Təklə
Kəndin adı:
Təklə
Əhalisi:
1892 nəfər
Ərazisi:
1384 ha
Coğrafi mövqeyi:
Aran, Masallı rayonunun şimal-qərbində yerləşir.
Kəndin sərhədləri:
Kazımabad, Maşlıq (Cəlilabad r-nu) Mollahəsənli, Çaxırlı kəndləri (Masallı rayon)
Kəndin adının mənası:
Kərbəlayı Abdullanın adı ilə bağlıdır. Deyilənlərə görə, indiki Təklə kəndi ərazisini atla təyin edərkən at yıxılıb ölüb, çünki, böyük ərazini gəzən at dözməyib ölüb. Təklənin yaranma tarixi 1427-ci ilə təsadüf edir. Bu Anadolu Türk qolu olaraq Güney Azərbaycanda Şahın ətrafında toplaşmışlar. Sonralar 1459-cu ildə Güney Azərbaycandan Şimali Azərbaycana yığışmağa başlamışlar. Hal-hazırda Azərbaycanda 38, dünyanın bir çox ölkələrində, hətta Çində Təklə kəndi var.
Kəndin tarixi:1460-cı ildən başlayır.
Kəndin ilk ali-təhsillisi:
Əliyev Rəşid Qulam oğlu
O uzun müddət Təklə kənd orta məktəbində işləməklə Pedaqoji fəaliyyətini həmin məktəbdə başa vermişdir. R. Əliyev uşaqlara dil-ədəbiyyat fənnini tədris edib. Sonralar dünyasını dəyişib, vəvat edib.
Təklə kəndində ilk məktəb:
1937-ci ildə olub, 1950-ci ildə orta məktəb yaradılıb.
Kəndin elm adamları:
Sadıqov Həsənbala Hənifə oğlu
Elmlər doktoru-professor, 1946-cü ildə Masallı rayonunun Təklə kəndində anadan olub, 1964-1968-ci illərdə ADU-nin tarix fakultəsini bitirib, Lenin təqaüdçüsü olub, 1968-ci ildə Gəncə Dövlət Universitetində işləyib. 1992-ci ildən tarix elmləri doktorudur. 1998-2008-ci illərdə Türkiyə Respublikasının Yüzüncü il Universitetində işləyib. 2009-cu ildən Azərbaycan Respublikasının əməkdar müəllimidir. Evlidir və iki oğlu var.
Bayramov Əli Yusif oğlu
1945-ci ildə Masallı rayonun Təklə kəndində anadan olub. ADU-nin Hüquq fakultəsini bitirib. Respublikanın müxtəlif rayonlarında rayon prokuroru və Respublika prokurorluğunda məsul vəzifələrində işləyib. Ailəlidir. Yazıçı-publisistdir. “Qızıl qələm” mükafatçısıdır
Zeynalov Zakir Nuru oğlu
1949-cu ildə Masallı rayonun Təklə kəndində anadan olub. ADU-nin Hüquq fakultəsini bitirib. Respublikanın müxtəlif rayonlarında prokuror köməkçisi işləyib. Hazırda vəkillər kollegiyasında işləyir. Ailəlidir.
Kəndin din xadimləri:
Əli Cəfərov
Masallı rayonun Təklə kəndində anadan olub. İranın Nəcəf şəhərində təhsil alıb.
Hacı Miryəhya Dənizxan oğlu Bəşirov
12.01.1966-cı ildə masallı rayonun Təklə kəndində anadan olub. Molla yanıda təhsil alıb. Kənddə dini ayinləri yerinə yetirir. Evlidir.
Hacı Mübariz İsmayıl oğlu Quliyev
13 yanvar 1966-cı ildə Masallı rayonun Təklə kəndində anadan olub. Molla yanında təhsil alıb və kənddə dini ayinləri yerinə yetirir.
Kənddə kolxoz sədri və kənd sovet sədri işləyənlər:
Qasımov Hənifə Sadıq oğlu
Masallı rayonun Təklə kəndində anadan olub. Kəndin ilk kolxoz sədri 1946-1951 ci illərdə işləyib.
Əliyev Mustafa İsa oğlu
11.05.1950-ci ildə anadan olub. Azərbaycan Neft Kimya İnstitutunu bitirib. Ərazi nümayəndəsi işləyib. Ailəlidir. Hazırda Təklə kəndində yaşayır, pensiyaçıdır.
Qarabağ Şəhidləri:
Bəşirov Elşən Dəmizxan oğlu
1973-cü ildə Masallı rayonun Təklə kəndində anadan olub. 1992-ci ildə hərbi xidmətə çağrılıb və 1993-cü ilin aprelin 02-də şəhid olub.
