İcra Hakimiyyəti
Fəaliyyət
Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə Dövlət Neft şirkətinin sərbəst mənfəət qalığından rayonda abadlıq və quruculuq işlərinin görülməsinə 2006-2008-ci illərdə 4,0 milyon manat, Azərbaycan Respublikasının Prezidentinin 19 aprel 2011-ci il tarixli 1434 saylı sərəncamı ilə 2,0 milyon manat, 30 iyul 2011-ci il tarixində 1971 saylı sərəncamı ilə - 3,5 milyon manat, 15 mart 2012-ci il tarixində müvafiq sərəncamı ilə -2,0 milyon manat və 29 sentyabr 2012-ci il tarixində Azərbaycan Respublikasının Prezidentinin tapşırığı ilə Dövlət Neft şirkətinin sərbəst mənfəət qalığından 1,0 milyon manat olmaqla ümumilikdə 12,5 mln manat vəsait ayrılmışdır.
Ayrılmış vəsaitlər hesabına şəhərin Heydər Əliyev prospekti və 6 küçəsi, eyni zamanda Ələt-Astara avtomobil yolunun Masallı şəhəri ərazisindən keçən hissəsində səkilər və piyada yolları yenidən qurularaq müasir işıqlandırma sistemləri ilə təchiz olunmuş, yaşayış binalarının dam örtükləri və fasadları əsaslı təmir edilmişdir. Rayon ərazisində Xətai parkı salınmış, “Şəhidlər” xatirə kompleksi və “Bayraq Meydanı” yaradılmış, rayonun 34 yaşayış məntəqəsini birləşdirən 20,0 km uzunluğunda olan Ərkivan-Boradigah-Rüdəkənar avtomobil yolu yenidən qurulmuş, Şıxlar-Kalinovka avtomobil yolunun 5,3 km-i, Kalinovka-Qızılağac avtomobil yolunun 1,8 km-i, Tatyan-Güllütəpə avtomobil yolunun 2,8 km-i əsaslı təmir edilmişdir.
Bundan əlavə Həsənli-Xırmandalı 7,0 km, Sərçuvar-Sirəbil 1,5 km, Seybətin-Səmidxan-Alışanlı-Ətcələr 3,0 km, Qəriblər-Qodman 3,0 km, Musaküçə-Lürən 5,3 km və Kürdəbaz-Qarğalıq 4,0 km olmaqla ümumi uzunluğu 23,8 km kəndlərarası yolların asfaltlaşdırılması işləri yekunlaşmaq üzrədir. Hazırda çayçılığın inkişafı ilə əlaqədar Kolatan-Xanalion yolunun 8,0 km-i asfalt 6,0 km-i isə çınqıl olmaqla ümumi uzunluğu 14,0 km və Banbaşı-Yeyənkənd istiqamətində 4,0 km yolun asfaltlaşdırılması işləri yekunlaşdırılmışdır.
Ümummilli Lider Heydər Əliyevin adını daşıyan mədəniyyət və istirahət parkı yenidən qurulmuş, Heydər Əliyev muzeyi tikilərək qarşısında Ulu Öndərin abidəsi ucaldılmışdır. 2011-ci ildən Heydər Əliyev muzeyi Heydər Əliyev Mərkəzi kimi fəaliyyətə başlamışdır. Hazırda burada genişləndirmə və yenidənqurma işləri başa çatdırılmışdır.
Hazırda Masallı şəhərinin 6 küçəsində 7,55 km uzunluğunda hasarların tikilməsi, bərpası və aqlayla üzlənməsi işləri davam etdirilir. Bundan başqa qeyd olunan küçələrdə 285 ədəd yeni işıqlandırma dirəklərinin quraşdırılması və həmin küçələrdə piyada səkilərinin salınması işləri davam etdirilir. Şəhərin Qarabağ küçəsində 4, C.Cabbarlı küçəsində 2 və H.Əliyev prospektində 2 kommunal binanın dam örtükləri dəyişdirilərək mansard tipli dam örtükləri qurulmuş və binaların fasadları aqlay piltələrlə üzlənmişdir. Bundan əlavə Qarabağ küçəsində 3 kommunal binanın fasadı aqlay piltələrlə üzlənmişdir. Kommunal binaların həyətlərində sakinlərin asudə vaxtlarının səmərəli təşkil olunmasından ötrü kiçik tipli parklar salınmışdır.
Azərbaycan Respublikası Prezidentinin tapşırığına və Dövlət Proqramına əsasən Masallı şəhərinin su-kanalizasiya sisteminin yenidən qurulması işləri davam etdirilir.
