Şriftin ölçüsü :

Saytın rəngi :

KUBİN KƏNDİNDƏ YENİ MƏKTƏB BİNASI İSTİFADƏYƏ VERİLDİ

16 sentyabr 2017 | 16:00

16 sentyabr 2017-ci il tarixdə Masallı rayon Miyankü ərazisində şəhid Eldar Xamiyev adına Kubin kənd ümumi orta məktəbi üçün tikilmiş yeni məktəb binasının açılışı mərasimi olmuşdur.

Bu münasibətlə keçirilən tədbiri giriş sözü ilə Masallı rayon Təhsil şöbəsinin müdiri Tariyel Əkbərov açaraq qeyd etmişdir ki, yeni məktəb tədrisinin səviyyəsini daha da yüksəldəcək, dərs şəraitini xeyli yaxşılaşdıracaq. O, kubinliləri, valideynləri, müəllim və şagird kollektivini təbrik edib yeni məktəb binasına görə ölkə başçısına və onun xanımına dərin minnətdarlıq bildirdi.
Eldar Xamiyev adına Kubin kənd ümumi orta məktəbinin müəllimi Mətanət Babayeva çıxışında həmkəndlilərini, müəllim və şagird kollektivini təbrik edib yeni məktəb binasına görə möhtərəm Prezident cənab İlham Əliyevə, Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban Xanım Əliyevaya, AzKİL-in inşaatçılarına dərin minnətdarlıq bildirdi.
Tədbirdə Dünya Bankının Avropa və Mərkəzi Asiya Regionu üzrə İctimai İnkişaf Praktika meneceri Nina Bak və baçqaları çıxış edərək bildirdilər ki, belə layihələrin uğurlu həlli Azərbaycan dövlət başçısının ölkədə təhsilə daimi qayğısından, rayon rəhbərinin əhali ilə əməli vəhdətindən qaynaqlanır.
R.Əlihəsənov adına Masallı şəhər 1 nömrəli tam orta məktəbinin hazırlıq kursunun uşaqları ölkəni, Vətəni, Ulu Öndəri, Prezidentə həsr olunan şeirlər səsləndirdilər.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov tədbirə toplaşanları salamlayıb qeyd etmişdir ki, yeni məktəb tikintisinin israçısı AzKİL ölkəmizin altı regionunda infrastruktur layihələrini hazırlayıb icra etmək üçün kənd icmalarına yönəldilən, Azərbaycan Hökuməti və Dünya Bankının təşəbbüsü ilə yaradılıb maliyyələşdirilən və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi tərəfindən həyata keçirilən layihədir. Rayon rəhbəri tədbirdə diqqətə çatdırdı ki, bu bayramın sevincindən Azərbaycanın bütün ailələrinə pay düşür. Sizin hamınızı təbrik edirəm! Natiq fərəhlə dedi ki, rayonda məktəb tikintisinə son illər xüsusi diqqət var. 98 məktəbdən 50-ə yaxını yenidən tikilib, ya da əsaslı təmir olunub. Bundan 20-i son dörd ilin payına düşür. Kubin kəndində layihənin həyata keçirilməsi sevindirci haldır. İcra başçısı rayonun ucqar kəndində tıkiılmiş yeni məktəb binasının istifadəyə verilməsi münasibətilə sakinləri təbrik etdi, onlara müəffəqiyyətlər arzuladı. Bundan əvvəl də daha 2 kənddə, 15 sentyabr 2017-ci il tarixdə-Mololon və Meşəkənarı kəndlərində belə tədbirin-yeni məktəb tikintisinin, həmçinin Kolatan kəndində uşaq bağçası-körpələr evinin reallaşğını açıqlayan sözçü hamının adından möhtərəm Prezident cənab İlham Əliyevə, Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban Xanım Əliyevaya və layihənin icraçıları olan AzKİL inşaatçılarına minnətdarlıq ünvanladı.
Tədbirin sonunda Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov və Dünya Bankının Avropa və Mərkəzi Asiya Regionu üzrə İctimai İnkişaf Praktika meneceri Nina Bak məktəbin rəmzi açılışını bildirən lenti kəsdi. Sinif otaqlarına baxış keçirildi. 60 yerlik  Kubin kənd ümumi orta məktəbində 50 şagird təhsil alacaq, onların təlim-tərbiyəsi ilə 10 müəllim məşğul olacaq. Məktəbdə 7 sinif otağı, kompüter, direktor və müəllimlər otağı mövcuddur. Məktəb istilik sistemi, su xətləri və sanitar qovşaqları ilə təchiz olunmuşdur.

Keçidlər