Cəfərov Rəfael Gülhüseyn oğlu
19 aprel 1986-cı ildə Təklə kəndində anadan olub. 2004-cü ildə hərbi xidmətə çağrılıb. 181 saylı hərbi hissədə Beyləqan rayon Hərəmi düzündə xidmət edib. 19 iyul 2005-ci ildə düşmən tərəfindən snayperlə vurulub və həlak olub.
II Dünya Müharibəsində iştirak edənlər:
Miriyev Aqil Nuralı oğlu
Dünyamalıyev Dadaş Hüseynalı oğlu
Cəfərov Bahadur Əbülfət oğlu
Zeynalov Yusif Məmməd oğlu
Savalanov Nuru Şirməmməd oğlu
Şiriyev Şiri
Feyziyev Feyzi Abdulla oğlu
Abbasov Əsgər Əli oğlu və s. vəfat etmişlər.
Kəndin adı:
Xoşçobanlı
Əhalisi:
1417 nəfər
Ərazisi:
429 ha
Coğrafi mövqeyi:
Aran, Masallı rayonunun şimal-qərbində yerləşir.
Kəndin əsas məşğuliyyəti:
Maldarlıq, tərəvəzçilik və kartofçuluq.
Kəndin sərhədləri:
Masallı rayonunun Təklə, Xırmandalı, Sığıncaq və Mollhəsənli kəndləri ilə sərhəddir.
Kəndin adının mənası:
XVII əsrin axırlarına təsadüf edir. İranın Xoy şəhərində gələnlər Xoşçobanlı kəndinin əsasını qoyublar. Elə kəndin adı da buradan götürülüb-Xoy çobanları.
Xoy şəhərindən gələnlər:–Hacı Həsən, İbad, Şükür, Əziz, Kazım:
Zərbahdan –Bağır, Əmən, Əsgəralılar;
Sabunçu tayfası – Mürşüd, Həsənalı və Əliağa;
Alışdılar tayfası – Alış, Məhəmməd, Dünyamalı;
Əhmədovlar tayfası – Soltan, Salman, Əmiraslan;
Hacı Abiseyinli tayfası- Hacı Tağı, Kərbalayı Bağır.
Kəndin tarixi:1780-ci ildən hesablanır.
Kəndin ilk ali təhsillisi:
Tağıyev Fazil Həşim oğlu
Masallı rayonun Xoşçobanlı kəndində anadan olub. Uzun müddət Təklə kənd orta məktəbində coğrafiya fənnini tədris edib. Təklə kənd orta məktəbində direktor işləyib və vəfat edib.
Kəndin tanınmış adamları:
Əliyev Ramiz Beytulla oğlu.
20.02.1947-ci ildə Masallı rayonun Xoşçobanlı kəndində anadan olub. 1966-cı ildə ADTİ-na daxil olub və 1971-ci ildə bitirib. Təyinatla Qaradağ rayonunda həkim sonra xəstəxananın baş həkimi və səhiyyə şöbəsinin müdiri işləyib. Əməkdar həkimdir və təqaüdçüür. Ailəlidir. İki övlad atasıdır.
Tağıyev Telman Fazil oğlu
1953-cü ildə Masallı rayonun Xoşçobanlı kəndində anadan olub. 1970-ci ildə Təklə kənd orta məktəbini bitirib. 1972-ci ildə AKTİ-nin Baytarlıq fakultəsinə daxil olub. 1977-ci ildə həmin İnstitututu bitirib. Elə həmin il Cəlilabad Broyler fabrikində baytar həkimi. 1984-cü ildən 1996-cı ilədək sex rəisi işləyib. Evlidir. 1 qızı, 1 oğul atasıdır.
Tağıyev Rafiq Nəzir oğlu -Rafiq Tağı
1949-cu ildə Masallı rayonun Xoşçobanlı kəndində anadan olub. ADTİ-nu bitirib. Yazıçı-publisist idi. Vəfat etmişdir.
Əsgərov İlham Təvəkkül oğlu
1958-ci ildə Masallı rayonun Xoşçobanlı kəndində anadan olub. İncəsənət İnstitutunu bitirib. Respublikanın xalq artistidir.
Rüstəmov Həsənbala Nəriman oğlu
Masallı rayonun Xoşçobanlı kəndində anadan olub. Əmək fəaliyyətinə görə II-dəfə Azərbaycan Respublikasının deputatı olub. Vəfat etmişdir.
Qarabağ Müharibəsi Şəhidləri:
Bağırov Rövşən Malik oğlu
28 oktyabr 1976-cı ildə Masallı rayonun Xoşçobanlı kəndində anadan olub. 13 aprel 1998-ci ildə hərbi xidmətə çağrılıb, 707 saylı hərbi hissədə xidmətdə olub və 29.12.1999-cu ildə vəfat edib.