12916 şagird yerlik 37 yеni məкtəb binası, o cümlədən 1936 şagird yerlik olmaqla 9 məktəb binası Heydər Əliyev fondunun təşəbbüsü ilə inşa olunmuşdur. Belə ki, Bədəlan kənd 640 şagird yerlik tam orta məktəbinin əsaslı təmiri başa çatdırılmışdır. Mahmudavar kənd 220 şagird yerlik ümumi orta məktəbin və şəhər 2 №-li 60 yerlik körpələr evi-uşaq bağçasının tikintisi, Səhər 1 №-li 1176 şagird yerlik tam orta və Böyük Kolatan kənd 640 şagird yerlik tam orta məktəblərin əsaslı təmiri işləri başa çatdırılmışdır. Hazırda Çayqıraq, Şatroba, Köhnə Zuvand və Dəlləkoba kəndlərində məktəb binalarının tikintisi işləri davam etdirilir.
Habelə Gəyəçöl kənd uşaq bağçasının və Masallı şəhər 3 saylı uşaq bağçasının əsaslı təmir işləri başa çatdırılmışdır.
“Azərbaycan Respunlikası regionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na əsasən Masallı şəhərinin su təchizatının və kanalizasiya sisteminin yenidən qurulması işlərinə başlanılmışdır. Layihənin icrası Dünya Bankı və Azərbaycan Höküməti tərəfindən maliyyələşdirilir. Su təmizləyici qurğunun tikintisinin başa çatması ilə Masallı və Cəlilabad şəhərləri içməli su ilə təmin olunacaqdır.
Əlillərə qayğı
Şəhid ailələri və Qarabağ əlilləri üçün Masallı şəhərində 8, 32 və 36 mənzilli yaşayış binaları və 5 fərdi yaşayış evi tikilərək istifadəyə verilmişdir. Şəhid ailələri və Qarabağ əlilləri üçün 36 mənzilli yaşayış binası, yetkinlik yaşına çatmayan kimsəsiz uşaqlar üçün 30 yerlik ixtisaslaşdırılmış sosial reablitasiya mərkəzi və 25 yerlik sosial sığınacaq mərkəzinin tikintisi üçün müvafiq torpaq sahəsi ayrılmışdır. Maliyyə vəsaiti ayrıldıqdan sonra işlərin icrasına başlanılması nəzərdə tutulmuşdur. Hazırda rayonun ayrı-ayrı ərazilərində Şəhid ailələri və Qarabağ əlilləri üçün 6 fərdi yaşayış evinin tikintisi işləri davam etdirilir.
Ərazi Məşğulluq Proqramı
2015-ci ilin 6 ayı ərzində rayonda 537-si daimi olmaqla 1157 yeni iş yeri açılmışdır. 2003-cü ilin 4-cü rübündən 01.07.2015-ci il tarixədək оlаn dövr ərzində 32100 yeni iş yeri açılmışdır ki, bu iş yеrlərinin 18992-i dаimi iş yerləridir.
“Azərbaycan Respublikası regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icra vəziyyəti barədə
Dövlət Proqramında nəzərdə tutulan 18 tədbirin icrası davam etdirilir.
4.2.6.81-Tikinti materialları istehsalı və ağac emalı müəssisələrinin fəaliyyətinin genişləndirilməsinin dəstəklənməsi maddəsi üzrə rayonda fəaliyyət göstərən fabrik və sexlərdə mebel istehsalı genişləndirilmiş, mebel sənayesi inkişaf etmişdir. Hazırda bu istiqamətdə işlər davam etdirilir.
4.2.6.82-Heyvandarlıq, taxılçılıq, tərəvəzçilik məhsullarının istehsalı və emalının genişləndirilməsinin dəstəklənməsinin maddəsi üzrə sahibkarların öz vəsaitləri və SKMF-dan cəlb olunmuş güzəştli kreditləri hesabına 1200 ton tutumlu soyuducu anbar və 2 ha sahədə istilikxana kompleksi yaradılmışdır. Hazırda 2,5 ha sahədə yeni istixana kompleksinin tikintisi işləri davam etdirilir.
4.2.6.83-Kənd təsərrüfatı məhsullarının tədarükü, saxlanması və satışı kompleksinin yaradılmasının dəstəklənməsi (bu istiqamətdə işlər aparılmamışdır)
4.2.6.84-Kənd təsərrüfatı istehsalının inkişafına xidmət edən infrastrukturun maddi-texniki bazasının möhkəmləndirilməsi (bu istiqamətdə işlər aparılmamışdır)
4.2.6.85- Yerli əhəmiyyətli avtomobil yollarının tikintisinin, yenidən qurulmasının, əsaslı təmirinin və körpülərin tikintisinin davam etdirilməsi, o cümlədən Şatıroba-Hişkədərə-Miyankü-Kubin və Səmidxan-Xallıcalı-Eminli-Məmmədxanlı avtomobil yollarının yenidən qurulması (41 saylı Yol İstismar idarəsi tərəfindən yerli və respublika əhəmiyyətli yollarda yalnız cari təmir işləri aparımışdır.)
