Şriftin ölçüsü :

Saytın rəngi :

Masallı Rayon Ağsaqqallar Şurasının iclası keçirilib

25 dekabr 2018 | 16:00

25 dekabr 2018-ci il tarixdə Masallı Rayon Ağsaqqallar Şurasının iclası keçirilmişdir.

Heydər Əliyev Parkındakı “Ağsaqqallar klubu”nda keçiriliən tədbiri giriş sözü ilə açan Masallı Rayon Ağsaqqallar Şurasının sədri, “Vətənə xidmətə görə” ordenli dövlət qulluğu veteranı, yazıçı-publisist Ələşrəf Niftiyev iclasın gündəliyi barədə açıqlama vermişdir.

Sonra Şura sədrinin Masallı Rayon Ağsaqqallar Şurasının 2018-ci ildə apardığı işlər və qarşıda duran vəzifələrə dair hesabat məruzəsi dinlənilmişdir.
Məruzə ətrafında QMİ-nin cənub bölgəsi üzrə qazisi Mirqiyas Təhməzov, ağsaqqallar şurası İdarə Heyətinin üzvü Həmdulla Məmmədov, şura üzvləri Etibar Sadıqov, Mirsalam Əliyev, Rafiq Bağırov, Qarğalıq kənd Ağsaqqallar Şurasının sədri Rəbbin Kərimov və başqaları çıxış etmiş, fikir və təkliflərini səsləndirmişlər.
İclası yekunlaşdıran rayon Ağsaqqallar Şurasının sədri Ələşrəf Niftiyev 2019-cu ildə ilk təşkilatlar və dayaq məntəqələrində hesabat-seçki yığıncaqları, rayon konfransının keçirilməsini, eləcə də qarşıda duran digər vəzifələri diqqətə çatdırmışdır.

Keçidlər