II Dünya Müharibəsi iştirakçıları:
Əliyev Hacı Xəlil oğlu
İbadov Abbas Mütəllim oğlu
Səmədov Zöhrab Səməd
Bağırov Məmmədağa Ələşrəf
Məmmədov İbrahim Alyar oğlu
Əsgərov Eliş Mürşüd
St. Masallı
Əhalisi:
760 nəfər
Ərazisi:
37 ha
Coğrafi mövqeyi:
Aran, Masallı rayonunun şimal-qərbində yerləşir.
Kəndin sərhədləri:
Masallı rayonun Çaxırlı, Əhmədli, Sığıcağ və Xoşçobanlı kəndləri
Kəndin adının mənası:
1940-cı ildə Tağıyev Abdulla Hüseyn oğlu kənd soveti sədri işləmiş Dəmir Yolu Stansiyasının tikilməsi üçün yeri O, təyin etmişdir. Yeni salınan yaşayış məntəqəsi də həmin Stansiyanın yaxınlığında salınmışdır. Kənd Mollahəsənli və Sığıncaq kəndlərinin qabaq hissəsində salınıb. Vağzalın yerinin Mollahəsənli kəndinə aid torpaqda təyin edilməsi münasibəti ilə Mollahəsənli kənd sakini, o, dövrdə ferma müdiri işləyən, hazırda Təklə kənd Ağsaqqallar Şurasının sədri 87 yaşlı Abbasov Ağababa Ağadədə oğlu tərəfindən bir erkək kəsilib kasıblara paylanmış və oraya Stansiya Masallı adı verilmişdir.
Kəndin tarixi:1940-cı ildən götürülür:
Kəndin ilk ali təhsillisi:
Cavadov Əlicavad Müslüm oğlu
O, uzun müddət Masallı Dəmir Yolu Stansiyasının rəisi işləyib. Vəfat etmişdir.
Kəndin ziyalıları:
Cəfərov Mirməmməd Mircəfər oğlu
01.07.1949-cu ildə anadan olub. Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu bitirib. Sonralar təqaüdə çıxana kimi Ədliyyə Nazirliyinin nəzdində müxtəlif həbsxanalarda həbsxana rəisi vəzifəsində çalışıb. Polkovnik rütbəsinə kimi yüksəlib. Hazırda təqaüdçüdür.
Kəndin din xadimi:
Ağayev Mirağa Musa oğlu
1933-cü ildə Masallı rayonun Qodman kəndində anadan olub. Müharibə vaxtı St. Masallı kəndinə valideynləri köçərək hazıradək orada yaşayır. Kənddə dini ayinləri yerinə yetirir.
Qarabağ şəhidləri:
Xudavediyev Taleh Yusif oğlu
22 aprel 1974-cü ildə Masallı rayonun St. Masallı kəndində anadan olub. 19.01. 1993-cü ildə hərbi xidmətə çağrılıb. 172 saylı hərbi hissənin tərkibində Ömərdağ uğrunda döyüşlərdə 20 aprel 1994-cü ildə itkin düşüb.
Əliyev Rasim Ağabala oğlu
29.10.1974-cü ildə masallı rayonun St. Masallı kəndində anadan olub. 1992-ci ildə hərbi xidmətə gedib və 22.05. 1994-cü ildə Ağdərə bölgəsində şəhid olub.
Sığıncaq
Əhalisi:
2087 nəfər
Ərazisi:
703 ha.
Coğrafi mövqeyi:
Aran, Masallı rayonunun şimal-qərbində yerləşir.
Kəndin əsas məşğuliyyəti:
Maldarlıq, tərəvəzçilik, kartofçuluq və taxılçılıq.
Kəndin sərhədləri:
Çaxırlı, Xoşçobanlı, Hacıtəpə, Xırmandalı və Həsənli kəndləri ilə
Kəndin adının mənası:
Pənah gətirmək, Sığıncaq mənasına uyğun olaraq, Sığıncaq, sonra isə Sığıncaq adlandırılıb. Bura qədim türk yaşayış məskənidir.
Kəndin tarixi:
Kəndin tarixinə nəzər saldıqda məlum olur ki, kəndin tarixi qədimlərə gedib çıxır. Çünki, qədim qəbrlərin üstündə at və qöç şəkli olan məzar daşları var. Sovetlər dövründə mənfur ermənilər şayə yayaraq bildiriblər ki, qoç və at heykəli olan məzardaşlarda qiymətli metallar, yəni qızıl var. Bu şayələr nəticəsində bu məzar daşları dağıdılıb. Ərazidə küp qəbilələrə təsadüf edilir. Yaşlı şəxslərin dediyinə görə kəndin əvvəli indiki Quruqoba deyilən ərazidə, sonra isə Əzimqumu deyilən yerdə olub.