4.2.6.86-Rayonun elektrik təchizatı sistemində yenidənqurma işlərinin aparılması ilə bağlı Masallı şəhərinin elektrik xətt təsərrüfatı yenidən qurulmuş, hal hazırda qəsəbə və kəndlərdə bu işlərin görülməsi planlaşdırılır. Hazırda qəsəbə və kəndlərdə bu istiqamətdə heç bir iş aparılmamışdır.
4.2.6.87- Rayonun istilik təchizatının yaxşılaşdırılması sahəsində müvafiq işlərin davam etdirilməsi. (bu istiqamətdə işlər aparılmamışdır)
4.2.6.88- Rayonun qaz təchizatının yaxşılaşdırılması sahəsində müvafiq işlərin davam etdirilməsi. Rayonunun 103 yaşayış məntəqəsindən (1 şəhər, 2 qəsəbə və 100 kənd) 66-i qazlaşdırılmışdır ki, bu da ümumi abonentlərin (41000 abonent) 70-71 %-ni təşkil edir. Hazırkı vaxta rayon üzrə 37 yaşayış məntəqəsi qazla təmin olunmamışdır. 2012-ci ildə qazlaşdırılması nəzərdə tutulan 22 kəndin yalnız 9-u bir pilləli sistemlə qazla təmin olunmuşdur. (Musaküçə, Gəyəçöl, Həsənli,Məmmədxanlı, Təkdam, Köçəkli, Xırmandalı, Hacıtəpə, Ərəb) 2013-ci il ərzində isə qalan 13 kənd də daxil olmaqla rayon üzrə ümumilikdə 29 kəndin qazlaşdırılması nəzərdə tutulmuşdur ki, hazırkı vaxtadək bu kəndlərdən yalnız 8 kənddə (Lürən,Pircana, Eminli,Qarğalıq, Kürdəbaz, Şəhriyar) 2014-cü ildə (Dəlləkli və I Yeddioymaq) qaz çəkilişi başa çatdırılmışdır. Qədirli və Dəlləkli kəndlərində qaz çəkilişi başa çatdırılaraq istifadəyə verilmişdir. Rayonun Ərkivan qəsəbəsi, Kolatan və Təklə kəndlərində qaz xətlərinin əsaslı təmirinə başlanılsa da hal-hazırda işlər dayandırılmışdır. Sərçuvar, Ətçələr, Alşanlı və Xıl kəndlərində isə qaz xəttlərin cəkilişi işlərinə başlanılmışdır.
4.2.6.89-Rabitə və informasiya xidmətlərinin yaxşılaşdırılması sahəsində müvafiq işlərin davam etdirilməsi. Masallı rayonunda mövcud 32 ATS tam elektronlaşdırılmışdır. Masallı TKQ-ı üzrə 3450-ə yaxın abunəçi gnişzolaqlı internet rabitəsindən istifadə edir. 32 kənd EATS-in hər biri genişzolaqlı internet rabitəsi ilə təmin olunmuşdur. Cənab Prezident İlham Əliyevin 2013-cü ili İKT ili elan etməsi ilə əlaqədar Masallı rayonunda 55 yeni ATS binalarının tikintisi nəzərdə tutulmuşdur. Hazırda bu istiqamətdə işlər davam etdirilir. Lakin rayonda mövcud xətt təsərüfatı (dirəklər, rabitə xətləri) istismar müddətini başa vurduğundan yararsız vəziyyətdədir. Bir cox ərazilərdə rabitə xətlər yerə toxunmaq üzrədir. Masallı TKQ-nin daxili imkanları hesabına xətlərdə cari təmir işləri aparılır. Rayonun rabitə xətt təsərrüfatı sisteminin yenidən qurulmasına ehtiyac vardır.
4.2.6.90-Masallı şəhərinin və ətraf qəsəbələrinin su təchizatı və kanalizasiya sistemlərinin yaxşılaşdırılması sahəsində işlərin davam etdirilməsi. Masallı şəhərinin içməli su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması işləri Türkiyənin “ESER” şirkəti tərəfindən davam etdirilir. 2012-ci ilin mart ayında cənab Prezident İlham Əliyev rayonumuza səfəri zamanı Su Təmizləmə qurğusunun təməl qoyma mərasimində iştirak etmişdir. 5000 m3 tutumu olan Su təmizləyici qurğunun tikintisi davam etdirilir. Masallı şəhərinə 630 mm-lik polietilen borulararla magistral su xəttinin çəkilişi başa çatdırılmışdır. Hal-hazırda şəhər ərazisində müxtəlif diametrli borularla paylayıcı su və kanalizasiya xətlərinin çəkilişi davam etdirilir.
