İcra Hakimiyyəti
İcra hakimiyyətinin başçısı
Araz Süleyman oğlu Əhmədov 1963-cü ildə Naxçıvan MR-in Ordubad rayonunun Biləv kəndində anadan olub. Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunu bitirib.
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin sərəncamı ilə 2019-cu ildə Dövlət Təhlükəsizliyi Xidmətinin general-mayor rütbəsi alıb.
General-mayor Araz Əhmədov Qarabağ müharibəsi veteranıdır.
Araz Süleyman oğlu Əhmədov Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin sərəncamı ilə 25 iyul 2022-ci il tarixdə Masallı rayon İcra Hakimiyyətinin Başçısı təyin olunub.