Sığıncaq kəndinin ərazisi:
1878-ci ildə Bakı quberniyasına daxil olan ərazilərin xəritəsində daha dəqiq göstərilmişdir. Kəndin ərazisi sayılan Elyas qışlağının da ərazisi Sığıncaq torpağı kimi qeyd olunur. Elyas qışlağı deyilənə görə Əmənbəyin qızına verdiyi cehizdir. Elyas qışlağı 1878-ci ilin fevralında çap edilmiş Bakı quberniyasının 384 saylı sərənvamı ilə tərtib edilmişdir. Kəndin tarixi XVI-XVII əsrlərə gedib çıxır.
Xəzər dənizi sularının çəkilməsi ilə əlaqədar olaraq cənubdan, xüsusilə Ərdəbil mahalından Qocabəyli, Hacıxocalı, Qaralar, Honunlu, Obalar və Bəydili tayfaları bu əraziyə köç etmişlər. 1930-cu ilədək Lənkəran qəzasının Prişib nahiyyəsinə daxil olmuş, 1930-cu ildən Masallı rayonun inzibati vahidinədaxil edilmişdir.
Kəndin ilk ali təhsilliləri:
Kazımov Dədəkişi Lələkişi oğlu olub. Kənddə bir məktəb və bir məscid var.
Kəndin tanınmış adamları:
Əliyev Bahadır Atamalı oğlu,
1933-ci ildə masallı rayonun Sığıncaq kəndində anadan olub. İncəsənət İnstitutunu bitirib. Aktyor olub. Bir çox kinolarda maraqlı rolları oynayıb.
Kazımov Tahir Lələkişi oğlu
1957-ci ildə Masallı rayonun Sığıncaq kəndində anadan olub. 1974-cü ildə Təklə kənd orta məktəbini bitirib. 1976-cı ildə ADU-nin Hüquq fakultəsinə daxil olub və 1981-ci ildə ADU-nin hüquq fakultəsini bitirib. Əvvəlcə Gəncə şəhərində müstəntiq, prokuror köməkçisi və respublika prokurorluğunda Ağır Cinayətlərə dair İdarəsinin rəisi işləyib. Hazırda Ədliyyə General-mayorudur.
Cavadov Heybət Əjdər oğlu
1962-ci ildə Masallı rayonun Sığıncaq kəndində anadan olub. 1979-cu ildə Təklə kənd orta məktəbini bitirib. 1983-cü ildə AXTİ-na qəbul olub və 1988-ci ildə Azərbaycan xalq Təsərrüfatı İnstitutunu bitirib. Müxtəlif vəzifələrdə işləyib. Hazırda “AzərSu” Səhmdar Cəmiyyətinin müavini işləyir.
Abbasov Yədulla İbadulla oğlu
1949-cu ildə Masallı rayonun Sığıncaq kəndində anadan olub. 1967-ci ildə Təklə orta məktəbini bitirib və elə həmin il Azərbaycan Neft Kimya Institunun Energetika fakultəsinə dail olub oranı bitirmişdir.. Yazıçı-publisistdir.
Şəmiyev Bəybala Xalıq oğlu
işinə görə Lenin Orderinə layiq görülüb. Vəfat edib.
Əhmədov Gülqədəm Nəhmət qızı
1922-ci ildə Masallı rayonun Sığıncaq kəndində anadan olub. 1987-ci ildə vəfat edib. Sosialist Əməyi Qəhrəmanı olub.
Abdullayeva Xəzəngül Mahmud qızı
1960-cı ildə masallı rayonun Sığıncaq kəndində anadan olub. Azərbaycan Respublikasının deputatı olub.
Kəndin kənd soveti və kolxoz-sovxoz direktoru işləyənlər:
1.Hüseynov Abuzər Hüseyn oğlu
2.Həsənov Mürsəl
3.Tarverdiyev Abıseyn Bəhrəm
4.Rzayev Təvəkkül Xosu
5.Həsənov Əfsər Mürsəl
6.Ağayev İbadulla Yadulla
Kəndin din xadimləri:
1.Şeyx Mikayıl Ələkbər oğlu -1873-1925-ci illərdə yaşayıb
2.Şeyx Hüseynov Məhəmməd Novruz oğlu 1879-1936-ci illərdə yaşayıb
3.Hacı Şahbazov Ramil Qardaşəli oğlu – 21.09.1977-ci ildə Masallı rayonun Sığıncaq kəndində anadan olub. Molla yanında təhsil alıb.
4.Hüseynov Məftun Ələkbər oğlu -19.11.1973-cü ildə Masallı rayonun Sığıncaq kəndində anadan olub. İranın Qum şəhərində təhsil alıb.
Qarabağ Müharibəsi Şəhidləri:
Həsənov Fuad Sərhəd oğlu
1973-cü ildə Masallı rayonun Sığıncaq kəndində anadan olub. 1992-ci ilin aprel ayında Milli Orduya çağrılıb. Gəncə batalyonunda döyüşlərdə iştirak edib. Aptek kəndinin ermənilərdən azad ediılməsində iştirak edib və bu onun son döyüşü olub. Şəhid olub.
