-1980-ci illərdə BDU-nun Fizika-riyaziyyat fakültəsini bitirmişdir.Alışanlı əsas məktəbində riyaziyyat müəllimi işləyir
Ölkədə və kənarda yaşayan kənd ziyalıları haqqında:
1. İmanov İmanxan Məhərrəm oğlu Ukrayna Respublikasının Doneçki şəhərində yaşayır.
Kəndin adı:
Ətçələr
Əhalisi:
932 nəfər
Ərazisi:
208 ha
Coğrafi mövqeyi:
Masallı şəhərinin şərqində yerləşir və Düzən qara torpaq.
Əhalinin əsas məşğuliyyəti:
Keçmişdə maldarlıq və tazılçılıq, hazırda maldarlıq, taxılçılıq və tərəvəzçilik.
Həmsərhəd olduğu kəndlər:
Alışanlı, I Səmidxan, Şərəfə və Kürdəbaz kəndləri.
Kəndin adının mənası:
Toponimin mənası məlum deyildir.
Kəndin qısa tarixçəsi:
Təxminən 200 il öncə Azərbaycan müxtəlif bölgələrindən gələnlərin hesabına formalaşmışdır.
Kəndin tarixi abidəsi barədə məlumat:
Ətcələr kəndindəki birinci köhnə məscid 1950-ci ildə kənd əhalisi vəsaiti hesabına tikilmişdir. İkinci təzə məscidi isə 1993-cü ildə Ağayev Şahin Ağa oğlu tərəfindən tikilmişdir.
Kənd qəbirastanlığı isə 1876-cı ildə salınmışdır.
Kəndin ilk ali təhsillisi:
1. Balaşov Həşim Abı oğlu Azərbaycan Neft və Kimya İnstitutunu bitirmişdir. O, respublikanın müxtəlif yerlərində çalışmış, son illərdə Masallı rayon Qaz İstismar İdarəsində mühəndis işləmişdir. Vəfat etmişdir.
2. Əliyev İbrahim Abduləhəd oğlu 1923-cü ildə anadan olmuşdur. Lənkəran Pedaqoji Texnikumunu bitirmişdir. Böyük Vətən Müharibəsində iştirak etmişdir. Müharibə veteranı idi. Sonra Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirmişdir. Uzun müddət rayon məktəblərində müəllimlik etmişdir. 2003-cü ildə vəfat edənədək Alışanlı əsas məktəbində müəllimlik etmişdir.
3. Mansurov Güloğlan Xanoğlan oğlu 1959-cu ildə anadan olmuşdur. 1979-cu ildə Azərbaycan İnşaat Mühəndislər İnstitutunun inşaat mühəndis fakültəsinə daxil olmuş və 1985-ci ildə həmi institutunun inşaatçı mühəndis ixtisasını bitirmişdir. Həmin ildə Bakı şəhərində tikinti tresində baş mühəndis işləmişdir. Hal-hazırda Bakı şəhərində bizneslə məşğuldur.
4. Həbibov Əbülfəz Kərim oğlu 1960-cı ildə anadan olmuşdur. 1987-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu bitirmişdir həmin ildən rayonun müxtəlif tikinti təşkilatlarında baş mühəndis işləmişdir. Hal-hazırda kənddə fermer təsərrüfatı ilə məşğul olur.
5. Mansurov Firqət Xanağa oğlu 1963-cü ildə anadan olmuşdur. 1985-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitututna qəbul olmuş, 1993-cü ildə həmi institutunun inşaatçı mühəndis ixtisasını bitirmişdir. Həmin ildən indiyədək Azərneft şirkətinin tikinti şöbəsində baş mühəndis işləyir.
Kəndin ziyalıları haqqında:
Mehdiyev Şaban Gülbala oğlu 1960-cı ildə anadan olmuş, 1977-ci ildə azərbaycan Politexnik İnstitututnun avtomobil nəqliyyatın istismarı fakültəsini bitirmişdir. Uzun müddət rayon nəqliyyat sistemində baş mühəndis kimi fəaliyyət göstərmişdir, hal-hazırda Səmidxanlı bələdiyyəsinin sədri işləyir.
Ağayev Mahir Ağa oğlu 1969-cu ildə anadan olmuşdur. 1992-ci ildə Azərbaycan İnşaat Mühəndislər İnstitutunu bitirmişdir. Uzun müddət tikinti üzrə mühəndis işləmişdir, hal-hazırda Masallı rayon İcra Hakimiyyətinin tikinti şöbəsində məsləhətçi işləyir.
Balaşov Əziz Abı oğlu 1939-cu ildə anadan olmuşdur, Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirmiş, hal-hazırda təqaüdçüdür.
Kəndin digər tanınmışları:
Maysurov Tapdıq Cəbi oğlu: - Orta ixtisaslı aqronom M.Ə.Sabir adına kolxozda sədr, Masallı rayon Məişət Xidməti idarəsinin rəisi və rayon Mülki Müdafiə Qərargahının rəisi işləmişdir. Vəfat etmişdir.
Kəndin Milli Qəhrəman və şəhidləri barədə məlumat:
1. İbayev Mərdan Qardaş oğlu 26 iyul 1967-ci ildə anadan olmuş, 22 iyun 1992-ci ildə Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olmuşdur.
2. Ağayev Rasim Həsənağa oğlu 28 mart 1975-ci ildə anadan olmuş, 18 mart 1994-cü ildə Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olmuşdur.
Böyük Vətən Müharibəsində iştirak edənlər:
1. Həbibov Kərim Bəşir oğlu
2. Şaliyev Sadiq İbadulla oğlu
3. Hüseynov Mirzəbala İslam oğlu
4. Əliyev İbrahim Abdulhəyat oğlu
Həlak olanların sayı: 5
Ölkədə, kənarda yaşayan kənd ziyalıları haqqında:
1.Həşimov İlham Həşim oğlu Ali təhsillli, Azərbaycan Dövlət Tibbi İnstitutunu bitirmiş, hal-hazırda Rusiyanın Tumen oblastinin Surqut şəhərində yaşayır
2. Ağayev Şahin Ağa oğlu 1968-ci ildə anadan olub, Azərbaycan Dövlət İnşaat Mühəndislər İnstitututnu bitirmiş, hal-hazırda Moskva şəhərində yaşayır.