4.2.6.91-Rayonun torpaqlarının su təminatının yaxşılaşdırılması üçün meliorasiya-irriqasiya işlərinin həyata keçirilməsinin davam etdirilməsi, o cümlədən Masallı şəhərinin İsgəndərli ərazisində subartezian quyusunun qazılması başa çatdırılmışdır. 2013-cü il ərzində rayonun Mahmudavar və Köhnə Alvadı kəndlərinin hər birində subartezian quyusu qazılmışdır. Hazırda bu istiqamətdə işlərə başlanılmış və rayonun 6 kəndində (Güllütəpə, Meşəkənarı, Böyük Xocavar, Ərkivan, Bədəlan və Bağıroba) quyuların qazılması nəzərdə tutulmuşdur.
4.2.6.92-Rayon ərazisində əhalinin təhlükəsizliyi sahəsində müvafiq işlərin həyata keçirilməsinin davam etdirilməsi. Rayonun Həsənli və Bədəlan kəndlərinin hər birində Yanğın Söndürmə bölmələrinin yaradılması nəzərdə tutulmuşdur. Bununla bağlı müvafiq torpaq sahələri ayrılmışdır.
4.2.6.93-Masallı şəhəri üzrə müfəssəl planın hazırlanması. Masallı şəhərinin müfəssəl planının hazırlanması ilə bağlı Azərbaycan Respublikasının Şəhərsalma və Arxitektura Komitəsinə tərəfimizdən müraciət olunmuş və aidiyyəti üzrə müvafiq sənədlər təqdim edilmişdir. Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən şəhərin müfəssəl planın hazırlanması ilə bağlı ilkin qiymətləndirmə hesabatı aparılmış və Nazirlər Kabineti qarşısında məsələ qaldırılmışdır.
4.2.6.94-Rayonda abadlıq-quruculuq işlərinin davam etdirilməsi. Hazırda bu istiqamətdə işlər davamlı olaraq həyat keçirilir.
4.2.6.95-Səhiyyə müəssisələrinin əsaslı təmiri və tikintisi sahəsində işlərin davam etdirilməsi, o cümlədən Masallı Rayon Mərkəzi Xəstəxanasının, 15 çarpayılıq Boradigah qəsəbə və 15 çarpayılıq Kalinovka kənd sahə xəstəxanalarının əsaslı təmiri, avadanlıq və inventarla təchizatı. Hazırda Rayon Mərkəzi Xəstəxanasında əsaslı təmir işləri aparılır. Boradigah qəsəbə xəstəxanasında və Kalinovka kənd sahə xəstəxanalarında isə əsaslı təmir işləri başa çatdırılmışdır. Rayonun daxili imkanları hesabına 2013-cü ildə Mahmudavar, 2014-cü ildə Güllütəpə, Şərəfə, Türkoba və Xırmandalı həkim məntəqələri tikilib istifadəyə verilmişdir. 2015-ci ilin may ayında yeni tikilən Qarğalıq kənd həkim məntəqəsi istifadəyə verilmişdir.
4.2.6.96-Mədəniyyət obyektlərinin əsaslı təmiri, tikintisi, tarix-mədəniyyət abidələrinin bərpası və konservasiyası sahəsində işlərin davam etdirilməsi, o cümlədən Uşaq İncəsənət Məktəbinin və Tarix-Diyarşünaslıq Muzeyinin yeni binalarının tikintisi. Tarix-Diyarşünaslıq Muzeyinin və Uşaq İncəsənət Məktəbinin yeni binalarının tikintisi ilə bağlı müvafiq sənədləşmələr aparılmış və tikinti işlərinə başlanılmışdır.
4.2.6.97-İdman-sağlamlıq obyektlərinin əsaslı təmiri və tikintisi sahəsində işlərin davam etdirilməsi. (bu istiqamətdə işlər aparılmamışdır)
4.2.6.98-Təhsil müəssisələrinin əsaslı təmiri və tikintisi sahəsində işlərin davam etdirilməsi. Hazırda tikinti işləri davam etdirilir. Belə ki, Bədəlan kənd 640 şagird yerlik tam orta məktəbinin əsaslı təmiri başa çatdırılmışdır. Mahmudavar kənd 220 şagird yerlik ümumi orta məktəbin və şəhər 2 №-li 60 yerlik körpələr evi-uşaq bağçasının tikintisi, Səhər 1 №-li 1176 şagird yerlik tam orta və Böyük Kolatan kənd 640 şagird yerlik tam orta məktəblərin əsaslı təmiri işləri başa çatdırılmışdır. Hazırda Çayqıraq, Şatroba, Köhnə Zuvand və Dəlləkoba kəndlərində məktəb binalarının tikintisi işləri davam etdirilir.