Qarayev Məhəmməd Ağababa oğlu
10.11.1973-cü ildə Sığıncaq kəndində anadan olub. 18 yaşı tamam olanda xidmətə çağırılır və Lənkəran batolyonunda Selli, Fərrux, Qaralar, Qurançı, Şıxavənd kəndləri, Laçın kəndində döyüşlərdə iştirak edib. Qubadlı-Laçın yolunun əldə saxlanılmasında hünər göstərir. 30 sentyabr 1992-ci il onun son döyüşü olub.
Həsənov Anar Abdulhüseyn oğlu
05.10.1976-cı ildə anadan olub və 05.12.1994-cü ildə vəfat etmişdir.
II Dünya Müharibəsi iştirakçıları:
1.Yusubov Fətulla Niftulla oğlu
2.Yusubov Müzəffər Niftulla
3.Yusubov Talıb Niftulla oğlu
4.Dünyamalıyev Dünyamalı
5.Novruzov Dadaşbala
6.Məmmədov Həsən
7.İbayev Vəli
8.Qurbanov Vəliyulla Zəkulla
9.Tarıverdiyev Abıhüseyn Bəhmən
10.Hüseynov Abıhüseyn Murtuz oğlu
11.Muradov Elmalı Bəyalı oğlu
12.Həsənov İsmayıl
Sığıncaq kəndində 125 nəfər BVM-də iştirak edib. 35 nəfər həlak olub.
Kəndin adı:
Ləngan
Əhalisi:
570 nəfər
Ərazisi:
298 ha
Coğrafi mövqeyi:
Aran, Masallı rayonunun şimal-qərbində yerləşir.
Kəndin əsas məşğuliyyəti:
Maldarlıq, tərəvəzçilik və kartofçuluq.
Kəndin sərhədləri:
Masallı rayonun Əhmədli, Təklə və St.Masallı kəndinin ərazisi və Cəlilabad rayonun Kazımabad kəndləri
Kəndin adının mənası:
Məhəmməd Hüseyn oğlu orada ilk dəfə məskunlaşıb. Onun ardınca gələnlər gec-ləng gəldikləri üçün kəndin adınıda “Ləng” sözünə uyğun olaraq Ləngan adlandırıblar:
Kəndin tarixi: 1870-ci ildən başlayır.
Kəndin ilk ali təhsilliləri:
Qasımov Əli Yunus oğlu
1922-ci ildə Masallı rayonun Ləngan kəndində anadan olub. Kimya-biologiya müəllimi işləyib BVM iştirakçısı olub və 1990-cı ildə vəvat edib.
Din xadimi:
Qasımov Əbdülhüseyn Əliməmməd oğlu
04.07.1967-ci ildə Masallı rayonunun Ləngan kəndində anadan olub və molla təhsili alıb. Kənddə dini ayinləri yerinə yetirir. Ailəlidir.
Keçmişdə və bu günə qədər ərazidə rəhbər vəzifə tutanlar:
Əliyev Alı İzzət oğlu
1928-ci ildə Masallı rayonun Ləngan kəndində anadan olub. Kolxoz və sovxozda müxtəlif vəzifələrdə işləyib. Bir müddət Təklə kənd Sovetinin sədri olub. BVM-də iştirak edib.
Qarabağ şəhidi:
Musayev Murad Qurbanəli oğlu
18 dekabr 1975-ci ildə Masallı rayonun Ləngan kəndində anadan olub. Hərbi xidmətə çağırılaraq Ağdərə döyüşlərində vuruşub və 26 aprel 1994-cü ildə şəhid olub.
II Dünya Müharibəsi iştirakçıları:
1. Əliyev Alı İzzət oğlu
2. Ağayev Əvəz Nurulla oğlu
3. Qasımov Əli Yunus oğlu
Mollahəsənli
Əhalisi:
955 nəfər
Ərazisi:
373 ha
Coğrafi mövqeyi:
Aran, Masallı rayonunun şimal-qərbində yerləşir.
Kəndin əsas məşğuliyyəti:
Maldarlıq, tərəvəzçilik və kartofçuluq.
Kəndin sərhədləri:
Masallı rayonunun Xoşçobanlı, Təklə, Sığıncaq, Ləngan kəndləri ilə
Kəndin adının mənası:
XV əsrin ortalarında Türkiyənin Kəmərqaya adlanan köyündən yerli ağsaqqallardan küsüb gəlmiş, kənddə mirzəlik etmiş, Molla Həsən adlı şəxsin adı ilə bağlıdır. Hazırda Mollahəsənli kəndində Mollahəsənlilər nəsli ilə İbrahimlilər, Köçərilər və Sarıcəfər tayfaları yaşayırlar.
