Şriftin ölçüsü :

Saytın rəngi :

YAP Masallı RT Qadınları Şurası şəhid və qazi ailələrini ziyarəti davam edir

21 yanvar 2021 | 16:00

Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı Qadınlar Şurasının üzvləri şəhid ailələri və qazilərə baş çəkmişlər.
Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı Qadınlar Şurasının sədri Gülşən Xəlilovanın rəhbərliyi ilə Şura üzvləri rayonun Şərəfə kəndində komada olan qazi Əbilov Nurlan Fərrux oğlu, Ərkivan qəsəbəsində şəhid mayor Anar Novruzov, şəhid əsgər Sənan Seyfullayev  və Masallı şəhərində şəhid əsgər Vusal Hadıyevin ailəsi ilə görüşmüşlər.
Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı Qadınlar Şurasının üzvləri öz növbələrində qəhrəman övlad böyüdən şəhid və qazi valideynlərinə daim onların yanında olduqlarını bildirmişlər. Şəhid və qazi ailələri də onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə etmişlər.

Keçidlər