Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda “Yenə o bağ olaydı” adlı tədbir

08 iyun 2021 | 16:00

Masallı Rayon Mərkəzi Kitabxanasında görkəmli Azərbaycan şairi Mikayıl Müşfiqin həyat və yaradıcılığına həsr olunmuş “Yenə o bağ olaydı” adlı tədbir keçirilib.
Tədbirdə ilk çıxış edən Kitabxananın direktoru Əlhəddin Nəzərov bildirib ki, Mikayıl Müşfiq Azərbaycan poeziyasının inkişafında böyük rol oynamış şairlərdən biridir. O, sevgi və gözəlliyi tərənnüm edən bir çox şeirlərin müəllifidir. Onun şeirlərində müxtəlif mövzulara dair fikirlər, o cümlədən sosial və mədəni problemlər öz əksini tapıb.
Sonra Kitabxananın əməkdaşı Arzu Hüseynova çıxışında qeyd edib ki, Mikayıl Müşfiq həyatdan erkən getsə də, özündən sonra yaradıcılıq eşqi ilə dolu lirik nümunələr qoyub. Sovet imperiyasının repressiya dalğasına tuş gələn Mikayıl Müşfiq 1938-ci il yanvarın 6-da amansızlıqla qətlə yetirilib. Nakam şair Azərbaycan xalqı üçün əsl sənət xəzinəsini yadigar qoyub, eyni zamanda böyük bir xəzinənin açarını da özü ilə əbədiyyətə aparıb.

Keçidlər