Kəndin tarixi:1550-ci ildən hesablanır.
Kəndin ilk ali təhsilliləri:
Kəlbiyev Sami Yusif oğludur.O 1918-ci ildə Masallı rayonun Mollahəsənli kəndində anadan olub. APİ-nu bitirib. Bir müddət dil-ədəbiyyat müəllimi işləyib. Sonralar rəhbər vəzifələrdə işləməklə keçmiş H. Aslanov adına sovxozun direktoru olub. BVM veteranıdır. Hazırda Masallı rayonun Mollahəsənli kəndində yaşayır.
Kənddə ilk məktəb:1936-cı ildə yaradılıb.
Kənddə kolxoz sədri işləyənlər:
Mehdiyev MeybullavəTağıyev Mahmudolub.
Ali Təhsilli ziyalılar:
Tağıyev Abdulla Hüseyn oğlu
1906-cı ildə anadan olub. Ali təhsil alıb. Təklə kənd sovet sədri sonralar yaranmış Həzi-Aslanov sovxozun direktoru vəzifəsində işləmişdir. Həddindən artıq təvazökar, ədalətli, rəhmli şəxsiyyət olub. 1940-cı ildə indiki Masallı Dəmir yolu vağzalının Mollahəsənli kəndi ərazisində salınmasına nail olub. BVM-nə getmiş şəxslərin burada qalmış ailə üzvlərinə hərtərəfli köməklik göstərmiş və yardım etməklə ərazidə ilk xeyriyyəçi olub. Mollahəsən nəslin əsl layiqli davamçılarından olan Tağıyev Abdulla Hüseyn oğlu bir dövlət qulluqçusu kimi Kərimov Novruz Bəşir oğlu isə bir din xadimi kimi elə-obaya, fəqir-füqəraya etdikləri yaxşılıqlara görə yaşlı nəslin hələdə yadından çıxmayıb. Bütün el tədbirlərində bu iki şəxsin adları həmişə ehtiramla yad edilir. Onlara rəhmət oxunur. Onların övladlarıda bu gün atalarının qoyub-getdikləri xeyriyyəçi irsi adət-ənənəyə böyük həvəslə qulluq etməyi davam etdirirlər...
Tağıyev Maarif Abdulla oğlu
1938-ci il anadan olub. 1956-cı ildə Təklə kənd orta məktəbini bitirib. 1958-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olub, 1964-cü ildə İnstitutu bitirib. Astara rayon Mərkəzi xəstəxanasında həkim sonra Masallı rayon Mərkəzi xəstəxanasının baş həkimi vəzifəsində işləyib. 2012-ci ildə vəfat edib.
Tağıyev Asəf Abdulla oğlu
1939-cu ildə anadan olmuş, 1959-cu ildə Təklə kənd orta məktəbini bitirib. 1960-cı ildə ADTİ-na qəbul olub. 1965-ci ildə ADTİ-nu bitirib. 1965-1966-cı illərdə Azərbaycan Respublikasında Baş aptek idarəsində şöbə müdiri, 1980-88-ci illərdə Azərbaycan Səhiyyə Nazirliyində Tikinti şöbəsində idarə rəisi 2044-cü ilə kimi Səhiyyə Nazirliyində rəhbər işlərdə çalışmış və hazırda təqaüdçüdür.
Tağıyev Zakir Abdulla oğlu
1942-ci ildə anadan olub. 1960-cı ildə Təklə kənd orta məktəbini bitirib. 1960-cı ildə ADTİ-nun stomatologiya fakültəsinə daxil olub və 1965-ci ildə oranı bitirib. 1965-1976-cı illərdə Lənkəran stomatologiya şöbəsində 1976-2002-ci illərdə Respublika Stomatologiya poliklinikasında işləyib. Hazırda təqaüdçüdür.
Tağıyev Habil Abdulla oğlu
1946-cı ildə anadan olub. 1964-cü ildə Təklə kənd orta məktəbini bitirib, elə həmin il də Azərbaycan Neft Kimya İnstitutuna daxil olmuşdur. 1969-cu ildə İnstitutu bitirdikdən sonra Cəlilabad rayon Göytəpə avtomobil təmir zavodunda baş mühəndis işləmiş, 1977-2002-ci illərdə VOLCKİY avtomobil zavodunun Azərbaycan Filialında Ticarət xəttiylə rəhbər vəzifələrdə işləmişdir. İşlədiyi müddətdə müxtəlif mükafatlara layiq görülüb. Hal-hazırda təqaüdçüdür.
Tağıyev Şakir Abdulla oğlu
1952-ci ildə anadan olub. 1969-cu ildə Təklə kənd orta məktəbi bitirib. 1976-ci ildə Özbəkistan Respublikası Səmərqənd Kooperativ İnstitutunu bitirib. Türkmənistan Respublikası Aşqabad şəhərində ticarət sahəsində çalışır.
Tağıyev Vasif Abdulla oğlu
1955-ci ildə anadan olub. 1972-ci ildə Bakı şəhərində 6 saylı orta məktəbi bitirib. 1973-cü ildə Azərbaycan İqtisadiyyat Universitetinə daxil olub. 1981-ci ildə həmin Universiteti fərqlənmə diplomu ilə bitirib. Azərbaycan Respublikasının Bakı şəhərində Kənd Təsərrüfatı Nazirliyində rəhbər vəzifələrdə işləmiş hazırda iş adamıdır. Böyük məharətlə xarici iş adamı ilə Respublikamızın daha da inkişaf etmək yönümündə səylə çalışır. Bakı şəhərində yaşayır.
Kərimov İqamət Novruz oğlu
1949-cu ildə anadan olub. 1966-ci ildə Təklə kənd orta məktəbini bitirib. Bakı şəhərində 12 saylı texniki peşə məktəbini bitirib və sonra C. Cabbarlı adına Kinostudiyada çalışmışdır. Türkmənistan Respublikasının Marı rayon Elektrik stansiyasının tikintisində işləmiş və əmək kollektivinin göndərişi ilə Türkmənistan Daxili İşlər Orqanına işə qəbul edilmişdir. 1973-cü ildə Türkmənistan Respublikasının Aşqabad Dövlət Universitetinin Hüquq fakültəsinə qəbul olmuş və 1979-cu ildə oranı bitirmişdir. 1983-cü ildə Azərbaycan Daxili İşlər Orqanında xidmətini davam etdirmək üçün Yardımlı rayon Polis Şöbəsinə göndərilmişdir. 1988-ci ildə Masallı rayon Polis Şöbəsində işinin fəaliyyətinə başlamışdır. Erməni İşğalçılarına qarşı 1988-1989-cu illərdə Zəngilan, Qubadlı, Laçın, Şuşu və Qarabağın başqa bölgələrində cəsarətlə vuruşmuşdur. Hazırda Masallı rayon İHB-nın Təklə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi sədridir.
Bəşirov Hilal Novruz oğlu
1934-cü ildə anadan olub. 1952-ci ildə Prişib qəsəbə orta məktəbini bitirib və Azərbaycan Dənizçilik məktəbinə daxil olub. Oranı bitirdikdən sonra Azərbaycan Dənizçilik İdarəsində işləyib. Sonralar İtaliya-Fransa Dövlətlərarası ticarət əlaqələrində işləyib. Vəfat etmişdir.
Tağıyeva Fəridə Abdulla qızı
1958-ci ildə anadan olub. 1976-cı ildə Təklə məktəbini bitirib, 1978-ci ildə ADPİ-nun coğrafiya fakültəsinə daxil olub və 1983-cü ildə oranı bitirib. Hazırda Masallı şəhərinin 3 saylı tam orta məktəbində müəllim işləyir.
Kəlbiyeva Esmira Balaqardaş qızı
1966-cı ildə anadan olub. 1983-cü ildə Təklə kənd orta məktəbini bitirib. Elə həmin il ADPİ-na daxil olub və İnstitutunu bitirdikdən sonra Təklə kənd orta məktəbində işləyib. Hal-hazırda evdar qadındır.
Kəlbiyeva Fərqiyyə Balaqardaş qızı
1968-ci ildə anadan olub, Təklə kənd orta məktəbi 1985-ci ildə bitirib. Elə həmin il Azərbaycan Dövlət Tİ-na daxil olub və İnstitutu bitirdikdən sonra Təklə kənd həkim məntəqəsində işləyir.
Kəlbiyeva Mətanət Balaqardaş qızı
1970-ci ildə anadan olub. 1988-ci ildə Təklə kənd orta məktəbini bitirib. Elə həmin il ADPİ-na daxil olub. 1993-cü ildə İnstitutu fərqlənmə diplomu ilə bitirib. Təklə kənd orta məktəbində işləyib. Hal-hazırda evdar qadındır.
Tağıyev Sərxoş Əbülfəz oğlu
1944-cü ildə Masallı rayonun Mollahəsənli kəndində anadan olmuşdur. 1951-1961-ci illərdə Təklə kənd orta məktəbində oxumuşdur. 1962-ci ildə N. Nərmanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun əczaçılıq fakültəsinə daxil olmuşdur. 1967-ci ildə N. Nərmanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun əczaçılıq fakültəsini fərqlənmə diplomu ilə bitirmişəm. 1968-ci ildə həmin İnstitutun “Dərman preparatlarının texnologiyası” kafedrasına aspiranturaya qəbul olmuşdur. 1980-ci ildə Moskva şəhərində namizədlik dissertasiya müdafiə etmiş və əczaçılıq elmləri namizədi elmi dərəcəsi almışdır çoxyaşlı elmi məqalələrinin və əsərlərin müəllifidir. Əczaçılıq üzrə Azərbaycan dilində buraxılan dərslik kitabının müəlliflərdən biridir sonrakı fəaliyyətindən həmin kafedranın, asissenti, baş müəllimi olmuşdur. Hal-hazırda N. Nərmanov adına tibb universitetinin “Dərman preparatlarının texnologiyası” kafedrasının dosentidir
Tağıyev Maşalla Əbülfəz oğlu
1948-ci ildə Masallı rayon Mollahəsənli kəndində anadan olub. 1955-1956-cı illərdə Təklə kənd orta məktəbində oxumuşdur. 1966-1971-ci illərdə M. Əzizbəyov adına ADNKİ-nu İstehsal proseslərinin Avtomatlaşdırılması və kompleksli mexanikləşdirilməsi fakültəsinə daxil olmuşdur. Tümen Vilayətinin Radujniy şəhərində NQÇİ-də Neft İstehsalının avtomatlaşdırılması İdarəsinin rəisi olmuşdur. Hazırda təqaüdçüdür.
Tağıyev Şəmsəddin Əbülfəz oğlu
1955-ci ildə Masallı rayonunun Mollahəsənli kəndində anadan olmuş 1963-1973-cü illərdə Təklə kənd orta məktəbini oxumuşdur. 1974-cü ildə N. Nərmanov adına ADTİ-na daxil olmuş, 1980-ci ildə İnstitutu bitirmişdir. Hazırda Cəlilabad şəhəri “Nuranə” Tibb Diaqnostika Mərkəzində “Sita Diaqnostika” Şöbəsinin müdiridir.
Tağıyev Nurəddin Əbülfəz oğlu
1961-ci ildə Masallı rayonun Mollahəsənli kəndində anadan olub. 1968-1978-ci illərdə Təklə kənd orta məktəbini bitirib. 1978-1983-cü illərdə Azərbaycan İnşaat Mühəndislik İnstitutunda təhsil almışdır. Hazırda Özəl “AzərStar” Tikinti Şikətinin Vitse Prezidentidir.
Tağıyev Ələddin Əbülfəz oğlu
1965-ci ildə Masallı rayonun Mollahəsənli kəndində anadan olub. 1973-1983-cü illərdə Təklə kənd orta məktəbində oxumuşdur. 1989-cu illərdə N. Nərmanov adına ADTİ-nin Əczaçılıq Ali təhsil almış və həmin İnstitutu fərqlənmə diplomu ilə bitirmişdir. Hazırda “N” saylı hərb hissədə komandir müavinidir. Mayor rütbəsindədir.
Qarabağ müharibəsi iştirakçıları:
Kərimov İqamət Novruz oğlu.1949-cu ildə Masallı rayonun Mollahəsənli kəndində anadan olub. Polis sistemində çalışıb. Hazırda Təklə kənd ərazi nümayəndəsinin sədridir. Ailəlidir. Üç oğul və bir qız atasıdır.
Qarabağ Müharibəsi Şəhidləri:
Dəmirov Firudin Əlibala oğlu
02.02.1968-ci ildə Mollahəsənli kəndində anadan olub. 1992-ci ildə könüllü olaraq Milli Orduya yazılıb, 123 saylı hərbi hissənin tərkibində Ağdam, Naxçıvan, Şelli, Aramzəmin və Pircamal uğrunda döyüşlərdə igidlik göstərib. 1992-ci ildə H. Aslanov adına 820 saylı hərbi hissənin rota komandiri olub. F. Dəmirov Susuz dağın altında fəallıq göstərib. Bu vaxt sentyabrın 29-da erməni snayperçi onun boğaz nahiyyəsindən vurub və şəhid olur.
Hüseynov Ədalət Vaqif oğlu
25.10.1980-ci ildə Mollahəsənli kəndində anadan olub. 1998-ci ilin iyun ayındda hərbiyə getmiş Zakatala rayonun sərhəd zastavasında Alazan çayının yaxınlığında 10-cu zastavada 25 oktyabr 1999-cu ildə şəhid olub.
II Dünya Müharibəsi iştirakçıları:
Kəlbiyev balaqardaş Yusif oğlu
Abdullayev Allahyar Nəriman oğlu
Həsənov Həsən Abbas oğlu
Tağıyev Məmmədtağı Alməmməd
Kazımov Ənvər Abı oğlu
Məmmədov Əjdər Şölə
Niftiyev Qurban Qara oğlu
Məmmədov Abas Qurbanəli oğlu
Şirəliyev İsa bayraməli oğlu
İbrahimov Talıb Muxtar oğlu
İbrahimov Hüseyn Muxtar oğlu
İbrahimov Teymur Alış oğlu
Şahbazov Qaraş Əli oğlu
Niftiyev Surxay Rufulla oğlu